“Azərsu”da meqa zərər - 7 MİLYARD MANATI KEÇİB
“Azərsu” ASC 2020-ci ili 323 milyon 222 min manat xalis zərər ilə başa vurub. Bu, 2019-cu illə müqayisədə 270 milyon 323 min manat və ya 45,5% azdır. ASC 2019-cu ili 593 milyon 545 min manat xalis zərər ilə bağlamışdı. 2020-ci ilin sonunda 1 milyard manat cəmi aktivləri olan “Azərsu” ASC-nin yığılmış zərəri 7 milyard 303 milyon 456 min manata çatıb.
GƏLİRLƏRİ AZALIB
Marja ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, 2020-ci ildə “Azərsu” ASC-nin satışdan gəlirləri 184 milyon 246 mijn manat təşkil edib. “Azərsu” 2019-cu ildə satışdan 193 milyon 36 min manat gəlir əldə etmişdi. Həmçinin ASC ötən il 7 milyon 846 min manat digər gəlirlər də əldə edib.
192 milyon 92 min manat cəmi gəlirlərə qarşılıq “Azərsu” ASC-nin cəmi xərcləri 515 milyon 314 min manat təşkil edib və xərclər gəlirləri üstələdiyindən 323 milyon 222 min manat xalis zərər yaranıb.
"AZƏRSU" AÇIQLAMA YAYIB
“Azərsu” ASC-nin maliyyə nəticələrilə bağlı açıqlamasında bildirilir:
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci bəndinə əsasən “Azərsu” ASC-nin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tələblərinə uyğun olaraq illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları hazırlanıb və bu hesabatlar müstəqil auditor təşkilatı tərəfindən audit edilib. 31 dekabr 2020-ci ilə Cəmiyyətin əsas vəsaitləri 115,6 milyon manat artaraq 942,7 milyonmanat təşkil edib.
Hesabat ilində ASC-nin cari zərəri 323,2 milyon manat olub ki, bu da 2019-cu ilə nisbətən (2019-cu ildə 593,5 milyon manat) 270,3 milyon manat azdır. Cari zərər əsas etibarilə əsas vəsaitlərin qiymətdəndüşmə zərəri (207,8 milyon manat) hesabına yaranıb. Hesabat ilinə Cəmiyyətin artan yekunla əks olunan yığılmış zərəri 7,3 milyard manat olub ki, bunun da 6,8 milyard manatı Cəmiyyətin əsas fəaliyyəti nəticəsində deyil, maddi və qeyri-maddi aktivlərinin qiymətləndirilməsi və qiymətdəndüşməsi ilə əlaqədar yaranıb.
2020-ci ildə satışdan gəlirlər 184,2 milyon manat təşkil edib və 2019-cu ilə nisbətən 8,8 milyon manat az olub. Gəlirlərin azalması əsasən koronavirus (COVID-2019) pandemiyası şəraitində qeyri-əhali qrupu kateqoriyasına aid olan bir sıra abonentlərin (təhsil ocaqları, ictimai iaşə, turizm və istirahət obyektləri, şadlıq sarayları və s.) fəaliyyətinin tam və ya qismən məhdudlaşdırılması ilə əlaqədardır.
Qeyd edək ki, maliyyə hesabatlarının hazırlanması prosesində beynəlxalq standartların tələblərinə uyğun olaraq əsas vəsaitlərin qiymətləndirilməsi və qiymətdəndüşməyə testləşdirilməsi həyata keçirilir. Bazar dəyəri olan əsas vəsaitlərin ədalətli dəyəri müəyyən olunur. Xüsusiləşdirilmiş aktivlərə isə bir vahid (pul axını yaradan aktiv) kimi baxılır. Cəmiyyətin növbəti 5 il üçün gəlir-xərc proqnozları əsasında bu aktivlərdən istismar dövrü ərzində gözlənilən gəlirlilik müəyyən edilir və illər üzrə diskontlaşdırılır. Bu məbləğlə aktivlərin cari dəyəri arasındakı fərq dövr üzrə qiymətdəndüşmə zərərini əks etdirir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
19 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
19 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
20 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
20 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 20 saat əvvəl
-
21 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
21 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton





















