Prezident açılış etdi - YENİLƏNİB
Aprelin 20-də Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi açılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, 1986-cı ildə istifadəyə verilən və o vaxtdan təmir edilmədiyinə görə yararsız vəziyyətə düşən bina əsaslı təmir olunaraq, müasir memarlıq üslubunda, yüksək səviyyədə yenidən qurulub. Ətrafda abadlıq işləri görülüb, yaşıllıq sahələri salınıb.
Dövlətimizin başçısına binada fəaliyyət göstərəcək Baş İdarəetmə Mərkəzi barədə məlumat verilib. Bu mərkəz vasitəsilə enerjisistemin avtomatik idarəedilməsinin, idxal-ixrac proseslərinin, tənzimləmələrin həyata keçirilməsi nəzərdə tutulur. Əməliyyatlar insan müdaxiləsi olmadan məsafədən həyata keçirilir. Hazırda burada müasir avadanlıqlar və proqram təminatı ilə təchiz ediləcək yeni SCADA sistemi qurulur. Yeni sistem əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitorinq Mərkəzindən ibarət olmaqla, ilkin mərhələdə 21 elektrik stansiyasını və 80 yarımstansiyanı əhatə edəcək. Yeni SCADA layihəsinin ilin sonunda tam başa çatdırılması nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, on ədəd nəzəri və praktik trenajor zalının yaradıldığı kompleksin Tədris Mərkəzində enerji sistemində çalışan şəxslərə yeni texnika və texnologiyanın öyrədilməsi və onların idarə edilməsi tədris olunacaq. Bu məqsədlə nəzəri və praktiki məşğələlərin tədrisi üçün sinif otaqları təşkil edilib. Burada stansiya və yarımstansiyaların simulyasiyası, rele mühafizəsi və avtomatika, alternativ və bərpa olunan enerji mənbələri, informasiya texnologiyaları, elektrik təhlükəsizliyi və digər aidiyyəti otaqlar yaradılıb.
Binada ilk dəfə olaraq müasir avadanlıqla təchiz edilən 500 nəfərlik Energetiklərin Mədəniyyət Mərkəzi yaradılıb. Burada ölkəmizin həyatında baş verən əlamətdar hadisələri, eyni zamanda, energetiklərin fəaliyyəti ilə bağlı təşkil olunan tədbirləri yüksək səviyyədə keçirmək mümkün olacaq.
Yenidənqurmadan sonra “Azərenerji” ASC-nin mərkəzi aparatı bu binaya köçürülüb. Əməkdaşların fəaliyyəti üçün bütün zəruri avadanlıqla təchiz edilən iş, toplantı, arxiv otaqları, 165 nəfərlik yeməkxana yaradılıb. Elektron kitabxana və istirahət guşələri də işçilərin ixtiyarına veriləcək. Bundan başqa, burada Azərbaycan Energetika İnstitutu da fəaliyyət göstərir.
Prezident İlham Əliyevə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Baş İdarə binasının yenidənqurma layihəsi barədə də məlumat verilib.
Kompleksin yeni Laboratoriya Mərkəzi müasir səviyyədə qurulub. Burada müxtəlif növ sınaqların aparılması üçün bütün imkanlar mövcuddur. Ən son model avadanlıqla təchiz olunan laboratoriyalarda geotexnika, geodeziya, inşaat, kimya, metalların və inşaat materiallarının sınağını və digər laborator işləri görmək və onları sertifikatlaşdırmaq mümkün olacaq. Bu isə öz növbəsində enerjisistemin uzunmüddətli istismarını təmin edəcək. Qeyd edək ki, bu cür laboratoriyalar ölkədə ilk dəfə yaradılıb.
Kompleksin binasında tibbi maskaların istehsalı üçün xüsusi otaq da ayrılıb, zəruri avadanlıq quraşdırılıb. Burada İdman, Sağlamlıq və Tibb Kompleksi də müasir səviyyədə qurulub. Kompleksdə əməkdaşların idmanla məşğul olması üçün geniş imkanlar var.
Sonra Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşı ilə görüşüb.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
1 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
1 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
1 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
1 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
1 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton























