"Qızıl hasilatı plandan 11%, gümüş hasilatı isə 55% daha artıq icra edilib"
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn müşavirə keçirilib.
Şirkətin yaydığı məlumatda bildirilir ki, müşavirədə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin Cəmiyyət üçün əlamətdar dövrə, şirkətin fəaliyyətə başlamasının 5-ci ildönümünə təsadüf etdiyini xatırladıb.
Səhmdar Cəmiyyətin bu illər ərzində kifayət qədər uğurlu yol qət etdiyini deyən sədr ötən il Prezident İlham Əliyevin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə gerçəkləşdirdiyi tarixi səfərinin şirkətin fəaliyyətinə verilən ən yüksək qiymət və əlavə stimul olduğunu diqqətə çatdırıb. Zakir İbrahimov dövlət başçısının dağ-mədən sahəsinin ölkənin qeyri-neft sektorunda aparıcı sahəyə çevrildiyini xüsusilə vurğuladığını və şirkətin fəaliyyətinə dair bir sıra vacib tapşırıqlar verdiyini qeyd edib.
İdarə Heyətinin sədri bildirib ki, Cəmiyyətin strategiya sənədi çərçivəsində əlvan və qara metal yataqlarının yol xəritəsinə uyğun vaxtında və səmərəli icrası ilə dağ-mədən sənayesi qeyri-neft sektorunun əsas sahəsi kimi iqtisadiyyatın davamlı tərəqqisinə əlavə töhfələr veriləcək. Eyni zamanda, işğaldan azad edilən ərazilərimizdə əlvan metal ehtiyatlarının potensialı bu sahənin gələcək inkişafında böyük rol oynayacaqdır. Z.İbrahimov ötən il Cəmiyyət tərəfindən “Tutxun” qızıl təzahürü sahəsində başlanılan ilkin tədqiqat işlərinin gələcəkdə təkcə Kəlbəcər deyil, bütövlükdə Şərqi Zəngəzur iqtisadi rayonunun sosial-iqtisadi inkişafına müsbət təsir edəcəyinə əmin olduğunu qeyd edib, şirkətin bundan sonrakı mərhələlərdə də dövlət tərəfindən bu istiqamətdə aparılacaq vahid siyasətə bütün resursları vasitəsilə dəstək verəcəyini vurğulayıb.
İdarə Heyətinin sədri strateji hədəflər çərçivəsində ötən il də hasilat, satış, geoloji kəşfiyyat, eləcə də digər sahələrdə işlərin plandan daha artıq və tam qrafik üzrə yerinə yetirildiyini müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Müşavirədə qızıl, polimetal və dəmir filizi yataqları üzrə görülmüş işlər, qiymətli metalların beynəlxalq və daxili bazarlarda satışı, geoloji kəşfiyyat və tədqiqat işləri, maliyyə göstəriciləri, törəmə şirkətlərin fəaliyyəti və digər istiqamətlər üzrə əldə edilmiş nəticələr barədə məlumat verilib.
Qeyd edilib ki, ötən il yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə bir sıra vacib addımlar atılıb. Hesabat ilində hasilat göstəriciləri 61.5 min unsiya qızıl, 134.4 min unsiya gümüşə çatdırılıb. Beləliklə, qızıl hasilatı plandan 11%, gümüş hasilatı isə 55% daha artıq icra edilib. 2020-ci illə müqayisədə 2021-ci ildə qızıl hasilatı üzrə 2.5%, gümüş hasilatı üzrə 10.9% artım qeydə alınıb.
İclasda, həmçinin ölkədə metallurji xammal bazasının formalaşdırılması istiqamətində nəzərdə tutulmuş layihələr də müzakirə edilib. Qısa müddət ərzində dəmir filizi yataqlarının hasilata verilməsi və metal qırıntılarını əvəzləyən, həmçinin daha keyfiyyətli metallurji məhsulların istehsalı üçün xammala tələbatın təmin edilməsi istiqamətində atılacaq addımlar və ölkə iqtisadiyyatına veriləcək töhfələrdən bəhs olunub. İdarə Heyətinin sədri bu məqsədlə fəaliyyətin 2 mərhələ üzrə təşkil edilməsinin planlaşdırıldığını qeyd edib. Birinci mərhələdə yüksək dəmir tərkibli filiz konsentratının, ikinci mərhələ üzrə isə birbaşa reduksiya edilmiş dəmirin (və ya isti briketləşdirilmiş dəmirin) istehsalının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Daha sonra müvafiq şöbələrin rəhbərləri cari ildə görülmüş işlər və layihələrin icra vəziyyətinə dair təqdimatlarla çıxış ediblər.
Z.İbrahimov yeni yataqların istismarına hazırlıq çərçivəsində görülən işlərin sürətləndirilməsi, ehtiyatların artırılması istiqamətində geoloji kəşfiyyat işlərinin daha da intensivləşdirilməsi, bütün sahələr üzrə artım dinamikasının qorunub saxlanılması, qızıl və gümüş məhsullarının daxili pərakəndə satışı, zərgərlik bazarının inkişafına töhfələrin verilməsi, kadr hazırlığı, Cəmiyyətin əsas prioritet sahələrindən biri olan korporativ sosial məsuliyyət və ətraf mühitin mühafizəsi tədbirləri barədə müvafiq tapşırıqlarını verib.
Müşavirədə 2022-ci ilin birinci yarımilində görüləcək işlər diqqətə çatdırılıb və tədbirə yekun vurulub.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
1 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
1 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
1 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
1 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
1 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton























