SOCAR: “Şahdəniz”də əlavə iştirak payların alınması prosesi davam edir
Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsində “Petronas” şirkətindən əlavə iştirak payların alınması prosesi hələ başa çatmayıb.
Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
“”Şahdəniz” yatağının işlənməsində “Petronas” şirkətindən əlavə payların alınması prosesi davam edir”, - İ. Əhmədov bildirib.
SOCAR-ın nümayəndəsi onu da əlavə edib ki, Rusiyanın “Lukoil” Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) geoloji-kəşfiyyat layihəsində artıq rəsmi tərəfdaşdır.
Belə ki, ötən ilin sentyabrında BP sözügedən layihədə iştirak payının 25%-ni Rusiyanın “Lukoil” şirkətinə satmağı razılaşdırdığı barəsində elən edib. Hazırda layihədə iştirak payları belədir: SOCAR-ın Ortaq Neft Şirkəti - 50%, BP - 25% və “Lukoil” - 25%.
Xatırladaq ki, 2021-ci ilin dekabrında "Lukoil" şirkəti "Şahdəniz" layihəsində Malayziyanın "Petronas" şirkətindən bu ilin oktyabrında imzalanan payın alınmasına dair sazişə düzəlişlərin imzalandığını elan edib. Yeni sazişlərə uyğun olaraq, "Lukoil"un "Şahdəniz"də payı 15,5%-dən 9,99%-ə, əməliyyat məbləği isə proporsional olaraq 2,25 mlrd. ABŞ dollarından 1,45 mlrd. dollara endirilib. Bu dəyişikliklərin imzalanması "Şahdəniz" layihəsi üzrə tərəfdaşlarla üstünlük hüquqlarının həyata keçirilməsinə dair danışıqların nəticəsi olub.
Qeyd edək ki, BP özünün əməliyyatçısı olduğu "Şahdəniz" yatağı üzrə "Petronas" şirkətindən 1,16% iştirak payını 168 mln. dollar məbləğinə almaq haqqında razılığa gəlib. Bu məbləğ "Petronas" tərəfindən öncə elan edilmiş "Şahdəniz" üzrə sövdələşmənin eyni kommersiya şərtləri əsasında razılaşdırılıb. Nəticədə BP-nin "Şahdəniz"dəki ümumi iştirak payı 29,99% təşkil edəcək və BP yatağın operatoru olaraq qalacaq.
Bundan başqa, SOCAR da "Petronas"a məxsus olan 4,35%-lik iştirak payını alıb. Bununla da SOCAR-ın "Şahdəniz"də birbaşa iştirak payı 14,35%-ə yüksəlib.
Xatırladaq ki, ilin oktyabr ayında "Petronas" şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında payının satışı ilə bağlı təklifini bütün layihə iştirakçılarına təqdim edib.
"Şahdəniz" layihəsində həmçinin AzSD, "SGC Upstream", NICO və TPAO şirkətləri iştirak edir.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
3 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
51 d. əvvəl
Yeni dərs ilinə “Nəhəng qayıdış” - 7%-DƏK KEŞBEK, 6 AYADƏK FAİZSİZ TAKSİT ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanlıların xaricə səfərləri azalıb – İran istiqamətində kəskin geriləmə
-
1 saat əvvəl
Azərbaycana gələn əcnəbilərin sayı 9,2% azalıb – Körfəz ölkələrindən axın 32,8% düşüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
77 mindən çox saxta IMEI bloklanıb – 1,6 milyon qoşulma cəhdinin qarşısı alınıb
-
2 saat əvvəl
Qızılın qiyməti son 3 ayın ən yüksək səviyyəsində – 5000 dollara doğru gedir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Ali Məhkəmədən sələmçilərə xəbərdarlıq
Azərbaycana gələn əcnəbilərin sayı 9,2% azalıb – Körfəz ölkələrindən axın 32,8% düşüb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Bank Respublika” 24 sentyabrda mühüm qərarlar verəcək

























