22 milyon manata yaxın pulu mənimsəyib
Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələrinə həbs qoyulub."Azərxalça”nın sabiq rəhbəri 22 milyon manata yaxın pulu mənimsəyib.
Bu barədə Marja.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
“Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılmışdır.
Belə ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Vidadi Muradovun qeyd olunan vəzifədə işləyərkən təsisçisi olmaqla faktiki rəhbərliyi həyata keçirdiyi “Azər-İlmə” MMC-nin Bakı şəhəri ərazisində yerləşən inzibati binasının “Azərxalça” ASC-yə mövcud bazar qiymətlərindən yüksək qiymətə icarəyə verilməsi, “Azərxalça” ASC-yə məxsus pul vəsaitinin xalça istehsalı üçün nəzərdə tutulan ipin alınması üçün formal müqavilənin bağlanması yolu ilə ayrı-ayrı hüquqi şəxslərə məxsus bank hesablarına köçürülərək sonradan nağdlaşdırılması, ölkə ərazisində tikintisi həyata keçirilmiş 23 müəssisə üzrə smeta sənədlərində iş həcmlərinin və qiymətlərin əsassız olaraq şişirdilməsi, işlərin daha ucuz və keyfiyyətsiz işlərlə əvəz edilməsi və ya yerinə yetirilməməsi və digər qanunsuz üsullarla ona etibar edilmiş ümumilikdə 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talaması, habelə xüsusilə külli miqdar təşkil edən cəmi 640 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və vəzifə saxtakarlığına yol verməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
İstintaq zamanı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulması təmin edilmişdir.
Vidadi Muradovla birgə cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaq davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
7 d. əvvəl
AccessBank “Private Club” məhsulunu “Private Banking” məhsuluna çevirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB-nin AI-nur və AI-khanı - 1 milyondan çox qarşılıqlı ünsiyyət, 3 yeni imkan!
-
1 saat əvvəl
“AzInTelecom”un superkompüter infrastrukturundan istifadə genişlənir
-
1 saat əvvəl
“AtaSığorta” ləğv edilir - portfeli "Atəşgah Sığorta"ya ötürülüb
-
2 saat əvvəl
Avropa İttifaqının əhalisi 2100-cü ilə qədər 11,7% və ya 53 milyon nəfər azalacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Azərpoçt"a yeni rəhbər təyin edilib
“AtaSığorta” ləğv edilir - portfeli "Atəşgah Sığorta"ya ötürülüb
Ən çox oxunanlar
Azərbaycana xaricdən kərə yağı idxalı kəskin azalıb
Rəsmi məzənnələr açıqlandı
“Qəbələ İnşaat” MMC maliyyə göstəricilərini açıqladı - Hesabatlar və müstəqil auditorun rəyi
Bolqarıstanda seçkilərdə Rumen Radev öndədir
Yeyinti məhsulları idxalı 634 milyon dolları "yeyib" - DAHA DA ARTIB
İran, İslamabadda danışıqların ikinci raundu ilə bağlı yayılan xəbərləri təkzib edib
Məşhur uşaq qidası markasının məhsulunda siçan zəhəri aşkarlanıb: Məhsullar geri çağırılıb






.jpg)







.jpg)








