Pandemiyada ikinci ən böyük qlobal tədbir - Dubai Expo 2020-də nələr olacaq?
Qızıl robot, 7 milyard dollar, 438 hektar....Bu il dünyanın ən iri kommersiya tədbiri olacaq hadisəyə cəmi 2 gün qaldı.
Marja xəbər verir ki, ilkin olaraq ötən il keçirilməsi planlaşdırılan, lakin pandemiyaya görə təxirə salınan beynəlxalq ticarət-kommersiya sərgisi - Dubai Expo 2020 cari il oktyabrın 1-dən başlayacaq.
2022-ci il martın 31-nə qədər davam edəcək tədbirin təşkili üçün beynəlxalq audit şirkəti Ernst&Young-un (EY) hesablamalarına görə, 7 milyard dollar vəsait xərclənib. 25 milyon ziyarətçi proqnozlaşdırılan tədbirin əsas sponsorları BƏƏ nümayəndələri ilə yanaşı, Nissan, PepsiCo, SAP, Siemens, Loreal, UPS kimi məşhur şirkətlərdir.
192 ölkənin qatılacağı Dubai Expo iştirakçı sayına görə indiyə qədərki srgilərlə müqayisədə həm də rekord nəticə göstərəcək. 3 əsas mövzu-konsepsiyanın (dayanıqlılıq, imkanlar, çeviklik və hərəkət) seçildiyi sərgidə Azərbaycan nəhəng yaşıl yarpaq formasında dam örtüyü ilə xüsusi dizayn olunmuş 1300 kvadrat metrlik pavilyonla təmsil olunacaq. Mövzumuz isə “Gələcəyin toxumları”dır.
İnnovasiya və texnologiyadan tutmuş təhsilə qədər bir çox sahələrdə ən son yeniliklərin nümayiş etdiriləcəyi Dubai Expo bir sıra maraqlı məqamlarla yadda qalacaq.
Monakodan daha böyük!
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhər-əmirliyində, 438 hektar ərazidə keçiriləcək sərginin ümumi sahəsi dünyanın ən kiçik dövləti olan Monakonun ərazisindən 2 dəfə böyük olacaq...
Havadan “su çəkən” nəhəng çətir
“Dayanıqlılıq” pavilyonunun üzərində 1055 günəş panelindən qurulmuş, 130 metr enində nəhəng çətir həm fotosintez prosesi əsasında havadakı rütubətdən su əldə edəcək, həm də ildə 4 Gigavatt alternativ enerji istehsal edə biləcək. Bu isə 900 min ədəd smartfonun enerjisi üçün kifayətdir.
Cənnətə açılan qapılar...
Sərginin 3 ən iri pavilyonu ziyarətçiləri Britaniyalı memar Asif Xanın ərəb Məşrabiyyə memarlıq üslubunda dizayn etdiyi 21 metr hündürlüyündə karbon-fiber toxuma qapılar vasitəsilə qəbul edəcək.
Al Wasl- Expo-nun tacı...
Ərəbcə “rabitə, əlaqə” mənasını verən 360 dərəcəli nəhəng qəfəsşəkilli qübbənin üzərində 200-dən artıq proyektor yerləşdiriləcək. Translüssent xüsusiyyəti sayəsində, qübbənin içərisində və bayırdakı insanlar ekranlarda müxtəlif film və videoları seyr edə biləcək.
Dünyanın ən iri lifti
“Hərəkətlilik” pavilyonunun girişində qurulmuş nəhəng spinner formada struktur eyni anda 160 nəfəri qaldıra bilən dünyanın ən iri lift sisteminə malik olacaq. Ən son texnoloji yeniliklərin sərgiləndiyi pavlyonda ziyarətçilərə dron və robotlar xidmət edəcək. Ümumilikdə, Çində istehsal olunmuş 100-dən artıq robot bütün sərgi müddətində qonaqları salamlayacaq, qida çatdırılmasını təmin edəcək, ziyarətçilərə istiqamətləri göstərəcək və onların fotoşəkillərini çəkəcək. Ən başlıca robot isə Dubai Expo-nun maskotlarından biri - qızıl robot “Opti”dir.
Expo 2020-nin digər maraqlı xüsusiyyətləri Rusiyanın ənənəvi matryoşka fiqurları ilə dizayn edilmiş, Sinqapurun asma bağlar, təbii ekzotik çiçəklər və yeməli bitkilərlə bəzədilən, Səudiyyə Ərəbistanının artıq Ginnesin Rekordlar Kitabına düşmüş nəhəng ekranlı açılan pəncərəyə bənzər pavilyonları, Şahmat üzrə Dünya Çempionatı, məşhur italyan bəstəkar Ludovico Einaudi-nin konserti və başqaları olacaqdır.
Pandemiya dövründə Tokio Yay Olimpiya Oyunlarından sonra ikinci ən böyük qlobal tədbir olacaq Dubai Expo-da 18 yaşından kiçik və 60 yaşından böyük şəxslərə, eləcə də tələbələrə giriş pulsuzdur. BƏƏ hökuməti sərgi nəticəsində 6 milyard dollar gəlir əldə etməyi hədəfləyir.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
44 d. sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
1 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
1 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
1 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
2 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
2 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi


























