"Sifarişlər olarsa, müəssisəmiz istənilən modeldə avtobusların yığımını həyata keçirə bilər"
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Belarus-Azərbaycan birgə iqtisadi əlaqələri çərçivəsində fəaliyyətini son illərdə xeyli genişləndirib.
Marja.az xəbər verir ki. bunu Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib.
İş adamı qeyd edib ki, 2019-cu ildən Belarusun elektrik avtobuslarının və taxılyığan kombaynlarının Gəncədə birgə istehsal olunması barədə razılıq əldə olunub
"Elektrobuslar həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişin üçün nəzərdə tutulan və 60 kilometr-saat sürətlə hərəkət edən elektrobusun akkumulyatoru enerjidoldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur. Gəncə Avtomobil Zavodu Azərbaycanın bütün şəhər və rayonlarını müasir nəqliyyat vasitələri olan elektrobuslarla təmin etmək gücündədir. Müəssisədə il ərzində 150 elektrobusun yığılması mümkündür. Əgər aidiyyəti qurumlardan sifarişlər olarsa, müəssisəmiz tələbata uyğun istənilən modeldə olan şəhərarası və şəhərlərarası avtobusların yığımını həyata keçirə bilər".
Xanlar Fətiyev bildirib ki, hazırda Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Belarusun aparıcı maşınqayırma şirkətləri ilə sıx əməkdaşlıq edir. Bu il aprelin13-14-də Belarus Prezidenti Aleksandr Lukaşenkonun Bakıya işgüzar səfəri zamanı bağlanılan ikitərəfli əməkdaşlıq sazişi çərçivəsində daha bir neçə rəsmi müqavilə imzalanıb ki, bu da müəssisəmizin istehsal həcminin artmasında xüsusi rol oynayacaq. Müqavilələrə əsasən, Gəncədə 1000 ədəd traktorun, BELAVTOMAZ Konserni ilə isə ağır tonnajlı avtomobilin yığılması təmin olunacaq.
Zavodda yeni müasir kombaynların yığılmasına da başlanılıb. Bu layihənin icrası Finlandiyanın tanınmış “Sampo” firması ilə əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Bu texnika Azərbaycan şəraitində özünü kifayət qədər doğrultmaqla fermerlərin marağına səbəb olacaq.
Xanlar Fətiyev vurğulayıb ki, 2006-cı ildən müəssisənin həyatında yeni bir səhifə açılıb: "Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin oktyabrında Belarusa səfəri zamanı bu ölkənin traktor və avtomobil zavodları ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlığın yaradılması barədə Belarusun dövlət başçısı ilə razılığa gəlindi və həmin müəssisələrlə uzunmüddətli əməkdaşlıq müqaviləsi bağlanıldı. Müqaviləyə uyğun olaraq 2007-ci ilin mart ayında Belarusdan daxil olan komplektləşdiricilərin əsasında “Belarus” traktorlarının müxtəlif modellərinin istehsalına başlanıldı. Həmin ilin aprel ayından isə “MAZ” avtomobillərinin yığımı təşkil olundu. 2018-ci ilin aprelində müəssisədə onmininci traktor istehsal edildi. Bütövlükdə 2007-ci ildən etibarən bu zavodun bazasında 11 mindən artıq traktor, eləcə də məşhur Belarus brendlərinə aid 3,5 minə qədər digər texnikalar yığılıb".
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
20 saat sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 13 saat sonra
-
1 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
1 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
2 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
2 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton























