Sahibkarlar narazıdır - “Artıq iflas həddindəyik”
Azərbaycanda pandemiya səbəbindən tətbiq edilən karantin rejimi qaydaları çərçivəsində fəaliyyətinə qadağa qoyulan bir çox sahələrə son aylarda yumşalma qərarları tətbiq edilib. Lakin bir il 7 aydır ki, qadağa olunan qəlyanın istifadəsinə hələ icazə verilməyib. Bu səbəbdən ölkənin məşhur restoran şəbəkələri və çay evlərinin sahibləri Operativ Qərargaha müraciət ediblər.
Sahibkarlar bildiriblər ki, çay evlərində gündəlik dövriyyənin 70-80 faizi qəlyandan asılı olub. Amma pandemiya dönəmində tətbiq edilən qadağa onların biznesini elə qeyd edilən faizdə geri salıb.
100-ə yaxın sahibkarın qoşulduğu müraciəti məşhur “145” və “Cafe Park” şəbəkəsi, Mütəkkə, Smoke, Dəzgah, Samovar, Mixək, Nəlbəki, Lucca, The house by Emiland, Badam, R-Club, Cuba, Arabesk, Zəmzəm, Mokka, Riposo, Üzüm, The Lodge, Çardaq, Arabesqxana, Evolution, Billioner, Deluxe, Black lounge, Karamel və digər obyektlərin sahibləri imzalayıb.
Qeyd edilir ki, bu dövr ərzində satış olmadığı üçün artıq iflas həddinə çatıblar: “Bizə sahibkar olaraq külli miqdarda zərər dəyib, bundan asılı olaraq qazancımız olmadığı üçün dövlətə verdiyimiz vergi də əhəmiyyətli dərəcədə azalıb. Məcburiyyətdən kütləvi sayda işçi ixtisar etmişik, ümumi olaraq bu sahədə təxminən 70 faiz insan işsiz qalıb. Həmin insanların ailələri də maddi olaraq çətin vəziyyətdədirlər. Əvvəl 50 əməkdaşı olan çay evləri indi 4-5 işçi ilə işləyirlər. Qəlyan vermirik deyə digər xidmətlər də satılmır. Biz sahibkarlar yığışıb təxmini bir hesablama aparmışıq. Ölkədə 5 minə yaxın qəlyan verən obyekt var, günə orta hesabla götürsək, 30 manatdan 30 qəlyan satırdıqsa, bu gündəlik 4,5 milyon manat dövriyyə demək idi. Bu hesabla, pandemiya dövründə qəlyan qadağasına görə təxminən 2,5 milyard manatlıq dövriyyə əldən çıxıb”.
Sahibkarlar qeyd edir ki, Rusiya, Gürcüstan, Almaniya, İspaniya, ABŞ, İtaliya, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və digər dünya ölkələrinin bir çoxunda restoranlara icazə veriləndə qəlyandan istifadəyə qoyulan qadağa da götürülüb: “Həmin ölkələrdə bəzi qaydalar müəyyənləşdirilib və bu şərtlərlə qəlyandan istifadəyə icazə verilib. Biz də rəsmi qurumların müəyyənləşdirdiyi şərtlərlə işləməyə hazırıq. Onsuz da pandemiyadan sonra icazə verilən bütün sahələrdə bəzi qadağalar var. Məsələn, qapalı yerdə maska taxmaq, dezinfeksiya tədbirləri və digər xüsusi qaydalar tətbiq edilir. Biz təklif edirik ki, rəsmi qurumlar qəlyanla bağlı da həmin qaydaları müəyyənləşdirsin və bu şərtlərlə fəaliyyətimizə icazə verilsin.
Biz sahibkarlar olaraq da təklif edirik ki, birdəfəlik borulardan istifadə edilsin və bir qəlyandan yalnız bir nəfər istifadə etsin. Bu borulardan istifadə edilməsi koronavirusun yayılmasının qarşısını alacaq. Sifariş verən şəxsin adı və soyadı yazılmış kağız qəlyanın üzərinə yapışdırılsın. Polis də reyd keçirəndə qəlyanın kimə məxsus olduğu bilinsin. Qəlyan avadanlıqları da hər istifadədən sonra dezinfeksiya olunub təmizlənsin. Bu, sadəcə bizim təklifimizdir, rəsmi qurumların müəyyən etdiyi digər şərtlərlə də işləyə bilərik”.
Telegramda Marja.az səhifəsinə abunə olun
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 15 d. əvvəl
-
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir






















