İndoneziyanın Çinə gizli borcu 17,2 milyard dollara çatıb
İndoneziyanın Çinə gizli borcu, Cakartanın Pekinə olan borcundan 4 dəfə çox, 17.2 milyard dollar təşkil edir.
Marja xəbər verir ki, "Jakarta Post", ABŞ-da yerləşən "AidData" tədqiqat laboratoriyasının məlumatlarına istinadən bu barədə bazar ertəsi yazır.
Araşdırmaya görə, "gizli borclar hökumət səviyyəsində edilməmiş və rəsmi olaraq heç bir dövlət zəmanəti verilməmişdir".
Hesabatda vurğulanıb ki, "söhbət Çinin infrastruktur layihələri üçün Kəmər və Yol Təşəbbüsü çərçivəsində dövlət müəssisələrinə kredit verilməsindən gedir".
"AidData" mütəxəssisləri onu da vurğulayırlar ki, "borc hökumət hesabatlarında görünmür, amma İndoneziya şirkətləri iflas edərsə, hökumət ciddi problemlərlə üzləşəcək".
“İndoneziyanın 2000-ci ildən 2014-cü ilə qədər Çinə "gizli borcları" təxminən 362 milyon dollar təşkil edib, lakin bir il sonra, Cakartanın Pekinin təşəbbüsünə qoşulmasından sonra, 3.9 milyard dollara yüksəlib və hazırda 17,2 milyard dollara çatır. İndoneziyanın Çinə ümumi dövlət borcu isə 3,9 milyard dollar olaraq qiymətləndirilir.
Qeyd edək ki, Çinin aşağı və orta gəlirli ölkələrə 385 milyard dollalıq "gizli" borc verdiyi ortaya çıxıb.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
2 saat sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
20 d. əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 36 d. əvvəl
-
38 d. əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
1 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı – Yeni artımlar mümkündür
-
1 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED faiz qərarını açıqladı
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı – Yeni artımlar mümkündür
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Azərbaycanda yaşayış minimumu 14 manat artırılır
“Turan Tovuz” yoldaşlıq oyunundan əldə etdiyi 50 000 manatı Qarabağ Dirçəliş Fonduna ianə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















