“Kredit Servis” BOKT-un xalis mənfəəti 87% artıb
“Kredit Servis” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 161 min manat xalis mənfəətlə başa vurub.
BOKT-un maliyyə hesabatına görə, bu, 2018-ci illə müqayisədə 87,2% çoxdur.
Ötən il “Kredit Servis”in vergiyəqədərki mənfəəti 198 min manat (əvvəlki ilə nisbətən 81,7% çox), mənfəət vergisi ödəmələri isə 38 min manat (65,2% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Kredit Servis”in aktivləri 1,69 milyon manat olub ki, bu da illik müqayisədə 2,6% çoxdur. Bunun 1,382 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 3,5% böyüyüb.
Hesabat dövründə “Kredit Servis”in öhdəlikləri 75,6% artaraq 150 min manata çatıb, balans kapitalı isə 1,3% azalaraq 1,54 milyon manata, o cümlədən nizamnamə kapitalı 6,5% azalaraq 1,362 milyon manata düşüb.
©️ Renkinq
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
9 d. əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
2 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
2 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
2 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
3 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
3 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
























