Ağdamda Lissabon şəhərinidəki kimi geniş küçələr olacaq - 60 METR
Ağdam şəhərində iki böyük küçə nəzərdə tutulur ki, onun da birinin eni 60 metr, digərinki isə 55 metr olacaq. Bu o deməkdir ki, küçələr boyu həm yaşıllıq olacaq, həm də avtobus, piyada və velosiped yolları”.
Marja.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov "Xalq" qəzetinə müsahibəsində deyib.
Emin Hüseynov qeyd edib ki, Ağdamın Baş plan 2040-cı ilədək Ağdam şəhərinin əsas planıdır:
“Bu plana əsasən şəhərin coğrafi əhatəsi 3 dəfəyə yaxın artır. 1750 hektara yaxın ərazi nəzərdə tutulub. Azərbaycanda əhalisinin sayına görə 4-cü böyük şəhərə çevriləcək. Yəni 100 min əhali sayına malik olacaq. Şəhərin ərazisində bir çox müxtəlif sosial, mədəni, fiziki, iqtisadi infrastruktur obyektləri inşa olunacaq. Ağdamda əhalinin orta sıxlığı bir hektara təxminən 57 nəfər nəzərdə tutulub. Müqayisə üçün deyək ki, məsələn Sumqayıt şəhərində bir hektara 230 nəfər adam sayı düşür. Amma ikinci böyük şəhərimiz olan Gəncədə orta sıxlıq bir hektara 61 nəfərdir. Yəni Ağdam öz müasirliyi və urbanizasiya səviyyəsinə görə, simasına görə daha çox müasir bir şəhər təəssüratı yaradacaq. Yəni Bakının indiki müasir görünüşü necədirsə elə. Amma belə desək, sıxlığına, konsentrasiyasına görə daha çox Gəncə təəsüratını yaradacaq. Bakı ilə Gəncə arasında, Sumqayıtla Bakı və Gəncə arasında bir simbioz təşkil edəcək. Çox maraqlı bir layihədir baş plan. Onu da deyim ki, baş planın hazırlanmasında yerli memarlarla yanaşı, xarici ölkələrin tanınmış layihələndirmə institutları birgə çalışmışlar. Ağdam şəhərində çoxlu müasir tipli binalar olacaq. Şəhər ağıllı şəhər konsentrasiyasına uyğun inşa olunacaq. Şəhərin 20 faizi yaşıllıqla əhatə olunacaq.
Şəhərdə 4 meşə massivi, 23 şəhərtipli park və şəhərin içində yollar kifayət qədər geniş zolaqlı olacaq. Dünyada ən geniş şəhər küçələrindən biri Lissabon şəhərinin küçələridir, eni 60 metrdir. Ağdam şəhərində iki belə böyük küçə nəzərdə tutulur ki, onun da birinin eni 60 metr, digərinki isə 55 metr olacaq. Bu o deməkdir ki, küçələr boyu həm yaşıllıq olacaq, həm də avtobus, piyada və velosiped yolları. Avtomobillərin park edilməsi üçün yerlər çoxluq təşkil edəcək. Yəni elə planlaşdırmağa çalışdıq ki, insanlar fərdi maşınları olsa da belə, o maşınlardan istifadəyə ehtiyac qalmasın.
Şəhərin ekologiyasını qorumaq üçün istifadə olunan ictimai nəqliyyat daha çox təmiz yanacaq üzərində fəaliyyət göstərsin. Burada həm elektrik, həm təmiz dizel və ya sıxılmış qazdan istifadə edən nəqliyyat vasitələri olsun. Eyni zamanda şəhərdə yeni elementlərlə yanaşı, mövcud elementlər də yer alacaq.
Biz istəyirik ki, vaxtilə Fərhadın buradakı məşhur, əzəmətli heykəlini bərpa edək. Ora tamamilə darmadağın olunub. Dram teatrının önünü siz də gördünüz. Onu bərpa etmək istəyirik.
Digər əlamətdar obyektlərdən biri məşhur çay evidir ki, onu da bərpa etmək istəyirik. Sonra məşhur Ağdam bazarını bərpa etmək istəyirik.
Eyni zamanda futbol azarkeşlərinə demək istəyirəm ki, biz İmarət stadionunun tikintisini nəzərdə tuturuq. Düzdür əvvəlki yerdə deyil, yəni Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində nəzərdə tuturuq. Hal-hazırda burada layihələndirmə işləri gedir. Bu idman məhəlləsində tək futbol stadionu deyil, müxtəlif idman yarışları üçün qapalı-açıq idman zalları planlaşdırırıq.
İdman təmayüllü orta məktəbin, bundan əlavə, Azərbaycandan bura gələcək uşaqlar üçün idman yay düşərgəsinin layihələndirilməsi nəzərədə tutulur.
Onu da qeyd edim ki, şəhərin bir mərkəzi hissəsi olacaq. Necə ki, Bakıda İçərişəhər var. Ağdam şəhərində də belə tarixi-mədəni hissə yer alacaq. Bu hardasa 22.5 hektarlıq ərazini əhatə edir. Bu hissənin əsas komponentləri Pənahəli xanın İmarət kompleksi, çörək muzeyi, dram teatrı, yaradılacaq İşğal və Zəfər muzeyi kompleksi olacaq. Bu muzeylər haqqında daha geniş danışmaq istəyirəm. Belə ki, cənab Prezident mayın 28-də Ağdama səfəri zamanı həmin kompleksin təməlini qoydu. Həmin kompleks üç komponentdən ibarətdir. Kompleks, İşğal Muzeyində başlayır, Zəfər Muzeyində bitir. Onların arasında 18 hektarlıq bir bağ var. O bağı memorial bağ adlandırmışıq. Bu bağ açıq səma altında olacaq. Biz bütün şəhəri müasir şəkildə bərpa etsək də, həmin o bağda xarabalıqlar, dağıdılmış binalar olacaq. Biz oranı restavrasiya deyil, konservasiya edəcəyik. Onları olduğu kimi saxlayacağıq ki, gələcək nəsillərə bir örnək kimi, nümunə kimi qalsın və mənfur düşmənin xalqımızın başına gətirdiyi faciələr bilinsin, eyni zamanda müharibənin nə qədər acı nəticələrə gətirib çıxardığını anlada bilsin. Əlbəttə ki, dağıntılar arasında müvafiq təmizlik, abadlıq işləri görüləcək, cığırlar çəkiləcək, binalar haqqında müəyyən məlumatları əks etdirən “augmented reality – gücləndirilmiş virtual reallıq” texnologiyasından istifadə etməklə mobil aplikasiyalar tətbiq olunacaq. Məqsəd odur ki, İşğal Muzeyi, Memorial Bağ və Zəfər Muzeyi Azərbaycan xalqının birinci və ikinci Qarabağ müharibəsində keçdiyi tarixi göstərə bilsin. Burada XX əsrin dəhşətli Xocalı soyqırımı, Ağdamın işğalı, bununla bağlı video-audio materiallar, eksponatlar əks olunacaq. Təsəvvür edin, işğal muzeyindən çıxan insan memorial bağı gəzərkən 27 illik işğal dövrü haqqında ətraflı məlumat alır. Yəni insanlar o dağıntıların arasından keçərkən sanki həmin zamandan keçir və gözlərinin qarşısında həmin proses canlanır. Bağın sonuna yaxınlaşdıqca Zəfər Muzeyi, Bayraq Meydanı və Zəfər arenasının olduğu əraziyə daxil olurlar. Həmin yerlər 27 ildən sonra 44 günlük Vətən müharibəsini, şanlı qələbəmizi simvolizə edəcək. Zəfər muzeyində hər bir kəndin, qəsəbənin, şəhərin necə azad edilməsi faktlarla göstəriləcək. Döyüşlər şəkillərlə, videolarla əks etdiriləcək. O cümlədən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün lövhə olacaq”.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
19 saat sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 13 saat sonra
-
2 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
2 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
2 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
2 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
2 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton























