“Azərişıq” Asiya İnkişaf Bankı ilə danışıqlar aparır
“Azərişıq” ASC Asiya İnkişaf Bankı (AİB) ilə kredit borcunun dərhal ödənilməsi tələbindən imtina məktubu almaq üçün danışıqlar aparır.
Marja xəbər verir ki, bu barədə “KPMG Audit Azerbaycan” audit şirkətindən müsbət rəy alan dövlət elektrik paylayıcı şirkətinin 2019-cu il üçün maliyyə hesabatında deyilir.
31 dekabr 2019-cu il tarixinə “Azərişıq” ASC-nin Asiya İnkişaf Bankına (AİB) 424 milyon 950 min manat məbləğində kredit borcu olub.
AİB ilə imzalanmış kredit müqaviləsinin şərtlərinə əsasən, "Azərişıq" müəyyən borc öhdəliklərinə əməl etməlidir. Şirkət öhdəliklərə əməl etmədikdə, bank öz seçiminə əsasən, Şirkətə və Zəmanətçiyə bildiriş təqdim etməklə, kredit üzrə bütün əsas məbləğlərin və hesablanmış faizlərin (kredit müqaviləsi əsasında hesablanmış və ya ödənilməli olan digər məbləğlərlə birlikdə) dərhal ödənilməsini tələb edə bilər.
“2019-cu ildə Şirkət Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişi əsasında nizamnamə kapitalının 470,817 min manat artırılması üçün tədbirləri başlatmışdır, lakin dövlət orqanlarındakı struktur dəyişiklikləri ilə əlaqədar olaraq proses 31 dekabr 2019-cu il tarixinə tamamlanmamışdır. Prosesin 2020-ci ilin sonuna kimi başa çatdırılması gözlənilir. Artım 325 milyon 817 min manat məbləğində kapital əlavəsinin və əvvəlki illərdə Maliyyə Nazirliyindən əldə edilmiş nominal dəyəri 90 milyon və 55 milyon manat olan borc vəsaitlərinin nizamnamə kapitalına yönəldilməsindən formalaşacaq. 31 dekabr 2019-cu il tarixinə yuxarıda qeyd edilən borc vəsaitlərinin balans məbləği cari və uzunmüddətli öhdəliklər üzrə müvafiq olaraq 65 milyon 294 min manat və 47 milyon 196 min manat təşkil edir. Bu borc vəsaitlərinin öhdəlikdən nizamnamə kapitalına keçirilməsi Şirkətin xalis dövriyyə kapitalının 65 milyon 294 min manat qədər yaxşılaşmasına, o cümlədən AİB kredit müqaviləsinin cari likvidlik əmsalı şərtinin yaxşılaşmasına səbəb olacaq. Şirkət, həmçinin AİB ilə kredit borcunun dərhal ödənilməsi tələbindən imtina məktubu almaq üçün danışıqlar aparır”,- hesabatda deyilir.
22 iyul 2016-cı il tarixində “Azərişıq” “Elektrik Enerjisinin Paylanmasının İnkişafına dair İnvestisiya Proqramı” üçün Asiya İnkişaf Bankı ilə 0.5% dərəcə + 6m LIBOR dərəcəsi ilə, 250 milyon dollar limitində, ödəniş tarixi 15 may 2041-ci il olan kredit müqaviləsi imzalamışdır. Azərbaycan Respublikasının Hökuməti bu kredit müqaviləsi üçün Zəmanətçi tərəf qismində çıxış etmişdir. 31 dekabr 2019-cu il tarixinə Şirkət kredit limitindən manat ekvivalenti 12 milyon 787 min manat (2018: 157milyon 885 min manat) olmaqla 7 milyon 522 min ABŞ dolları (2018: 92 milyon 875 min ABŞ dolları) əldə etmişdir. Layihə 31 dekabr 2019-cu il tarixinə yekunlaşdırılmış və təqdim olunan kredit limitindən 30 min ABŞ dolları istifadə edilməmişdir.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
9 d. əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
2 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
2 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
2 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
3 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
3 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

























