"Bizim bütün şərtlərimiz yerinə yetirilməlidir ki, "Əsrin kontraktı" daha da uzadılsın"
"Bizim bütün şərtlərimiz yerinə yetirilməlidir ki, "Əsrin kontraktı"nın müddəti daha da uzadılsın".
Bunu Prezident İlham Əliyev Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışı zamanı məktəbin müəllim və tələbələri, Dövlət Neft Şirkətinin nümayəndələri ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: “Eyni zamanda, əlbəttə, neft sektoru bu gün ölkəmizin həyatında çox mühüm rol oynayır və gələcəkdə də oynayacaq. Bizim təşəbbüsümüzlə icra edilən layihələr artıq çoxdan ölkə hüdudlarından çıxıb, beynəlxalq məna daşıyır. “Əsrin kontraktı” artıq 20 ildən çoxdur ki, icra edilir. Biz bütün bu nailiyyətlərə “Əsrin kontraktı”nın nəticəsində çata bilmişik. Bu gün isə XXI əsrin kontraktı - “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Azərbaycan bu nəhəng meqalayihənin icrasında liderlik rolunu oynayır. Bu liderlik rolumuz artıq üçüncü dəfə Bakıda keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının qətnaməsində də öz əksini tapmışdır. Bu layihədə iştirak edən bütün ölkələr, eyni zamanda, Avropa İttifaqının, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın nümayəndəlikləri qəbul edilmiş qətnamədə ölkəmizin liderlik rolunu bir daha göstərirlər, bunu təsdiq edirlər. Bu, böyük şərəfdir və böyük məsuliyyətdir. Azərbaycan nəinki ölkə daxilində enerji məsələlərinin həllində nümunə göstərir, biz regional və qlobal əməkdaşlıq baxımından da bu gün xüsusi rol oynayırıq”.
İlham Əliyev bildirib ki, bu gün icra olunan Cənub Qaz Dəhlizi Avropada ən böyük infrastruktur layihəsidir, 40 milyard dollar səviyyəsində sərmayə qoyuluşu nəzərdə tutulur:
“Bütün işlər qrafik üzrə gedir. Əminəm ki, gələn il biz bu layihənin ən önəmli hissəsi olan “Şahdəniz-2” və TANAP layihələrinin icrasına nail olacağıq. Ümid edirəm ki, layihənin qalan bütün seqmentləri də vaxtında icra ediləcək. Bax, bizim dinamikamız bundan ibarətdir. 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan layihəsi bundan sonra qaz layihələrinin icrasına gətirib çıxarıb. Bütün bu işlərin təməlini ulu öndər Heydər Əliyev 1994-cü ildə qoymuşdur. “Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir. Mən və Xoşbəxt müəllim yaxşı xatırlayırıq ki, bu kontraktın ərsəyə gəlməsi nə qədər çətin idi. Ulu Öndər o vaxt bizi Neft Şirkətinin nümayəndələri kimi, Hyustona ezam etmişdi. Biz orada bir aydan çox danışıqlar aparmışdıq və çalışırdıq ki, Azərbaycan dövlətinin maraqlarını tam müdafiə edək. Hesab edirəm ki, buna nail ola bildik. Gərgin, bəzi hallarda çox çətin şəraitdə keçən, bəzi hallarda qarşıdurmalara gətirib çıxaran danışıqlarda Azərbaycan çox böyük uğurlara nail ola bilibdir və bunun nəticəsində bu gün mənfəət neftinin 75 faizi Azərbaycana qalır. Baxmayaraq ki, “Əsrin kontraktı”nın bütün investisiyaları xarici şirkətlər tərəfindən qoyulmuşdur və digər bir çox önəmli məsələlər burada öz əksini tapmışdır. O cümlədən xüsusi qeyd etməliyəm ki, bizim təkidimizlə kontraktın şərtlərinə salındı ki, Azərbaycan mütəxəssislərinin sayı bütün bu kontrakt işlərində tədricən artacaq və bu gün biz bunu görürük. Əgər 1994-cü ildə mütəxəssislərimizin say nisbəti təqribən 5-10 faiz idisə, bu gün bu, 90 faizə çatıb və bütün ən çətin, ən mürəkkəb texnoloji proseslərdə bizim mütəxəssislərimiz iştirak edirlər. Ona görə “Əsrin kontraktı”nın əhəmiyyətini artıq Azərbaycan xalqı görür. Əgər o vaxt bu kontrakt imzalanmasaydı, Azərbaycana heç kim investisiya qoymazdı, biz nəhəng neft infrastrukturu yarada bilməzdik.
Bu yaxınlarda inşasına başladığımız böyük neft qazma qurğusu artıq hazırdır, yaxın vaxtlarda istifadəyə veriləcək. Oraya qoyulan sərmayənin həcmi 1 milyard dollardan çoxdur. Neft-qaz əməliyyatları üçün lazım olan bütün dayaq blokları, platformaların üst hissələri Azərbaycanda istehsal edilir. On minlərlə insan bu işlərə cəlb olunur, yaxşı maaş alır, öz peşəkarlığını nümayiş etdirir. Bir neçə il bundan əvvəl bizim təşəbbüsümüzlə Bakıda gəmiqayırma zavodu tikilmişdir. Nəyə görə? Əgər “Əsrin kontraktı” olmasaydı, bizə bu qədər gəmilər də lazım olmazdı və bu gün bizim gəmiqayırma zavodumuz həm SOCAR üçün, həm Xəzər Gəmiçiliyi üçün sifarişlər icra edir. Əminəm ki, Xəzəryanı ölkələr də zavodun imkanlarından istifadə edəcəklər. Yəni, “Əsrin kontraktı”nın imzalanması demək olar ki, bütün iqtisadiyyatımızı hərəkətə gətirdi. Yerli firmalar kontraktlar imzaladılar, maddi vəziyyətlərini yaxşılaşdırdılar. Hazırlıqlı kadrlar artıq Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərirlər və biz bu müsbət dinamikanı saxlayırıq”.
Azərbaycan Prezidenti əlavə edib: “Əsrin kontraktı” bu gün də ölkəmizə xeyir gətirir və bildiyiniz kimi, indi SOCAR-la tərəfdaşlar arasında danışıqlar gedir ki, bu kontraktın müddəti uzadılsın və mən buna müsbət baxıram. Əlbəttə, bizim bütün şərtlərimiz yerinə yetirilməlidir ki, kontraktın müddəti daha da uzadılsın”.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
8 d. əvvəl
"1 kvadratmetri başlayanda 4 min dollar idi, indi 8 min dollardır"
- 25 d. əvvəl
-
1 saat əvvəl
İlon Mask 80 milyard dollar borcu olan media nəhənginə 1 milyard dollar yatırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
PepsiCo və Taco Bell əməkdaşlığı 2036-cı ilə qədər uzadıb - KFC isə Coca-Cola-ya keçir
-
1 saat əvvəl
Netflix-in xalis mənfəəti 44 faiz artaraq 3,66 milyard dollara çatıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"1 kvadratmetri başlayanda 4 min dollar idi, indi 8 min dollardır"
Netflix-in xalis mənfəəti 44% artıb, lakin səhmləri 6% ucuzlaşıb – Şirkət reklam gəlirləri üzrə proqnozunu azaldıb
Ən çox oxunanlar
Tide və Pampers-in istehsalçısının gəlirləri artıb - satışları 23 milyard dolları keçib, səhmləri 5%-dən çox bahalaşıb
PepsiCo və Taco Bell əməkdaşlığı 2036-cı ilə qədər uzadıb - KFC isə Coca-Cola-ya keçir
Netflix-in xalis mənfəəti 44 faiz artaraq 3,66 milyard dollara çatıb
Vens: Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Nvidia-nın rəhbəri: Süni intellektə tələb həddindən artıq yüksəkdir, lakin kapital çatışmır
Dünyanın ən böyük sərvət fondu 30 milyard dollar zərər edib






















