“AzerGold” istiqrazlarına böyük məbləğdə sifarişlər verilib
““AzerGold” QSC-nin emissiya etdiyi istiqrazlara maraq böyükdür. Sifarişlər onu göstərir ki, istiqrazlara tələb təklifi bir neçə dəfə üstələyəcəkdir”.
Marja xəbər verir ki, bunu, “AzerGold” QSC-yə aid istiqrazların Bakı Fond Birjasında tədavülə buraxılması münasibətilə keçirilən “Açılış zəngi” mərasiminidə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Ceyhun Hacıyev bildirib.
Ceyhun Hacıyev əlavə edib ki, “AzerGold” istiqrazlarının təkrar bazarının da aktiv olacağı gözlənilir:
""PAŞA Bank", "PAŞA Kapital" və "AzerGold"un birgə səyləri nəticəsində Azərbaycanın geniş investor kütləsinin diqqəti bu buraxılışa cəlb edilmiş və biz bunu təlabatın həcmində görürük. İnvestorlardan toplanmış sifarişlər artıq onu göstərir ki, istiqrazlara tələb təklifi bir neçə qat üstələyir və hərrac çox uğurlu olacaqdır. İnanıram ki, "AzerGold" istiqrazları təkrar bazarda da ən çox alınıb satılan, yüksək likvidli istiqrazlardan biri olacaqdır".
Mərasimdə “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Eldar Abdullayev bildirib ki, qeyri-neft sektorunun aparıcı şirkətlərdindən biri olan “AzerGold” QSC-nin istiqraz buraxması mütəşəkkil kapital bazarı üçün mühüm bir hadisədir:
“Qeyd edim ki, dövriyyəyə buraxılan bu istiqrazlar fond bazarının iştirakçıları arasında böyük marağa səbəb olmuşdur”.
“PAŞA Bank” ASC-nin İdarə heyətinin sədri Taleh Kazımov bildirib ki, istiqraz buraxılışı hadisəsi “PAŞA Bank” üçün əhəmiyyətlidir:
““PAŞA Bank” ASC Azərbaycanda ən böyük özəl bankdır. Bizim kredit bazarında payımız 23%-dir. Bu isə, dolğun məlumat bazası və ekspertiza deməkdir. Biz bu imkanlarımızı istifadə edərək müştərilərimizə, indiki halda “AzerGold” şirkətinə səmərəli məsləhət, investorların cəlb edilməsi və istiqrazların yerləşdirilməsi xidmətlərini göstəririk. Bizim üçün belə hadisələr çox əhəmiyyətlidir. Çünki PAŞA Bankın əsas məqsədi ölkə iqtisadiyyatının inkişafına töhfə verməkdir, sahibkarlığın inkişafına dəstək olmaqdır.Əminəm ki, bugünkü hərracın nəticələri uğurlu olacaqdır”.
"AzerGold"un "Çovdar" qızıl mədənindən mərasimə qoşulan İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əldə etdiyimiz ilkin məlumata görə, bu qiymətli kağızlara maraq yüksəkdir. Biz də səbirsizliklə yerləşdirmənin nəticələrini gözləyəcəyik",- deyib.
Mərasimdə “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib:
“Buna nail olmaq üçün yeni mədənlərin kəşf edilməsi, işə salınması vacibdir. Bu da öz növbəsində yeni sərmayə qoyuluşlarını tələb edir. Ölkədə həyata keçirilən dövlət proqramları və tədbirlər planları nəticəsində milli iqtisadiyyatın şaxələndirilməsi davam edir, maliyyə bazarları stabil inkişaf edir. Bu da “AzerGold” kimi mənfəətlə işləyən dövlət şirkətləri üçün yeni maliyyə alətlərindən istifadə etmək imkanı yaradır. Məhz bu imkan çərçivəsində biz bu gün “AzerGold”un istiqrazlarını yerli bazara çıxarırıq. Bu istiqrazlar həm biznes strukturları, həm də sadə vətəndaşlar üçün yeni gəlir mənbələri formalaşdırır. Qiymətli kağızlara investisiya qoyanlar milli iqtisadiyyatın inkişafında pay sahibi olacaqlar”.
Qeyd edək ki, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayterliyi ilə, ümumi dəyəri 20 milyon ABŞ dolları olan və birinci tranş üzrə 10 milyon ABŞ dolları həcmində buraxılan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
“AzerGold” istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi isə 4% təşkil edir. İstiqrazların tədavül müddəti 3 ildir. İstiqraz sahiblərinə faiz gəliri 3 aydan bir ödəniləcəkdir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
12 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 12 saat əvvəl
-
13 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 13 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var


















