Azərbaycanda qaz yatağında rekord göstəricilərlə quyu istismara verildi
“Ümid” qaz-kondensat yatağında rekord göstəricilərlə 18 saylı quyu istismara verildiSOCAR-ın strateji əhəmiyyət kəsb edən qısa və uzunmüddətli biznes planlarının icrası çərçivəsində “Ümid-1” platformasından U1-18 saylı istismar quyusunda qazma işləri 6120 metr dərinlikdə uğurla başa çatdırılmış, məhsuldar qatın Vll horizontu tam açılmışdır.
Şirkətin yaydığı məlumatda bildirilir ki, “Ümid-Babək” dəniz blokunun işlənməsində səmərəliliyin artırılması məqsədi ilə həm əvvəl qazılmış quyularda, həm də bu quyuda yerinə yetirilmiş tədqiqat işləri nəticəsində quyu konstruksiyasında növbəti optimallaşadırma tədbirləri aparılmış, beləliklə, quyuların gündəlik qaz hasilatı potensialının 0.75 mln. m³-dən pilləli şəkildə 3.0 mln. m³-ə, kondensat hasilatının isə 120 tondan 500 tona kimi artırılmasına nail olunmuşdur. Hasilat potensialının artırılması ilə yanaşı istismarın təhlükəsizliyi də diqqət mərkəzindədir. Təhlükəsizliyin təminatı üçün quyu bütövlüyünün təmin edilməsində bir sıra innovativ texnologiyalar tətbiq edilmişdir. “Ümid-Babək” dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə operator təyin edilmiş “Ümid-Babək Əməliyyat Şirkəti” (UBOC) ilk dəfə olaraq beynəlxalq təcrübəyə əsaslanaraq, quyunun qazmasını “açar təhvili”ndən “günəmuzd tipli müqavilə” formatına dəyişmişdir. Qazma-tamamlama işlərinə birbaşa rəhbərlik edən UBOC əməliyyatları Halliburton, Schlumberger, SOCAR-AQŞ, Baker Hughes, Azəri-Mİ və s. kimi beynəlxalq servis şirkətləri ilə birlikdə həyata keçirmişdir.
U1-18 saylı quyuda baş verən prosesləri izləmək məqsədilə 5044 metr dərinlikdə stasionar quyudibi manometr yerləşdirilmişdir. Mütəmadi ölçülən təzyiq və temperaturu yer səthinə ötürməklə quyunun ilkin hasilata verilməsi, optimal rejimin seçilməsi və fasiləsizliyinin təmin edilməsi, həmçinin lay proseslərinin analiz edilməsi üçün əvəzsiz rol oynayan bu cihazla yanaşı, 18 saylı istismar quyusunda ilk dəfə “Telecoil” texnologiyasının da tətbiqi həyata keçirilmişdir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Ölkəmizin yanacaq enerji balansının tənzimlənməsi üçün “Ümid” qaz-kondensat yatağının işlənməsi layihəsi mühüm əhəmiyyət daşıyır. Layihə uğurla davam etdirilir. 2010-cu ildə Azərbaycanın müstəqilliyi dövründə daxili resurslar hesabına kəşf edilmiş “Ümid” yatağında 18 saylı quyuda qazma işlərinin aparılması COVİD-19 pandemiyası dövrünə təsadüf etdiyindən, təhlükəsizlik tədbirləri gücləndirilmiş və xüsusi nəzarət sisteminin yaradılması nəticəsində qazmanın fasiləsiz təşkilinin təmin edilməsi mümkün olmuşdur. Bununla da neftçilər Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənablarının qarşımıza qoyduğu daha bir məqsədə nail olmuşlar”.
Hazırda “Umid-1” platformasında gündəlik 3.1 mln m³ qaz və 500 ton kondensat hasil edilir. Yeni quyunun tamamlanaraq istismara daxil edilməsi ilə platformanın maksimal hasilat potensialı 6.7 mln. m³ qaz və 950 ton kondensata kimi artırılmışdır. Bu həcmdə hasilat potensialının Xəzər dənizində SOCAR-ın istismar etdiyi platformalar arasında ən yüksək göstərici olması gözlənilir. “Ümid” yatağının tammiqyaslı işlənməsi məqsədilə yerüstü infrastrukturun tikinti işləri çərçivəsində “Umid-1” platformasından “Daşgil-2” terminalına dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan 56 km uzunluğunda 500 mm-lik nəql xətti 2022-ci ilin may ayında istismara verildikdən sonra hasilat potensialından tam istifadə ediləcəkdir. Platformadan çıxarılan qaz “Daşgil-2” terminalından Səngəçal Baş Qurğularına diametri 1000 mm olan 34 km-lik yeni tikilmiş quru nəql xətti vasitəsilə ötürülərək, orada ölkənin qaz şəbəkəsinə qoşulacaqdır. Bu mərhələyə aid olan obyektlərin 2022-ci ilin birinci yarısına təhvil verilməsi üçün UBOC tərəfindən işlər qrafikə uyğun olaraq aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 saat əvvəl
-
15 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 15 saat əvvəl
-
15 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
15 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
16 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 25-də gözlənilən hava şəraiti
AZAL-ın sədrindən aviabiletlərin qiymətləri barədə açıqlama
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb






.jpg)
.jpg)







.jpg)





