Azərbaycandakı 2 böyük şirkət memorandum imzaladı
Carlsberg Azerbaijan və AzərŞəkər şirkətləri əməkdaşlıq memorandumu imzalayıb"Carlsberg Azerbaijan və AzərŞəkər şirkətlərinin ölkədə pivəlik arpa kultivasiyasının inkişafı üzrə tərəfdaşlığı çərçivəsində gələcək əməkdaşlıq haqqında memorandumu imzlayıblar.
Carlsberg Azerbaijan şirkətinin yaydığı məlumatda bildirilir ki, 2019-cu ildə pivə istehsalı üçün xammalın lokalizasiyası məqsədilə Carlsberg Azerbaijan və AzərŞəkər şirkətləri tərəfindən Azərbaycanda pivəlik arpa becərilməsi üzrə pilot layihəyə start verilib.
"Pilot əkinin əsas məqsədi yerli şəraitdə sınaqların aparılması, pivə istehsalı üçün yararlılıq nöqteyi-nəzərindən keyfiyyət göstəricilərinə uyğunluğun müəyyən edilməsi yolu ilə sınaqdan keçirilən növlərin potensial məhsuldarlığının aşkar edilməsindən ibarət idi. Pivə istehsalı üçün ilk yerli arpa məhsulunun nümunələri Carlsberg Group-un yerli və regional laboratoriyalarında sınaqdan keçirildi və bu, layihənin daha da genişləndirilməsinə imkan yaratdı.
Beləliklə, 2020-ci ilin noyabr ayının ortasında Şəmkir rayonunda 70 ha ərazidə pivəlik arpa əkini həyata keçirilib ki, bu da 2021-ci ildə Carlsberg Azerbaijan-ın pivə istehsalı üçün arpaya olan illik tələbatının 10%-dən çoxunu təmin etməyə və 2022-ci ilə yerli arpa ilə təmin olunmanı mühüm səviyyədə artırmağa imkan verəcək.
Memorandum imzalanması təşəbbüskar şirkətlər, həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa çərçivəsində baş tutdu. COVID-19 pandemiyası ilə əlaqədar olaraq tədbir epidemioloji təhlükəsizlik tələblərinə uyğun olaraq təşkil edilmişdir".
Dəyirmi masa ətrafında tərəflərlayihənin inkişafının perspektivlərini, həmçinin pivə istehsalı üçün zəruri olan bir sıra digər xammal növlərinin lokalizasiya imkanlarını müzakirə ediblər.

AzərŞəkər şirkətinin baş direktoru Anar Mehdiyev bildirib: “3 ildən artıqdır fəaliyyət göstərən Azərşəkər şirkətinin məqsədi, ölkəmizin müxtəlif rayonlarında müasir kənd təsərrüfatlar yaratmaq və innovativ əkinçiliyin inkişafına yatırım etməkdir. Düşünürəm ki, bu istiqamətdə 3 il kimi qısa müddətdə önəmli uğurlara imza atmışıq. Qarşımıza qoyduğumuz əsas hədəflərdən biri də ölkəmizdə istehlak olunan ərzaq məhsullarının istehsalının yerli xammal hesabına həyata keçirilməsidir. Becərdiyimiz ilk məhsullardan biri də şəkər çuğundurudur. Bu ilki məhsuldarlığımız 80 t/ha olmuşdur və bu kifayət qədər önəmli nəticədir.
Uzun müddətdir Azərbaycanda pivə istehalını həyata keçirən Carlsberg Azerbaijan şirkətinin istehsal zamanı yerli arpa xammalından istifadə etmək istəyi bizi sevindirir. Bu təşəbbüsə görə, başda Vyaçeslav Maltsev olmaqla Carlsberg Azerbaijan şirkətinə təşəkkür edirik. Carlsberg Azərbaycan şirkəti ilə birlikdə ötən il həyata keçirdiyimiz test əkinləri uğurla başa çatmışdır. Bu səbəbdən əməkdaşlığımızı yeni mərhələyə keçirərək bu gün əməkdaşlıq memorandumu imzalayırıq. Əminik ki, əməkdaşlığımız tək şirkətlərimiz üçün deyil, həm də ölkə iqtisadiyyatına və idxalın azalmasına töhvə verəcəkdir.”

Carlsberg Azerbaijan-ın baş direktoru Vyaçeslav Maltsev bildirib: “Tərəfimizdən imzalanmış əməkdaşlıq haqqında memorandum təkcə Carlsberg Azerbaijan və AzərŞəkər üçün deyil, həm də Azərbaycan iqtisadiyyatı üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq onilliklər keçdikdən sonra məhsuldar Azərbaycan torpaqlarında pivəlik arpa becərilməsini canlandıracaq və tərəfimizdən istehsal olunan pivənin 100% Azərbaycan pivəsi olmasını təmin edəcəkdir: çünki məhsulumuz Xırdalanda yerləşən zavodumuzda, Şəmkirdə becərilmiş arpadan Azərbaycanlı pivəbişirəninin sayıq nəzarəti altında, şübhəsiz ki, Carlsberg Group-un dəyişilməz yüksək keyfiyyət standartlarına əməl edilməklə istehsal olunacaq. Əminəm ki, biz yolun lap əvvəlindəyik və Azərbaycanda becərilən pivəlik arpa yaxın illərdə yerli istehsalçıların xammal tələbatını tamamilə ödəməklə yanaşı, həm də ixrac məhsuluna çevirməyə imkan verəcəkdir.”
AzərŞəkər MMC - 2017-ci ildə təsis edilmişdir, ölkənin ayrı-ayrı rayonlarında əkin sahələrinə yatırım etməklə, müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Cari əkin mövsümündə Şəmkirdə 700 hektar müasir suvarma təminatlı təsərrüfatda taxıl, şəkər çuğunduru, soya və qarğıdalı becərilməsini həyata keçirməkdədir. 2021-ci ilin sonuna kimi Şəmkir, Yevlax, Ağcabədi, Füzuli rayonlarında, toplam 8000 hektara yaxın ərazinin müasir suvarma və digər müasir infrastruktur sistemi ilə təchizatı üçün 55 milyon manata yaxın vəsait yatıracaqdır. Hal-hazırda şirkətdə 105 nəfər işçi çalışır, əkinçilik işləri üçün 23 milyon manatdan çox vəsait yatırılmışdır. 2019-cu ildən şirkətin Yevlax təsərrüfatının nəzdində “AgroLab” müasir kənd təsərrüfatı laboratoriyası fəaliyyət göstərməkdədir.
Carlsberg Azerbaijan pivə zavodu Xırdalan şəhərində — Azərbaycanın paytaxtından 10 km məsafədə yerləşir. Zavodun isteshal gücü ildə 8 mln. dekalitr təşkil edir. Şirkətdə təxminən 260 nəfər işçi və vasitəli şəkildə olmaqla 400-nəfərə yaxın şəxs (distribyutorlar, agentliklər, podratçılar) çalışır. Zavodun inkişafında şirkətin investisiyalarının ümumi məbləği təqribən 55 milyon AZN təşkil edir. Şirkətin büdcəsinə vergi tutulmalarının illik məbləği təqribən 20-25 milyon AZN təşkil edir. Şirkətin portfelinə Xırdalan, Tuborg, Балтика, Кулер, Əfsanə, Carlsberg, Kronenbourg Blanc 1664, Seth&Riley's Garage və s. kimi populyar brendlər daxildir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
5 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
5 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
5 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
6 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
7 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton
























