Azərbaycanda “EY İlin İş Adamı” müsabiqəsinin qalibi elan edildi
EY Azərbaycan şirkəti tərəfindən Azərbaycanda artıq ikinci dəfə keçirilən “EY İlin İş Adamı” müsabiqəsinin qalibi elan edilib. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strateji tərəfdaşlığı ilə keçirilən “EY İlin İş Adamı” müsabiqəsinə bp və Azərbaycan Beynəlxalq Bankı sponsor dəstəyi göstərib.
Ekvita konsaltinq şirkəti müsabiqənin tərəfdaşları sırasındadır.
Müsabiqənin qalibini biznes ictimaiyyətinin, dövlət şirkətlərinin top menecerlərinin və beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti seçib. Qalib seçim mərhələsindən keçən və sahibkarlıqda liderlik keyfiyyətləri nümayiş etdirən 11 güclü namizəd arasından müəyyənləşib.
Mükafatlandırma mərasimi 8 aprel tarixində keçirilib. Kütləvi tədbirlərin təşkilində mövcud məhdudiyyətlər səbəbindən mərasimə iştirakçıların bir qismi canlı qatılıb. Qonaqların əksəriyyəti isə tədbirə videokonfrans vasitəsilə qoşulub.
Müsabiqə iştirakçılarının müraciətlərini hərtərəfli qiymətləndirdikdən sonra münsiflər fərqli nominasiyalar üzrə qalibləri seçiblər. Beləliklə, “İnnovasiya” nominasiyasında FRAZEX şirkətindən Camal Xasayev, “Sosial təsir” nominasiyasında LANDAU məktəbindən Emil Leznik, “Ətraf mühitə müsbət təsir” nominasiyası üzrə Bioropean şirkətindən Emin İlyas və “Aqrar sahədə davamlılıq və regional inkişaf” nominasiyası üzrə Chabiant Winery şirkətindən Fərid Axundov təltif olunub.
Resm Jewelry şirkətinin rəhbəri Rəsminə Qürbətova isə “EY İlin İş Adamı” müsabiqəsinin qalibi elan edilib. O, “İlin İş Adamı” müsabiqəsinin beynəlxalq mərhələsində Azərbaycanı təmsil edərək dünyanın ən yenilikçi iş adamları ilə mübarizə aparacaq.
“Sahibkarlıq verdiyi sərbəstliyə görə çox dəyərlidir. İstədiyiniz vaxt istədiyiniz ideyaları gerçəkləşdirmək imkanınız var” – deyə Rəsminə Qürbətova sahibkarlıq fəaliyyəti barədə bildirib.
EY Azərbaycan şirkətinin idarəedici partnyoru İlqar Vəliyev qeyd edib: “Ölkəmizdə uğurlu iş adamlarının sayı az deyil. Lakin həqiqətən təqdirəlayiq bir şirkət yaratmaq üçün siz gözlənilməz halları aradan qaldırmağı və müxtəlif çətinliklərlə üzləşməyi bacarmalısınız. Əminəm ki, məqsədyönlü və çeviklik nümayiş etdirən sahibkarlarımız bu böhrandan sonra ayağa qalxa biləcək və yaşanan çətinliklərə baxmayaraq öz fəaliyyətləri ilə digərlərini ilhamlandırmağa və daha da çox inkişaf etməyə davam edəcəklər. EY şirkəti kiçik və orta sahibkarlığın inkişafına töhfə verən 2021-ci ilin “EY İlin İş Adamı” müsabiqəsinin təşkil olunmasından qürur duyur".
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib: “Kiçik və orta sahibkarlığın dəstəklənməsi Azərbaycan iqtisadiyyatının prioritetlərindən biridir və bu hədəfə çatmaq üçün bir sıra uğurlu addımlar atılıb. Bu səbəbdən biz “EY İlin İş Adamı” müsabiqəsinin artıq ikinci dəfə kiçik və orta sahibkarlığı diqqət mərkəzində saxlamasından olduqca məmnunuq. Sahibkarların müsabiqəyə fəal şəkildə qatılması bizi də sevindirir. Bu, gələcəkdə daha çox sahibkarın proqrama qoşulacağını göstərir. Bu yarışmanı dəstəklədiyi və həyata keçirdiyi üçün EY Azərbaycan şirkətinə və bütün tərəfdaşlara təşəkkür edirəm”.
bp-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiyalar və üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Yerli müəssisələrin sahibkarlıq uğurlarını və böyümək üçün atdıqları addımları tanıyan "EY İlin İş Adamı" müsabiqəsinin məqsədi bizim yerli tədarük zəncirinin inkişafına kömək etmək səylərimizlə tam uyğundur. Bu mötəbər müsabiqəni dəstəkləməyə imkan yaratdığı üçün EY şirkətinə təşəkkürümü bildirirəm və dünyanın ən güclü sahibkarları arasında Azərbaycanın nümayəndəsini də görməyi səbrsizliklə gözləyirəm".
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Bankımız ölkəmizdə ikinci dəfədir keçirilən “EY İlin İş Adamı” müsabiqəsinə də böyük məmnuniyyətlə dəstək verdi. Kiçik və orta sahibkarlıq seqmenti ilə iş bizim üçün çox əhəmiyyətlidir. Azərbaycan Beynəlxalq Bankı olaraq biz hər zaman sahibkarlarımızın yanındayıq. Yeni innovativ imkanların axtarışında onlarla birgəyik. Əminik ki, bu müsabiqə zaman keçdikcə Azərbaycanda sahibkarların ən maraqlı, həm də müsbət mənada gərgin rəqabət platformalarından biri kimi tanınacaq”.
“İlin İş Adamı” müsabiqəsi haqqında
EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatı olan "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını ilhamlandırmaqdır. Öz sahəsində ilk və yeganə qlobal mükafat proqramı olaraq, "EY İlin İş Adamı" 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, böyüyən və dinamik biznes quran sahibkarları üzə çıxarır.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
10 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
10 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
10 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
11 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
12 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton






















