Azərbaycan qurumu ABŞ fondu ilə birgə Vençur Fondun yarada bilər - ANLAŞMA
İnnovasiyalar Agentliyi və ABŞ-ın Starta Vençur Kapital Fondu innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığa başlayır. Yeni əməkdaşlıq platformasının məqsədi ABŞ-ın biznes ekosisteminə inteqrasiya edə biləcək yerli innovasiya ekosisteminin potensialının artırılmasıdır.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi ilə ABŞ-ın Starta Vençur Kapital Fondu arasında innovasiyalar və yüksək texnologiyalar sahəsində Anlaşma Memorandumu imzalanıb.
Agentliyin yaydığı məlumata görə, yeni əməkdaşlıq formatı startap, tələbə və vençur investorlar üçün təlim və akselerasiya proqramların həyata keçirilməsi, layihələrin kommersiyalaşdırılmasını və birgə Vençur Fondun yaradılmasını təmin edəcək.
Virtual imzalanma mərasimində Anlaşma Memorandumunu İnnovasiyalar Agentliyinin İdarə Heyətinin Sədri Tural Kərimli və Starta Kapital Vençur Fondunun direktoru Gabriel Arant imzalayıb.
Tural Kərimli bugünkü imzalanma mərasimi haqqında bildirib:’’ Starta Vençur Kapital Fondu ilə əməkdaşlığı Azərbaycan innovasiya ekosisteminin inkişafı üçün olduqca önəmli mərhələ hesab edirəm. 2022-ci ildən etibarən birgə layihə çərçivəsində Azərbaycan startapları Startanın Akselerasiya proqramında iştirak etmək üçün Nyu-York qərargahına dəvət olunacaqlar. Starta eyni zamanda potensial layihələrə ilkin investisiya yatırmaqla yanaşı Azərbaycan startaplarına Amerika bazarında digər investorlar və müştərilər tapmaqda yaxından köməklik göstərəcəkdir.’’
Görüşdə Starta Vençur Kapital Fondunun yeni bazarların inkişafı Akselerator proqramının rəhbəri və meneceri Renat Khariullin və İnvestisiya analitiki Qüdrət Quliyev iştirak ediblər.
İNNOVASİYALAR AGENTLİYİ- yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərmək və onların transferini təşkil etmək, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləmək, innovativ layihələri (o cümlədən, startapları) təşviq etmək, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirmək, innovasiya təşəbbüskarlığını təbliğ etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 6 noyabr 2018-ci il tarixli 325 nömrəli Fərmana əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı-YT Park’’ Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində formalaşdırılıb.
STARTA–ABŞ-ın Nyu-York şəhərində yerləşən, missiyası beynəlxalq texnologiya startaplarının ABŞ biznes ekosisteminə girişini, genişlənməsini və sərmayə yatırılması kimi imkanları təmin edən nəhəng şirkətlər qrupudur. Şirkətlər Qrupu daxilinə Vençur Kapital Fondları və Akseleratorlar daxildir. Startanın portfelində 16-dan çox şirkət var, təxminən 1000 sahibkar 5 il ərzində müxtəlif Akselerasiya proqramları və məktəbləri bitirib.
Fond başlanğıc mərhələsində olan texnologiya startaplarına xüsusi diqqət yetirir və hər il 2000-dən çox layihəni qiymətləndirir, onlardan Starta Accelerator proqramları üçün 30-40 startap və Starta Capital tərəfindən investisiyalar və Liqvest platformasına
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
8 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
8 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
8 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
9 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
10 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton






















