Yeni iPhone telefonları - XÜSUSİYYƏTLƏRİ VƏ QİYMƏTLƏRİ
ABŞ-ın iri texnologiya şirkəti Apple, iPhone 13 ailəsini ( iPhone 13 Mini, iPhone 13, iPhone 13 Pro, iPhone 13 Pro Max), yeni iPad-ları və yeni Smart Watch saatını təqdim edib.
Marja xəbər verir ki, Apple-ın iPhone Satışı üzrə direktor müavini Kaiann Drance onlayn şəkildə baş tutmuş təqdimatda yeni iPhone-ları təqdim edib.
Cihazın xüsusiyyətlərinə dair bəzi məlumatlar verilib. Qeyd edilib ki, Həm iPhone, həm iPhone Mini-də A15 Bionic çip istifadə olunur.
Həm iPhone 13 həm iPhone 13 Mini 28% daha parlaq ekrana sahibdir. Ekranda Super Retina XDR istifadə edilib.
DAHA ÇOX BATAREYA ÖMRÜ
iPhone 13 ailəsinin batareyaları da inkişaf edib. iPhone 13 bir əvvəlki nəsil ilə müqayisədə daha çox batareya ömürünə sahibdir. iPhone 13-də 2.5 saatlıq, iPhone 13 Mini-də 1.5 saatlıq artım mövcuddur.
KAMERALARI DAHA YAXŞIDIR
iPhone 13-də istifadə edilən arxa kameraların iPhone 12-nin Pro versiyasından daha yaxşı olduğu qeyd edilib.
F/1.8 diaqram genişliyindəki ikili kameralarda 1.7 micronluq sensorlar istifadə edilir.
BAŞLANĞIC QİYMƏTLƏRİ
ABŞ-da Phone 13 mini-nin qiyməti 699 dollardan, iPhone 13-ün qiyməti 799 dollardan, iPhone 13 Pro-nun qiyməti 999 dollardan, iPhone 13 Pro Max-ın qiyməti isə1099 dollardan başlayacaq. Eyni zamanda iPhone 13-ün 512 GB yaddaşa malik versiyası da təqdim edilir.
iPHONE 13 PRO VƏ iPHONE 13 PRO MAX
Yeni iPhone 13 ailəsinin Pro versiyalarını da təqdim edilib. Apple yeni cihazların çox güclü bir ekrana sahib olduğunu iddia edir. Eynilə normal 13 kimi bu cihaz da IP68 suya dayanıqlılıq sertifikatına sahibdir.
Apple yeni iPhone 13 Pro-da üç fərqli kamera istifadə edib. Pro versiyalar makro fotoşəkil çəkə bilir.
Yeni iPhone 13 Pro da bir əvvəlki nəsil ilə müqayisədə 1.5 saat daha çox batareya ömürünə malikdir.
iPhone 13 Pro 999 dollardan, iPhone 13 Pro Max 1099 dollardan başlayır.
APPLE PRO AİLƏSİNDƏ 1 TB-LIQ MODEL
iPhone 13 Pro da A15 çipə sahibdir. Telefonda 5 nüvəli bir GPU istifadə edilib. TrueDepth kameraların 20% daha kiçik olduğu qeyd edilib.
Yeni iPhone 13 Pro və Pro Max cihazlarında Pro Motion istifadə edilib. Beləliklə, uzun müddətdir danışılan 120 Hz ekran da təsdiqlənmiş oldu.
Yeni iPhone 13 Pro və Pro Max telefonlarının 1TB-lıq (1024 GB) versiyaları mövcuddur.
iPhone 13 və 13 Pro ilk dəfə eyni anda iki eSIM -dən istifadə etməyə imkan verəcək.
Apple 24 sentyabrdan etibarən internet saytı üzərindən öncədən sifariş qəbul etməyə başlayacaq. Yeni məhsullar mərhələ-mərhələ 24 sentyabrda satışa çıxarılacaq. 1 oktyabr tarixindən sonra isə satış tamamilə başlamış olacaqdır.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
2 saat əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
4 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
4 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
5 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
5 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi


























