“Əllə toxunan xalçalara tələbat azalıb”
“Son vaxtlar Azərbaycan bazarında apardığımız marketinq araşdırmaları nəticəsində məlum olub ki, ölkədə əllə toxunan xalçalara tələbat azalıb”.
Bunu jurnalistlərə açıqlamasında “Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Abdullayeva bildirib.
“Buna görə də, “Azərxalça”nın istehsal etdiyi xalça və xalça məmulatlarının böyük əksəriyyətinin anbarda yığılıb-qalıb. Buna görə də, biz əlimizdəki məhsulları sürətlə emal edib bazara çıxarırıq, eləcə də modern üslubda xalça toxumağa başlamışıq. Müasir yerli və xarici bazar yüksək keyfiyyət tələb etdiyindən biz hazırda ona kəmiyyətdən daha çox diqqət ayırırıq. Yüksək keyfiyyətli xammal cəlb etməklə və istehsal prosesində texnoloji cəhətləri nəzarətə götürməklə məhsullarımızın keyfiyyətini artıracağımıza əminik.
Araşdırma zamanı önümüzə çıxan məsələlərdən biri bazarın hazırda daha çox modern tərzdə və müasir interyerə uyğun xalçalara ehtiyacı olması faktı idi. Buna görə artıq “Azərxalça” yerli və xarici bazara yalnız klassik Azərbaycan xalçalarını deyil, modern tərzdə də xalçalar təqdim edir. Həmin xalçaların dizayn üslubu dəyişilsə də, naxış elementləri, toxunma texnikası olduğu kimi saxlanılır. Yəni ənənəvi naxışlarımız olduğu kimi saxlanılır, yalnız rəng və dizayn üslubu müasir bazara uyğunlaşdırılır. Artıq bir qism modern məhsullar bazara təqdim olunub və yeni xalçalarımıza duyulan maraq gözlənilən qədər çoxdur”, - deyə o, qeyd edib.
“Azərxalça” rəsmisinin sözlərinə görə, xalçaların keyfiyyətinin yüksəldilməsi üçün atılan addımlardan biri də müəssisədə yeni strukturun – keyfiyyətə nəzarət qrupunun formalaşdırılmasıdır: “Qrup birbaşa müəssisələrdə istehsal prosesində keyfiyyətə xəta yetirən hər hansı bir qüsurun yerindəcə aradan qaldırılması ilə yanaşı, hazır məhsul anbara daxil olmamışdan qabaq da istənilən xətanı görüb tədbirini görür. Keyfiyyətə nəzarət qrupu yüksək keyfiyyətli texnoloqlar, toxucu və ekspertlərdən ibarətdir. Texnoloqlar keyfiyyətə, iplərin dövriyyəyə buraxılmasına, xammalın hərəkətinə xüsusi diqqət yetirir. Bu proses izafi xammalın yerlərdə, anbarlarda toplanıb qalmasının da qarşısını alır. Bu mərhələdə işlər davam edir. Əvvəllki xalçalara nisbətdə hazırkılar daha keyfiyyətlidirlər. Biz qarşımıza məqsəd qoymuşuq ki, yüksək keyfiyyətli məhsulların ümumi payı 90%-i aşsın”.
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
4 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
3 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
- 28 d. əvvəl
- 36 d. əvvəl
-
51 d. əvvəl
“Qiymətləndirmədə əsas məsələ rəqəm yox, nəticənin etibarlılığıdır”
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Azərbaycan Dövlət Neft Fondu 2024-2026-cı illərdə ən böyük qızıl alıcılarından biri olub"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
“Tamstore” 100-cü marketini açdı
"Azərbaycan Dövlət Neft Fondu 2024-2026-cı illərdə ən böyük qızıl alıcılarından biri olub"
Azərbaycanın sığorta bazarı 7 %-dən çox böyüyüb
Ən çox oxunanlar
Avqustun 26-da gözlənilən hava şəraiti
İri investisiya layihələrinin qarşısındakı maneələr aradan qaldırılır - Torpaqdan gömrüyədək qərarlar koordinasiyalı veriləcək
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
Robert Köçəryana qarşı cinayət işi ilə bağlı təfərrüatlar açıqlanıb: 6 nəfər həbs edilib
Ali Məhkəmədən sələmçilərə xəbərdarlıq
Azərbaycana gələn əcnəbilərin sayı 9,2% azalıb – Körfəz ölkələrindən axın 32,8% düşüb






















