Qazaxıstanın qazma qurğusu Xəzərin Azərbaycan sektorunda işlərə başlayır
Qazaxıstanın ilk özüqalxan üzən qazma qurğusu "Satti" Xəzər dənizinə göndərilib.
Bu barədə Qazaxıstanın milli şirkəti "KazMunayGas" məlumat yayıb.
Məlumata görə, qazma qurğusu modifikasiya işlərindən sonra Xəzərin Azərbaycan sektorunda qazma işlərinin aparılması üçün dənizə göndərilib. Modifikasiya işlərinin nəticəsində qurğunun yükqaldırma imkanları 453 tondan 680 tonadək artırılıb. Hazırda qurğu 6 000 metrdən artıq quyuların qazılmasını həyata keçirə bilir.
"Qazma qurğusu BP şirkətinin operator olduğu "Shallow Water Absheron Peninsula" (Abşeron yarımadası ətrafında dayazsulu sahəsi – SWAP) layihəsi çərçivəsində istismar ediləcək", - məlumatda deyilir.
Xatırladaq ki, SWAP müqavilə sahəsi daxilində kəşfiyyat qazma işləri üçün üç perspektiv sahə müəyyən edilmişdir və hər bir sahədə bir kəşfiyyat quyusunun (ümumilikdə üç quyunun) qazılması planlaşdırılır. BP şirkətinin planlarına görə, birinci quyu cari ilin üçüncü, ikinci quyu 2021-ci ilin dördüncü, üçüncü quyu isə 2022-ci ilin birinci rübündə qazılacaq. Qazma qrafiki əlavə işlərin aparılması zərurətindən asılı olaraq dəyişə bilər.
Ümumiyyətlə, dayazsulu "Abşeron" perspektiv sahəsində qazılacaq 3 kəşfiyyat quyularının dərinliyi 3-4 min metr arasında olacaq, quyular suyun 6-10 metr dərinliyində qazılacaq. SWAP layihəsi üzrə neft ehtiyatlarının olması ehtimal edilir.
Qeyd edək ki, bu ilin fevralında Əsas payı SOCAR-a məxsus olan "Caspian Drilling Company" (CDC) şirkəti və Qazaxıstanın "KazMunayGas" milli şirkətinin törəməsi olan "KMG Drilling & Services" arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Satti" qurğusu vasitəsilə quyuların qazılmasına dair müqavilə imzalanıb.
BP və SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında yerləşən dayazsulu ərazilərdə potensial perspektiv strukturların birgə kəşfiyyatı və işlənməsi üçün 2014-cü ilin dekabr ayında Hasilatın Pay Bölgüsü haqqında Sazişi (HPBS) imzalayıb. 2015-ci ilin 14 aprel tarixində Azərbaycan Respublikasının Milli Məclisi həmin Sazişi ratifikasiya etdi. Sazişə əsasən "BP Exploration (Caspian Sea) Ltd" şirkəti əməliyyatçı olmaqla müqavilədə 50% paya və SOCAR isə qalan 50% paya malikdir.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
4 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
3 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
- 31 d. əvvəl
- 39 d. əvvəl
-
54 d. əvvəl
“Qiymətləndirmədə əsas məsələ rəqəm yox, nəticənin etibarlılığıdır”
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Azərbaycan Dövlət Neft Fondu 2024-2026-cı illərdə ən böyük qızıl alıcılarından biri olub"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
“Tamstore” 100-cü marketini açdı
"Azərbaycan Dövlət Neft Fondu 2024-2026-cı illərdə ən böyük qızıl alıcılarından biri olub"
Azərbaycanın sığorta bazarı 7 %-dən çox böyüyüb
Ən çox oxunanlar
Avqustun 26-da gözlənilən hava şəraiti
İri investisiya layihələrinin qarşısındakı maneələr aradan qaldırılır - Torpaqdan gömrüyədək qərarlar koordinasiyalı veriləcək
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
Robert Köçəryana qarşı cinayət işi ilə bağlı təfərrüatlar açıqlanıb: 6 nəfər həbs edilib
Ali Məhkəmədən sələmçilərə xəbərdarlıq
Azərbaycana gələn əcnəbilərin sayı 9,2% azalıb – Körfəz ölkələrindən axın 32,8% düşüb
























