Bu gün Dollar və qızıla daha çox təsir edə biləcək məlumat açıqlanacaq
Fed-in qiymətli kağız alışı proqramını azaltmağa bu ilin sonundan başlayacağı barədə siqnal verəcəyi gözlənilir.Bugün Bakı vaxtı ilə saat 22:00-da ABŞ Mərkəzi Bankı (Fed) faiz qərarını açıqlayacaqdır.
Marja xəbər verir ki, Bankın faiz dərəcələrində dəyişiklik edəcəyi gözlənilmir. Fed-in faizlərini 0- 0,25% aralığında dəyişməz saxlayacağı nəzərdə tutulur. Bakı vaxtı ilə saat 22:30-da isə Fed sədrinin mətbuat konfransı başlayacaqdır.
İnvestorlar və treyderlər üçün yayımlanacaq qərar mətni (mətbuat açıqlaması) və sonra keçiriləcək mətbuat konfransında Fed sədri Jerome Powell-in edəcəyi çıxış daha mühümdür. Çünki, Fed sədri qiymətli kağız (istiqrazlar) alışının azaldılmasına başlanacağı tarix barədə ipucları verə bilər. Koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklər ilə əlaqədar olaraq Fed faizlərini aşağı salmış, dövriyyəyə istiqraz alışı yolu ilə pul buraxılışını artırmışdır (Bir növ öz valyutasını ucuzlaşdırır). Hazırda peyvəndləmə ilə iqtisadi bərpa davam edir, inflyasiya da artmaqdadır. İnflyasiyanın həddindən çox yükslməsinin və iqtisadiyyatın çox "qızmasının" qarşısını almaq üçün Fed-in ilk növbədə istiqraz alışını azaltmağa başlayacağı, ardınca da faizləri artıracağı gözlənilir. İstiqraz alışının azaldılması ilə ucuz pul dövrü başa çatmağa başlayacaq və dolların bahalaşması sürətlənə bilər.
Fed rəsmilərinin yığıncaqda qiymətli kağız alışının azaldılmasına dair siqnal verəcəkləri də gözlənilir. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların 67%-i Noyabr ayında, 21%-i dekabr ayında azaltmanın başlayacağını gözləyir.
Dünya səviyyəsində inflyasiyanın son 10 ilin ən yüksək səviyyələrinə yaxın səviyyələrdə olması, qiymətli kağız alışlarının azaldılmasının yaxında başlaya biləcəyinə və faizsiz bir aktiv olan qızılın təzyiq altında qala biləcəyinə dair gözləntiləri artırıb. Fed-in təşviqləri azaltması qızılın ucuzlaşmasına səbəb ola bilər, bu da qızılı portfeldə saxlamağı sərfəsiz edir.
Qeyd edək ki, qlobal səhm bazarları iqtisadi bərpaya dair artan narahatlıqlar və Çinin tənzimləmə istiqamətli məhdudlaşdırıcı addımları ilə son günlər geriləyib. Avropada qışın sərt keçə biləcəyinə dair mütəxəssislərin xəbərdarlıqları və Rusiyanın anbarlarında kifayət qədər təbii qaz olmadığı barədə açıqlamadan sonra təbii qaz qiymətləri rekord qırıb.
Bu gün Yaponiya Mərkəzi Bankı (BoJ) faiz qərarını açıqlayıb. Bank mənfi 0,10% olan dərəcəsində dəyişikliyə getməyib.
Sabah Bakı vaxtı ilə saat 15:00-da İngiltərə Mərkəzi Bankı (BoE) faiz qərarını açıqlayacaq. İngiltərə Mərkəzi Bankının faizini 0,10%-də, qiymətli kağız alışı hədəfini də 875 milyard funt-sterlinqdə saxlayacağı gözlənilir.
XXX
Dünyada məşhur təşkilatların proqnozu Fed-in istiqraz alışını azaltmağa dekabrda başlayacağı istiqamətindədir.
Dünyada tanınmış təşkilatların Fed ilə bağlı proqnozları:
1. Barclays
Fed istiqraz alışını azaltmağa dekabrda başlaya bilər və aylıq azaltmalar 25- 30 milyard dollar ola bilər.
2. Standart Chartered
Fed inflyasiya proqnozunu artıra bilər. Faizin artırılmasına başlanılması nəzərdə tutulan tarix 2022-ci ilə çəkilə bilər.
3. Morgan Stanley
2023-cü il üçün əlavə faiz artırımı proqnozu verilə bilər və faiz proqnozu 3%-ə yüksələ bilər.
4. Raymond James
İstiqraz alışının azaldılması noyabr və ya dekabrda başlaya bilər. Fed səbirli olmalıdir.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
28 d. əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
2 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
2 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
2 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
3 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
3 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi























