“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Foreks: Dollarda bahalaşmaInvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
FED-in faiz artımı sürətinin yüksələ biləcəyi proqnozları fonunda avro da təzyiq altındadır. Təhlillərə əsasən, EURUSD məzənnəsi 1.12$-a qayıda bilər.
Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 14:00-da Almaniya və Avrozonada iqtisadi inkişaf proqnozlarını ölçən “ZEW” indeksi də investorların diqqət mərkəzindədir.
GBP
GBPUSD məzənnəsi də İngiltərə Bankının faiz artımı qərarına baxmayaraq, dollar indeksinin yüksəlməsi ilə ucuzlaşmağa başlayıb və 1.34$-a kimi enə bilər.
Bununla yanaşı, çərşənbə axşamı saat 11:00-da Böyük Britaniyadan açıqlanacaq əmək bazarı ilə bağlı göstəricilər də böyük maraqla gözlənilməkdədir.
TRY
USDTRY məzənnəsi cümə axşamı saat 15:00-da dərc ediləcək növbəti faiz qərarı öncəsi 13 - 14TL aralığında dalğalanmaqda davam edir. Təhlillərə əsasən, lirə 12 səviyyələrinə kimi dəyər qazana bilər.
OIL
Enerji birjalarında neftə olan tələbin yüksək olması ilə yanaşı, təklifin artması ehtimalları Brent qiymətinin 97$-da müqavimətlə rastlaşmasına səbəb olur.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
İnflyasiyanın artması ilə qızıl qiyməti müqavimətləri qırsa da digər tərəfdən monetar siyasətlərin də sərtləşməsi, bahalaşma dalğasının qarşısını alır. Hazırda 1860$-ın (59.8 $/qram) altında ticarət edilən bir unsiya üzrə qiymət 1848$-ın (59.4 $/qram) qırılması ilə 1821$-a (58.6 $/qram) kimi dəyər itirə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 57 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
2 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 2 saat əvvəl
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib


















