Dizel yanacağına görə subsidiyaların verilməsinə başlanılır
Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara istifadə olunmuş dizel yanacağına görə subsidiyaların verilməsinə başlanılır. Vergi ödəyiciləri dəstək proqramından yararlanmaq üçün qeydiyyatda olduqları vergi orqanlarına müraciət etməlidirlər.Məlum olduğu kimi, Nazirlər Kabinetinin 1 dekabr 2021-ci il tarixli Qərarı ilə “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası” təsdiq edilib.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, qərar “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Tarif (qiymət) Şurasının 2021-ci il 4 yanvar tarixli 1 nömrəli Qərarı ilə dizel yanacağının qiymətində baş vermiş artıma görə tarif dəyişikliyinin sərnişindaşıma tariflərinə və sərnişindaşıma ilə məşğul olan daşıyıcılara təsirinin neytrallaşdırılması, xüsusilə sərnişindaşımada nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə qəbul edilib. Qaydalara əsasən, subsidiya Tarif (qiymət) Şurasının 2021-ci il 4 yanvar tarixli Qərarı qüvvəyə mindiyi tarixdən “İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə” Tarif (qiymət) Şurasının 2018-ci il 30 iyul tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş tariflərin qüvvədə olduğu müddəti əhatə edən dövr üzrə verilir.
Subsidiya təqvim ayı ərzində dizel yanacağına görə (artan yekun nəzərə alınmaqla) nağdsız qaydada ödənilmiş məbləğin 25 faizi həcmində, lakin müntəzəm şəhərdaxili (rayondaxili) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 6,7 faizindən, müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 8,3 faizindən, müntəzəm şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 7,5 faizindən çox olmamaqla hesablanır.
Vergi ödəyiciləri istifadə olunmuş dizel yanacağına görə subsidiyanın verilməsi ilə bağlı dəstək proqramından yararlanmaq üçün qeydiyyatda olduqları vergi orqanlarına müraciət etməlidirlər. Bu zaman vergi ödəyiciləri müvafiq qaydaların 1 nömrəli əlavəsinə əsasən, Hesabat formasını və Qaydaların 4.2-ci bəndində tələb olunan bır sıra sənədləri, o cümlədən subsidiya məbləğinin köçürüləcəyi bank hesabı barədə məlumatları, avtobusların yanacaq sərfi üzrə texniki göstəricilərini (texniki pasportlar), səlahiyyətli orqanlar tərəfindən verilmiş marşrut pasportunun elektron surətini, bank əməliyyatlarına dair məlumatı (bank çıxarışları) vergi orqanına təqdim etməlidirlər.
Daşıyıcıların müraciətinə 20 (iyirmi) gün müddətində baxılır. Dövlət Vergi Xidməti təqdim olunmuş elektron məlumatlar əsasında müraciətlərə baxaraq ödəniləcək subsidiyanın məbləğini müəyyən edir. Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, həmin çatışmazlıqların 5 iş günündən gec olmayaraq müddətdə aradan qaldırılması üçün daşıyıcılara 3 iş günü ərzində məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ödəniləcək subsidiyanın məbləği müəyyən edilir.
Dövlət Vergi Xidməti hər ayın 25-dək icmallaşdırılmış məlumatlar əsasında subsidiyanın ödənilməsi ilə bağlı uyğun ödəniş sifarişini Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edəcək. Agentlik 2 iş günü müddətində ödəniş sifarişi əsasında subsidiya məbləğlərinin daşıyıçıların bank hesablarına köçürülməsini həyata keçirəcək.
Nazirlər Kabinetinin müvafiq qaydalarına əsasən, subsidiya almaq istəyən daşıyıcılar aşağıdakı şərtlərə cavab verməlidirlər:
“Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na düşməməli;
Subsidiya verilməsi nəzərdə tutulan dizel yanacağının alışını nağdsız qaydada həyata keçirməli;
Əməkhaqlarının ödənişini tam həcmdə nağdsız qaydada həyata keçirməli;
Nağdsız ödəniş sistemləri (ödəniş alətləri) ilə təchiz edilməmiş avtobuslarla sərnişindaşıma xidmətini həyata keçirən daşıyıcılar üzrə aylıq əsasda nağd qaydada qəbul edilən vəsaitlərin 60 faizi həcmində məbləği bank hesabına mədaxil etməlidirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 1 dekabr tarixli 379 nömrəli qərarı ilə aşağıdakı keçiddə tanış olmaq olar:
https://www.taxes.gov.az/az/page/azerbaycan-respublikasi-nazirler-kabinetinin-qerar-ve-serencamlari
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
18 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
18 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
18 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
18 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 19 saat əvvəl
-
19 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
20 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton






















