Avropanın ən böyük gübrə zavodlarından biri qazın qiymətinin artması səbəbindən istehsalını dayandırır
Avropanın ən böyük gübrə istehsalçılarından biri olan Odessa Gübrə Zavodu (OPP) qazın qiymətinin artması fonunda istehsalını dayandırır.
Marja xəbər verir ki, Bu barədə şənbə günü Ukraynanın "Strana" qəzetinə zavodun işçiləri məlumat veriblər.
Qeyd olunur ki, qazın bahalaşması səbəbindən zavodun məhsulları həddən artıq bahalı və rəqabətsizdir.
“Qazın qiyməti kəskin artıb. Buna uyğun olaraq məhsulların qiyməti də artıb. Məhsulların rəqabət qabiliyyəti aşağı düşüb, heç kim almaq istəmir", -deyə işçilər qeyd ediblər.
Zavodun heyəti təxminən 3 min nəfərdir.
"Odessa Gübrə Zavodu" Səhmdar Cəmiyyəti Ukraynanın kimya sənayesindəki bir müəssisədir və ölkənin ən böyük dövlət şirkətlərindən biridir. Eyni zamanda, dövlətin strateji əhəmiyyətə malik müəssisələr siyahısındadır. Zavod ammonyak, karbamid, maye azot, karbon qazı və maye oksigen istehsalında, eləcə də kimyəvi məhsulların emalında ixtisaslaşmışdır. Ərazisinin ümumi sahəsi təxminən 250 hektardır.
Ötən Çərşənbə günü spot birjalarda qazın qiyməti tarixi rekordu qırıb (1000 kubmetr üçün 970 dollar). Lakin ticarətin bağlanması ilə qiymət 1000 kubmetr üçün təxminən 800 dollara düşüb.
Ekspertlər, Avropada qazın qiymətinin 1000 kubmetr üçün 1000 dollara çata biləcəyini etiraf etdilər. Qiymətə təsir edən amillər Asiyadakı qaz bazarındakı vəziyyət, Avropadakı hava şəraiti və "Şimal axını 2"nin işə salınması vaxtıdır.
İngilis ət istehsalçıları hökuməti karbon kəsilməsi böhranına müdaxilə etməyə çağırır
Böyük Britaniyada iki gübrə zavodu qaz qiymətlərinin yüksək olması səbəbindən istehsalı dayandırıblar. Bu zavodlar həm də qida sektoru üçün son dərəcə əhəmiyyətli olan karbon qazı istehsal edirlər. İngilis ət istehsalçıları karbon qazının tədarükünün kəsilməsi səbəbindən hökumətdən kömək istəyiblər.
"Hər şey böyük bir şok kimi gəldi və çox tez oldu. Düşünürəm ki, sənayedəki bütün oyunçular, gübrə zavodlarının heç bir xəbərdarlıq etmədən bağlanmalarından qəzəbləniblər və sadəcə bazarı qida təchizatı zəncirində belə bir vacib elementdən məhrum edirlər. Hökumətin addım atmasına və həqiqətən bir şey etməsinə ehtiyacımız var",- Britaniya Ət İstehsalçıları Birliyinin (BMPA) icraçı direktoru Nik Allen deyib.
"Financial Times", hökumətin cümə axşamı günü ət istehsalçıları ilə təcili danışıqlar apardığını, ölkənin karbon qazı istehsalının 60% azaldığını etiraf etdiyini yazıb.
Onlayn supermarketlər şəbəkəsi "Ocado" artıq müştərilərə quru buzun kəsilməsi səbəbindən dondurulmuş qidaları müvəqqəti olaraq satmayacağı barədə xəbərdarlıq etmişdir. Çoxsaylı mütəxəssislər ölkədə ərzaq məhsullarının qiymətinin kəskin artmasının qaçılmaz olduğunu söyləyirlər.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 saat əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
3 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
3 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
3 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
4 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
4 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi



























