Kapital Bank biznes kreditlərini artırıb
2019-cu ilin 1-ci rübünün sonu ilə müqayisədə Kapital Bankın kredit portfeli (müştərilərə verilən kreditlər) 505 milyon 687 min manat və ya 33% artaraq 31 Mart 2020-ci il tarixində 2 milyard 42 milyon 72 min manata çatıb.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, kredit portfelindəki 505 milyon 687 min manatlıq artımın 297 milyon 592 min manatı istehlak kreditləri, 196 milyon 130 min manatı biznes kreditləri, 11 milyon 975 min manatı daşınmaz əmlak kreditləri və 11 milyon 975 min manatı digər kreditlər ilə bağlıdır.
Belə ki, Bankın istehlak kreditləri portfeli 28,2% və ya 297 milyon 592 min manat artaraq 30 Mart 2020-ci il tarixində 1 milyard 349 milyon 199 min manata çatıb. Bu məbləğ ötən ilin eyni tarixində 1 milyard 51 milyon 607 min manata idi.
Kapital Bankın biznes kreditləri portfeli 44,5% və ya 196 milyon 130 min manat artaraq 31 Mart 2020-ci il tarixində 635 milyon 981 min manata çatıb. Bu məbləğ ötən ilin eyni tarixində 439 milyon 851 min manat idi.
Daşınmaz əmlak kreditləri 44 milyon 918 min manatdan 56 milyon 893 min manata, digər kreditlər isə 44 milyon 918 min manatdan 56 milyon 893 min manata yüksəlib.
Həmçinin oxu
Kapital Bank-ın xalis mənfəəti kəskin artıbSon 1 ildə müştərilərə verilmiş xalis kreditlər (mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat xaric) 413 milyon 365 min manat artaraq 1 milyard 735 milyon 370 min manata çatıb. Məqsədli ehtiyatlar isə 92 milyon 323 min manara artaraq 306 milyon 702 min manata yüksəlib.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
5 saat əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
7 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
7 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
7 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
8 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
8 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi




























