Əhaliyə 100 milyon manata yaxın ƏDV qaytarılıb
2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir. “Kapital Bank” və Azərbaycan Beynəlxalq Bankının maliyyə partnyoru olduqları, biznes ictimaiyyəti və vətəndaşlar tərəfindən rəğbətlə qarşılanan layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir.
Marja Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2020-ci ilin may ayından bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda (www.edvgerial.az) 1 milyon 340 mindən çox istifadəçi qeydə alınıb. “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2021-ci ilin 2-ci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən iki bank xətti ilə ümumilikdə 235 milyon 517 min 348 çek üzrə 94 milyon 692 min 90 manat həcmində ƏDV məbləği geri qaytarılıb. 2020-ci ilin may ayından indiyədək portala çek əlavə edən müştərilərin sayında sürətli artım dinamikası müşahidə edilir ki, bu da “ƏDV geri al” layihəsinə olan kütləvi marağın göstəricisidir. Təkcə 2021-ci ilin 1-ci yarımilliyi ərzində 155 milyon 506 min 944 kassa çeki üzrə 61 milyon 269 min 701,56 manat ƏDV məbləği istehlakçılara geri qaytarılıb.
Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəfin ƏDV ödəyicisi olması mütləqdir. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.
İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya əlavə olaraq POS-terminaldan çıxarış da verilməlidir.
Xatırladırıq ki, ki, istehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin, “Kapital Bank”ın “BirBank” və ya Azərbaycan Beynəlxalq Bankının “Iba mobile” tətbiqlərinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiqlər vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri ala bilərlər.
Qeyd edək ki, Vergi Məcəlləsində nəzarət-kassa aparatının çeklərindəki məlumatlarla bağlı konkret tələblər də mövcuddur. Yəni fiskal çeklərdə məhsulun adının qeyd edilməməsi, çeklərin ümumi tələblərə uyğun olmaması (malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin məbləği); nəzarət-kassa aparatının markası və zavod nömrəsi; nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti); malın sürətli məlumat kodu (Quick Response Code) və s.) ƏDV-nin geri alınması üçün müraciətə imtinaya səbəb ola bilər.
Həmçinin oxu
Ərzaq təhlükəsizliyi təhlükə altındadır? - MÜSAHİBƏMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 21 d. əvvəl
-
39 d. əvvəl
Unibank müəllimlər, həkimlər və bank əməkdaşları üçün xüsusi kampaniya keçirir
-
-
1 saat əvvəl
“Azərsun Holdinq”in Müşahidə Şurasına yeni sədr təyin edilib
-
3 saat əvvəl
Keçmiş bankir "AzRe Təkrarsığorta"nın rəhbərliyindən ayrılıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
-
4 saat əvvəl
Goldman Sachs: Neft qiymətlərində risklər yuxarı istiqamətdədir
-
4 saat əvvəl
Gömrük sahəsində malların ikipilləli buraxılış mexanizmi tətbiq olunacaq
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
2025-ci il üzrə "Azərlotereya" 100,7 milyon manat, "Topaz" 39,8 milyon manat vergi ödəyib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan BOKT-u rebrendinq edib
“Azərsun Holdinq”in Müşahidə Şurasına yeni sədr təyin edilib
Aprelin 10-da gözlənilən hava şəraiti
Goldman Sachs: Neft qiymətlərində risklər yuxarı istiqamətdədir
Ən çox oxunanlar
PAŞA Holding və Dünya İqtisadi Forumu arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilib
İrşad 2025-ci ildə də ən çox vergi ödəyənlər arasında
2025-ci il üzrə "Azərlotereya" 100,7 milyon manat, "Topaz" 39,8 milyon manat vergi ödəyib
Azərbaycan neftinin son qiyməti
Dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan 100 vergi ödəyicisi - SİYAHI
İran: ABŞ danışıqlar prosesi öncəsi razılaşdırılmış 10 maddəlik təklifin 3 əsas maddəsini pozub
Rəsmi məzənnələr açıqlandı


















