Müəmmalı valyuta satıcısı rublun çöküşünü dayandırıb
Bazar ertəsi dolların məzənnəsini noyabrdan bəri ən yüksək səviyyəsinə, avronun isə ötən yaydan bəri pik həddinə çatmasına səbəb olan rublun bazar ertəsi sürətlə ucuzlaşması Moskva Birjasının axşam ticarətində “divara” çırpılıb.
Marja Rusiya mətbuatına istinadən xəbər verir ki, Dolların məzənnəsi 79,5-ə yaxınlaşan kimi bazarda valyuta satışı üçün iri lotlar görünməyə başlayır.
Birja məlumatlarına əsasən, dünən Moskva vaxtı ilə saat 19.19-da təklifin həcmi alıcı-treyderlərin tələbindən demək olar ki, 12 dəfə çox olub.
Amerika valyutasının məzənnəsi iki dəfə 79,5 səviyyəsinə yaxınlaşıb. Amma hər dəfə “divar” onun qarşısını alıb.
Kimin valyuta bazarına müdaxilə etdiyini (valyuta satdığını) dəqiq müəyyən etmək mümkün deyil.
"Böyük və çox güclü birisi böyük lotlarda xarici valyuta satmağa başlayır", - Moskva Partners IG-nin prezidenti Yevgeni Koqan qeyd edir.
“Belə bir hiss var ki, valyuta məzənnəsinin aşağı düşməsinin qarşısını almaq üçün müdaxilələr edilir. Tənzimləyicinin iştirakı hərracda hiss olunur”,- Koqan əlavə edib.
Bazar ertəsi Rusiya Federasiyasının Mərkəzi Bankı büdcə qaydası çərçivəsində xarici valyuta alışını dayandırdığını açıqlayıb.
Müharibə təhlükəsi və Qərbin sərt sanksiyalarından qorxan xarici investorların qaçması ilə üzləşən fond və borc bazarlarında çökmə fonunda ilin əvvəlindən dollar və avro 5 rubldan çox bahalaşıb.
Bazar ertəsi ticarətin nəticəsi olaraq, Moskva Birjası indeksi daha 5,93% enərək 2020-ci ilin dekabrından aşağı səviyyələri, RTS isə 8,11% düşərək keçən ilin noyabrından bəri ən aşağı səviyyələri görüb.
Mövcud şəraitdə rublun hansı səviyyələrə düşə biləcəyi sualına belə bir cavab verilib: "nə qədər ki, icazə verilir, oradək düşəcək" -deyə "Gasprombank Private Banking"in idarəedici direktoru Yeqor Susin bildirib.
"Mərkəzi Bank, Maliyyə Nazirliyi və hökumətin rublun hansı səviyyəyə enməsinə icazə verilə biləcəyinə qərar vermək üçün bütün resursları var", - o vurğulayıb.
Rusiya Mərkəzi Bankının sərəncamında 638 milyard dollarlıq rekord ehtiyatlar var. Tədiyə balansının cari hesabı 120 milyard dollara çatıb. Korporasiyaların, əsasən də əmtəə ixracatçılarının hesablarında 173 milyard dollar yığılıb ki, bu da 2016-cı ildən bəri ən böyük “valyuta yastığı”dır.
"Sberbank CIB"nin analitikləri yazır ki, ixracatçılar artıq keçən həftə valyutanı vergilər üçün sataraq rublu dəstəkləməyə çalışıblar. Lakin bu inyeksiyalar bazarı tərk edən qeyri-rezidentlərin tələbatını tam ödəməyə kifayət etməyib.
Analitiklər bildirirlər ki, investorlar, Ukrayna ilə sərhəddən qoşunların ən azı qismən çıxarılması şəklində Rusiyadan konkret deeskalasiya addımlarını görməyincə, rubl üçün təzyiq davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
22 d. əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
2 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
2 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 2 saat əvvəl
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb




















