Azərbaycanda valyuta hərracında dolların satışı artdı
Hərracda tələb 45,3 milyon ABŞ dollarından 63,2 milyon ABŞ dollarına yüksəlib.01 Mart 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Marja xəbər verir ki, hərracda tələb 63,2 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Xatırladaq ki, 24 Fevral 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 45,3 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
Həmçinin, 06 Yanvar 2022-ci il tarixində keçirilmiş valyuta hərracında satış 114,1 milyon ABŞ dolları, 11 Yanavr 2022-ci il tarixində 113,1 milyon ABŞ dolları, 13 Yanvar 2022-ci il tarixində 96,9 milyon ABŞ dolları, 18 Yanvar 2022-ci il tarixində 116,4 milyon ABŞ dolları, 21 yanvar 2022-ci il tarixində 99,7 milyon ABŞ dolları, 25 yanvar 2022-ci il tarixində 102,5 milyon ABŞ dolları, 27 yanvar 2022-ci il tarixində 84,2 milyon ABŞ dolları, 01 fevral 2022-ci il tarixində 50,8 milyon ABŞ dolları, 03 Fevral 2022-ci il tarixində 64 milyon ABŞ dollar, 08 Fevral 2022-ci il tarixində 36,6 milyon ABŞ dolları, 10 Fevral 2022-ci il tarixində 36,1 milyon ABŞ dolları, 15 Fevral 2022-ci il tarixində 41,7 milyon ABŞ dolları, 17 Fevral 2022-ci il tarixində 48,5 milyon ABŞ dolları, 22 Fevral 2022-ci il tarixində 48,3 milyon ABŞ dolları təşkil etmişdi.
2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 16 valyuta hərracında banklara 1 milyard 161,4 milyon dollar satılıb.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
20 saat sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 13 saat sonra
-
1 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
1 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
1 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
2 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton

























