Antaliyada görüş başa çatdı: "Atəşkəs məsələsində irəliləyiş yoxdur"
Kuleba: Kiyev Rusiyanın irəli sürdüyü tələblərə əməl etmək niyyətində deyil.Rusiyanın xarici işlər naziri Lavrov ilə görüşdən sonra Ukraynanın xarici işlər naziri Kubela bildirib:
"Atəşkəs məsələsində irəliləyiş əldə edə bilmədik, danışıqlar davam edəcək".
Antalyada Lavrov və Kuleba arasında danışıqlar başa çatıb. Görüş iki saatdan az davam edib.
Əsas başlıqlar:
- Ukraynanın xarici işlər naziri Kuleba Lavrovla danışıqların çətin keçdiyini bildirib.
- Kuleba tərəflərin hələ də atəşkəs qərarına gəlmədiyini bildirib.
-Kubela bildirib ki, Rusiya Federasiyası, Ukrayna və Türkiyə xarici işlər nazirləri Ukraynada atəşkəs rejimini müzakirə ediblər.
- Kuleba bildirib ki, Lavrovla danışıqlar zamanı yerdə humanitar həll yolu tapmaq üçün səylərin davam etdirilməsi barədə razılıq əldə olunub.
-"Danışıqlarda Rusiya Federasiyası təsdiq edib ki, Moskvanın Ukraynada gündəlik olaraq humanitar dəhlizlər açmaq təşəbbüsü qüvvədə qalır", - Rusiyanın xarici işlər naziri Lavrov bildirib.
- Kuleba bildirib ki, martın 10-da Rusiya ilə aparılan danışıqlar formatı davam etdiriləcək.
- Kuleba Antalyaya iki vəzifə - Mariupoldan humanitar dəhlizin təşkili və 24 saatlıq atəşkəslə gəldiyini bildirib.
- Kuleba bildirib ki, Kiyev Rusiyanın irəli sürdüyü tələblərə əməl etmək niyyətində deyil.
- Lavrov bildirib ki, Rusiya Ukraynaya hücum etməyib və başqa ölkələrə hücum etməyi planlaşdırmır.
- Lavrov deyib ki, Ukraynaya silah və muzdluların göndərilməsini təşviq edənlər öz fəaliyyətlərinin məsuliyyətini dərk etməlidirlər.
- Kuleba bildirib ki, Kiyev münaqişənin diplomatik yolla həllinə hazırdır, lakin hələlik heç bir irəliləyiş yoxdur.
- Lavrov qeyd edib ki, Rusiya iqtisadiyyatı ilə özü məşğul olacaq, bununla ölkə hakimiyyəti məşğuldur.
- Kuleba bildirib ki, Lavrov nüvə təhlükəsizliyi üzrə MAQATE, Rusiya və Ukrayna ekspertləri ilə üçtərəfli məsləhətləşmələrin keçirilməsini təklif edib.
- Lavrov bildirib ki, Mariupoldakı doğum evindən Azov batalyonunun bazası kimi istifadə edilib, Rusiya Federasiyası bir neçə gün əvvəl BMT-yə məlumat təqdim edib.
- Kuleba: Mən bu gün eşitdim ki, atəşkəs Putinin Ukraynaya qarşı tələblərinin yerinə yetirilməsindən asılıdır. Ukrayna təslim olmayıb və olmayacaq. Biz diplomatik qərarlara hazırıq, lakin onlar olmadığı müddətdə biz öz torpağımızı fədakarlıqla müdafiə edəcəyik.
- Lavrov: Rusiya Ukraynanı rus dilinə, rus mədəniyyətinə qadağa qoymadan dost görmək istəyir.
- Lavrov: Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri ilə Putin və Zelenski arasında görüş imkanı müzakirə edilib.
- Lavrov ümid edir ki, Putin və Zelenski arasında görüş ehtimalı ortaya çıxacaq.
- Lavrov: Rusiyanın Ukraynada adam oğurluğu ilə bağlı iddialar saxtadır
- Lavrov bildirib ki, Rusiya böhrandan daha sağlam şüurla çıxacaq, Qərblə əməkdaşlıqla bağlı heç bir illüziyası olmayacaq.
- Rusiyanın xarici işlər naziri Sergey Lavrov nüvə müharibəsinin başlanması ehtimalı ilə bağlı: Mən buna inanmaq istəmirəm və inanmıram.
- Belarusda keçirilən danışıqlarda Ukrayna tərəfi yaxın vaxtlarda Moskvanın yazılı təkliflərinə konkret cavab verəcəyini bildirib.
-Rusiya ABŞ-ın Ukraynadakı bioloji aktivliyinin necə izah oluna biləcəyi ilə bağlı cavab tələb edəcək, Lavrov deyib.
- Lavrov bildirib ki, ABŞ hətta Rusiya Federasiyasına qarşı sanksiyalar məsələsində Çinə təsir göstərməyə çalışır.
- Kuleba bildirib ki, Ukrayna “təhlükəsizlik vakuumu” vəziyyətindədir, NATO təşkilat olaraq ona kömək etmir.
- Lavrov bildirib ki, Rusiya Federasiyası Ukraynanı hərbsiz, dost, rus dilinə qadağa qoyulmadan görmək istəyir.
- Lavrov bildirib ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışıqlarda heç kim atəşkəs barədə razılığa gəlmək niyyətində deyil.
-Lavrov deyib ki, Ukrayna “çoxdan “anti-Rusiya”ya çevrilib və ondan “ən aktiv şəkildə Rusiyanın hər şeyi alt-üst etmək üçün tramplin formalaşıb.” “Bu, böyük geosiyasi oyunun bir hissəsi idi”.
-Lavrov bildirib ki, Rusiya heç vaxt neft və qaz tədarükündən silah kimi istifadə etməyib.
-Lavrov bildirib ki, Ukrayna on il əvvəl Rusiya qazını oğurlayırdı və Avropa susurdu.
XXX
Kuleba: "Lavrovun tələbləri kapitulyasiya siyahısına oxşayır"
“Yenə belə bir formatda görüşməyə razıyıq. Həll yolunu axtarmaq istəyiriksə, bunu məqsədəuyğun hesab edirəm”.
Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Antalyada Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
“Ruslar müzakirələrə hazır olsa, mən də buna hazıram. Lavrovun bizdən tələbləri kapitulyasiya siyahısına oxşayır. Bu müharibəni dayandırmalıyıq”, - deyə o qeyd edib.
"Lavrov mənim təkliflərimi qəbul etmədi"
“Ukrayna hakimiyyətindəki hər kəs humanitar dəhlizlərin təhlükəsizliyi ilə bağlı zəmanət verə bilər”.
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Antalyada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
“Bunu ruslar edə bilərmi? Lavrov bura ancaq dinləmək üçün gəlmişdi. Mən isə müzakirələr üçün gəlmişdim. Görünür, mövqelərimiz fərqlidir. Lavrov mənim təkliflərimi qəbul etmədi”, - deyə o qeyd edib.
Rusiya və Ukrayna XİN başçılarının görüşü nəticəsiz başa çatıb
“Bu görüş üçün türkiyəli həmkarım Mövlud Çavuşoğluna təşəkkür edirəm”.
Bnu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Antalyada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
“Bu, müharibədən sonra Ukrayna və Rusiya XİN başçılarının ilk görüşü idi. Görüş həm çətin, həm də asan oldu. Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım”, - o bildirib.
Onun sözlərinə görə, görüşdə 24 saatlıq atəşkəs və humanitar dəhlizlərin açılması məsələsini müzakirə ediblər: “Cənab Çavuşoğlu iki tərəfin maraqlarını yaxınlaşdırmaq naminə ciddi işlər gördü. Ən azından 24 saatlıq atəşkəsin elan olunması ümidi ilə Antalyaya gəldim. Humanitar dəhlizlərin işə düşməsinə ümid edirəm. Rusiya bunu istəmirsə, biz müharibəni dayandıra bilməyəcəyik. Çünki Rusiyanın atəşkəs elan etməsi real görünmür. Amma Ukrayna güclüdür və mübarizə aparmağa davam edir. Diplomatik həlli görmək istəyirik. Lakin təslim olmayacağıq”.
XİN başçısı söyləyib ki, Rusiyanın işğal etdiyi regionlardakı torpaqların azad olunması üçün fəaliyyətlərini davam etdirəcəklər.
Müştərilərin xəbərləri
Sabit gəlir axtaran investorlar üçün yeni imkanlar: ABB mobile-da ABŞ istiqrazları ilə tam rəqəmsal ticarət!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
19 d. əvvəl
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
-
26 d. əvvəl
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
- 34 d. əvvəl
-
36 d. əvvəl
Azərbaycan sığorta bazarının həcmi ötən il 1,5 milyard manata çatıb
-
1 saat əvvəl
Regional bank Azərbaycanın iştirakçı olduğu layihəyə 50 milyon dollar ayıracaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Samir Məmmədov “Birmarket”-in Baş İcraçı direktoru (CEO) təyin edilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
"Grill House" restoranının sahibi saxlanılıb
Bakı Fond Birjası və “PwC Azərbaycan” anlaşdı
Ən çox oxunanlar
Azərbaycanda 17 bankın öhdəlikləri artıb - SİYAHI
Dövlət universiteti “Yüksək Texnologiyalar Mərkəzi”ni yaradır - 10 MİLYON MANATLIQ TENDER
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb
Norm 3-cü dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
Rəsmi məzənnələr açıqlandı
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
















