Bu il Bakı Metrosu üçün 4 yeni qatar alınacaq
Bakı Metropoliten yeni nəsil vaqonlarının alınması ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, 2021-ci il əvvəlki dövrdəki yeniləşmənin davamı ilə yadda qalıb. İlin ikinci yarısında hərəsində 5 vaqon olmaqla cəmi 20 yeni vaqondan (81-765B/766 B seriyalı) ibarət 4 hərəkət tərkibi xəttə buraxılıb. “Transmaşholdinq” SC-nə daxil olan "Metrovaqonmaş” müəssisəsinin istehsalı olan 4-cü nəslə aid vaqonların sayı 95-ə, başqa sözlə, qatarların sayı 19-a çatdırılıb.
2022-ci ildə isə hər biri 5 vaqondan ibarət daha 4 hərəkət tərkibi (cəmi 20 vaqon) alınacaq. Hər gün metropoliten xətlərinə 40-46 qatarın buraxılmasını nəzərə alaraq, bununla xətlərdə olan qatarların təxminən 50 faizə yaxınının yenilənmiş olduğunu söyləmək mümkündür.
Yeni qatarlarda mühüm təmiri yerli kadrlar aparır
Məlumatda qeyd edilib ki, yeni nəsil qatarlar avtomatika sahəsinin son illərdəki inkişafı templərinə söykəndiyindən bu sahədə də peşəkar kadrlar fəaliyyət göstərməlidir. Bu mənada 2021-ci ildə yeni nəsil qatarlarda aparılan mühüm təmir növləri əvvəlki ildə əldə olunmuş nailiyyətləri bir daha təsdiq etdi. Məlumdur ki, 2020-ci ildə pandemiya səbəbilə ölkəmizə gətirilən vaqonların sazlanması və xəttə buraxılmasını yerli mütəxəssislər uğurla həyata keçirmişdilər. 2021-ci ildə isə 2015-ci ildə alınmış iki qatar tərkibində aparılan qaldırma təmiri işləri bu sahədə metropoliten mütəxəssislərinin kifayət qədər püxtələşərək müstəqil qaydada bütün işləri yüksək keyfiyyətlə yerinə yetirdiklərini təsdiqlədi. Qarşıda isə lokomotiv parkının yenilənməsi davam edəcəyindən yerli ixtisaslı kadrların sırasının genişlənməsi işləri aparılacaq. Ümumən 2021-ci ildə 10 vaqonda 1 saylı qaldırma təmiri ilə yanaşı, daha 10 vaqonda 1 saylı və 15 vaqonda 2 saylı dövrü təmir işləri aparılıb, yeni vaqonlara ümumən 195 texniki baxış kecirilib. Əvvəlki nəsil - 81-717/714 seriyalı 140 vaqon 1 saylı, 14 vaqon 2 saylı və 10 vaqon mühüm 3 saylı cari təmirə cəlb edilib. İl ərzində texniki baxış keçirilmiş vaqonların sayı isə 2990 olub. Bundan savayı, helium tipli 300 akkumulyator batareyaları əvvəlki nəsil, 140-ı isə yeni nəsil qatarları üçün alınıb. Yeni nəsil qatarlarına 4 yeni təkər cütü də gətirilib.
4 qatar modernləşdirilib
Vaqonların orta və əsaslı təmiri sahəsi isə həm də modernləşdirmə işlərini yerinə yetiriblər. May ayının 31-də metropolitendə sərnişindaşıma fəaliyyəti bərpa olunarkən bir qatar tərkibi konstruktiv dəyişiklik edilmədən əksər avadanlıq modernləşdirilib, vaqonaltı qurğular yeniləri ilə əvəzlənib, əsas qovşaqlar dəyişdirilib, avtomat idarəetmə mərkəzi quraşdırılıb. Bu sırada dartı qüvvəsini tənzimləyən yeni YAR-13 KŞ qurğusu ilə təmin edilib, “KV-70” qurğusunu “KM-10” cihazı əvəz edib. Sonrakı dövrlərdə isə normativ tələblərə uyğun xətlərdə çalışaraq təmir məsafəsinə çatmış daha 3 qatarda da eyni işlər uğurla yerinə yetirilib. Modernizasiya olunmuş qatarlarda “Spesavtomatika” müəssisəsinin istehsalı olan 10 vaqonidarəetmə sistemi,”Knorr Bremse” şirkətinin 10 ədəd “VV120-T” kompressor aqreqatı, bir o qədər PPK-12 qida çeviricisi, 10 ədəd “Cammozi” pnevmatik intiqalı, 5 ədəd UR-10 tezaçılan açar, 30 ədəd helium akkumulyator batareyası tətbiq edilib. Bütün bu yeniliklər ən müasir nəsil qatarlarında tətbiq edilən mexanizmlər və sistemlərdir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
21 saat sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 14 saat sonra
-
1 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
1 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
1 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
2 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton





















