"Hökumətin və Mərkəzi Bankın heç bir devalvasiya fikirləri yoxdur"
“Dollara tələb ilin əvvəlində artır, ortalarında səngiyir, sonunda yenidən aktivləşir”“Birmənalı olaraq bildirmək istəyirəm ki, 2022-ci ilin və ortamüddətli dövrün sosial-iqtisadi inkişaf proqramları və proqnozları valyuta bazarının dayanıqlılığı üzərində qurulub. Hökumətin və Mərkəzi Bankın heç bir devalvasiya fikirləri, proqramları, hesablamaları yoxdur. Devalvasiya barədə deyilənlər tsiklik (dövrü) şaiyələrdən başqa bir şey deyil. Biz buna tsiklik xarakterli şaiyələr deyirik. Bu tsiklik şaiyələr bir neçə ay ərzində səngiyib keçir. Biz bunu 2020 və 2021-ci illərdə müşaiyət etmişik. 2020-ci ildə pandemiyadan qaynaqlanan çətinliklər fonunda valyuta bazarında təzyiqləri gördük. Bilirsiniz ki, həmin təzyiqlərin qarşısını aldıq”.
Bunu Marja-nın sualına cavabında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Mərkəzi Bankın sədri deyib ki, ilin əvvəlində valyuta hərraclarında vəsait (dollar -red) bir qədər çox satılır, ilin ortalarına doğru bu proses səngiyir, yığımlar başlayır və ilin sonunda yenidən aktivləşir:
“Adətən yeni ilə bazar 2 ay təzyiq ilə başlayır (dollara tələb artır - red), sonra 8 ay təklif tələbi üstələyir. İlin son iki ayında yenidən tələbin artması müşahidə olunur. İlin sonunda büdcə xərclərinin artması, bununla əlaqədar olaraq dövriyyəyə daha çox vəsaitin daxil olması, onun bir hissəsinin növbəti ilin əvvəlinə keçməsi, müəyyən gözləntilər, qonşu ölkələrdə yüksək inflyasiya, məzənnə volatilliyi və s. bazara pisixoloji təsirlər göstərir”.
Elman Rüstəmov qeyd edib ki, ötən ilin oktyabr ayında Dövlət Neft Fondu tərəfindən büdcəyə transfert üçün valyuta satışı üzrə əhəmiyyətli qənaət vardı (tələb aşağı olduğundan dollar satışı qrafikdən geri qalırdı - red). İlin son aylarında (noyabr və dekabr) bir sıra tələblərin yaranması ilə qənaətin böyük hissəsi satılıb:
“İlin sonunda təxminən 4-5 milyon dollar valyuta artıqlığı (satılmayan valyuta – red) qalmışdı.Tam şəkildə tarazlı bazarın şahidi olduq”.
Mərkəzi Bank bazardan il ərzində 245 milyon dollar valyuta alıb
Mərkəzi Bankın sədri qeyd edib ki, 2021-ci ildə valyuta hərraclarının 70%-də təklif tələbi üstələyib: "Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alış yönümlü 245 milyon dollar təşkil edib. Valyuta hərraclarında tələbin dəyişməsi tsiklik xarakter daşıyır".
Elman Rüstəmov bildirib ki, 2022-ci ildə Neft Fondundan dövlət büdcəsinə transfertlərin ötən illə müqayisədə artırılması şəraitində valyuta bazarının tənzimlənməsi üçün imkanlar daha genişdir:
"Profisitli tədiyyə balansı şəraitində cari ildə də valyuta bazarında tarazlıq qorunacaqdır. Cari ildə makroiqtisadi sabitlik, məhz valyuta bazarındakı tarazlığa əsaslanır. Ölənin valyuta bazarının tarazlığı üçün bütün fundamental amillər ortadadır, neftin yüksək qiyməti pik səviyyələrdədir, tədiyyə balansının cari hesabı, xarici ticarət profisitdədir”.
Elman Rüstəmov vurğulayıb ki, Mərkəzi Bankın əsas fokusu qiymətlər sabitliyinin təmin edilməsidir, inflyasiyanın hədəf intervalının (2-6%) orta səviyyəsinə (4%-ə) qaytarmaqdır:
“Həm 2022-ci ildə, həm də 2023-cü ildə hökumətin və Mərkəzi Bankın əsas diqqəti inflyasiyanın neytrallaşdırılması, o cümlədən ailə büdcələrinə və Manatın alıcılıq qabiliyyətinə mənfi təsirlərinin aradan qaldırılmasıdır.
Bazar tarazlıdır, narahatlığa heç bir əsas yoxdur. Cari ildə də yüksək neft qiymətləri, profisitli tədiyyə balansı və dövlət büdcəsinə artan transfertlər şəraitində bazar tarazlı olacaqdır, əlavə tədbirə ehtiyac yoxdur. Görəcəyimiz iş bu olacaqdır ki, tsikl vaxtında valyutaya tələb artacağından daha çox valyuta sataq, çünki Neft Fondunun transferləri il ərzində reallaşmalıdır ki, büdcəyə manat vəsaitləri köçürülsün”.
Mərkəzi Bankın sədri əlavə edib ki, Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 12%-dən çox bahalaşıb və bunun cox ciddi antiinflyasiya təsirləri var: “Cari ildə də Manat inflyasiyanın o cümlədən makroiqtisadi və maliyyə sabitliyinin başlıca lövbəri rolunu oynayacaqdır”.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
19 saat sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 12 saat sonra
-
2 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
2 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
2 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
2 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
2 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton






















