Kanadanın neft şirkəti Azərbaycanda müqavilə sahəsini SOCAR-a təhvil verib
Azərbaycanda quruda yerləşən "Muradxanlı-Cəfərli-Zərdab" neft yataqları blokunun işlənməsi ilə məşğul olan Kanadanın "Zenith Energy" şirkəti tərəfindən Müqavilə Reabilitasiya Sahəsinin (MRS) SOCAR-a təhvil verilməsi prosesi başa çatdırılıb.
"Zenith Energy"dən verilən məlumata görə, təhvilvermə nəticəsində "Zenith Energy" Azərbaycanda bütün neft istehsalı əməliyyatlarını dayandırıb və bütün sahə istehsal heyəti (170-ə yaxın işçi) SOCAR-ın tabeçiliyinə keçirilib.
Qeyd edək ki, bundan sonra "Zenit"in Azərbaycanda fəaliyyəti yalnız kəşfiyyat işləri ilə bağlı olacaq.
Hazırda müqavilə sahəsində gündəlik orta neft hasilatı 180 barel təşkil edir.
Xatırladaq ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və "Zenith Aran Oil Company Ltd." şirkətləri arasında "Muradxanlı-Cəfərli-Zərdab" neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.
Saziş Azərbaycan Milli Məclisi tərəfindən 2016-cı il iyunun 14-də ratifikasiya olunub.
©️ APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)




