Azərbaycan suyun keyfiyyəti reytinqində - 179 ÖLKƏ ARASINDA....
Suyun keyfiyyətinə görə dünya ölkələrinin reytinqində Azərbaycan 179 ölkə arasında 84-cü yeri tutub.
Ölkədə içməli suyun keyfiyyət indeksi 46,4 (100-dən) olub.
Reytinq müəllifləri istehlak edilmiş suyun keyfiyyətinin əlaqəli ola biləcəyi sağlamlığa zərər verən bütün kliniki qeydə alınmış halları nəzərə alıblar. İndeksin göstəricisi ölkədəki içməli suyun təmizlik və təhlükəsizliyinin əksidir.
Reytinqdə 1-ci yeri mümkün olan ən yüksək göstəricilərə malik düz 10 ölkə tutub: Avstriya, Finlandiya, Yunanıstan, İslandiya, İrlandiya, Malta, Hollandiya, Norveç, İsveçrə və Böyük Britaniya.
İndeks hesablanarkən təhlükəli içməli suyun təsirindən 100 min nəfərə düşən həyatın itirilmiş illərinin sayı (disability-adjusted life-years lost — DALY, “xəstəliyin ümumi yükü”nü qiymətləndirən göstərici) nəzərə alınıb. İndeksin yüksək olması ölkədə təmiz və təhlükəsiz içməli su olduğunun göstəricisidir.
Xatırladaq ki, 2004-cü ildə regionların ilk Dövlət Sosial-İqtisadi İnkişaf Proqramı qəbul edildikdə Azərbaycanda içməli su təchizatı 40 faiz səviyyəsində idi. Bu gün bu rəqəm 70%-ə çatıb. Bakıda sakinlərin yalnız 29%-i daimi içməli su alırdı. Bu gün bu rəqəm təxminən 82%-ə çatıb. Regionlarda isə bu rəqəm 9%-dən 63%-ə qədər artıb.
Azərbaycanın su ehtiyatlarının əhəmiyyətli bir hissəsinin xarici ölkələrdə formalaşdığını nəzərə alsaq, Oğuz-Qəbələ-Bakı su kəməri yalnız yerli mənbəyə əsaslanan böyük layihə olub.
Taxtakörpü su anbarının tikintisi tarixi layihədir, çünki bu su anbarının həcmi kifayət qədər böyükdür - 270 milyon kubmetrdir. Eyni zamanda, Taxtakörpü su anbarından Ceyranbatan su anbarına qədər yeni beton kanal çəkilib. Taxtakörpü su anbarının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Samur çayının təbii şəkildə təmizlənən suları bura toplanır və buradan Ceyranbatan anbarına daxil olur. Əvvəllər Samur çayından gələn su birbaşa kanaldan keçməklə Ceyranbatan su anbarına daxil olurdu.
Bu gün Şəmkirçay su anbarı ölkənin su ehtiyatlarının toplanmasında və paylanmasında xüsusi rol oynayır. Bu su anbarının həcmi 165 milyon kubmetrdir. Beləliklə, Taxtakörpü şimal zonasının, Bakının, Şəmkirçay isə qərb zonasının su ilə təchizatında mühüm rol oynayır.
Paralel olaraq son illərdə cənub zonasında yerləşən Göytəpə su anbarı və Tovuzçay su anbarı tikilib. Son 15 ildə yaradılan iri su anbarlarının həcmi 470 milyon kubmetrdir.
Respublikada ilk dəfə tərtib edilmiş su ehtiyatları balansına görə, bu il ölkənin su ehtiyatlarının keçən illə müqayisədə 2,8 milyard kubmetr az - 34,1 milyard kubmetr həcmində olacağı proqnozlaşdırılır. O cümlədən ilin əvvəlinə su anbarlarındakı qalıq 10,6 milyard kubmetr təşkil edib. İl ərzində formalaşan su ehtiyatlarının 23,5 milyard kubmetr təşkil edəcəyi gözlənilir. Proqnoza görə, bu il ölkədə yaradılan yerüstü su ehtiyatlarının 70%-i qonşu ölkələrdən axan su hesabına təmin olunacaq, o cümlədən bunun təxminən yarısı Kür çayının payına düşəcək. Kür çayı hövzəsində su ehtiyatlarının qorunması və davamlı istifadəsi sahəsində ölkələr arasında əməkdaşlığı gücləndirmək üçün müvafiq saziş layihəsi hazırlanıb və hazırda bununla bağlı danışıqlar aparılır.
Report
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
1 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
1 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
1 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
1 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
1 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton

























