ARDNF: Neftin ucuzlaşması ilə nəticələnə bilən risklər kifayət qədər əhəmiyyətlidir
2014-cü ilin ortalarından başlanmış və 2015-ci il ərzində davam etmiş uzunmüddətli ucuzlaşma dövründən sonra, 2016-cı ildə neftin dünya bazarlarında qiymətlərində tədricən bahalaşma müşahidə olunmuşdur.
“Marja” xəbər verir ki, ARDNF-nin 2016-cı il üzrə audit hesabatında bildirilir ki, bir neçə fasilə baş verdiyinə və orta illik qiymətin (43,55 ABŞ dolları) 2015-ci ilin göstəricisindən xeyli aşağı olmasına baxmayaraq, ümumi tendensiya neft qiymətlərində artımın olduğunu göstərir. 2016-cı il ərzində xam neft qiymətlərinin dinamikası aşağıdakı mürəkkəb amillərlə izah oluna bilər. Bir tərəfdən, ləngiyən qlobal iqtisadi artım neftə olan tələbatın proqnozlaşdırılandan daha aşağı olmasına səbəb olmuşdur. Xam neft hasilatı daha çox iki ölkə - İraq və İranda artmışdır. Belə ki, nisbi siyasi stabillik fonunda İraqda yatırılmış investisiyalar tədricən öz bəhrəsini verməyə başlamış, eyni zamanda 2015-ci ilin sonunda İrana qarşı sanksiyaların ləğv olunması səbə- bindən bu ölkədə xam neftin hasilatında artım müşahidə edilmişdir. Bu iki ölkə hal-hazırda 2013-cü ilin əvvəli ilə müqayisədə ümumilikdə gündə 2,2 milyon barel daha çox neft istehsal edir. Digər tərəfdən, aşağı qiymətlər hasilata yatırılan investisiyaların həcmini əhəmiyyətli dərəcədə azaltmış (istehsalı gündə 0,5 milyon barelə artıra biləcək layihələr dayandırılıb), eləcə də neftin qiymətlərinin 40 ABŞ dolları səviyyəsində qaldığı halda ABŞ şist neft istehsalı əlverişsiz olduğu üçün ona da mənfi təsirini göstərmişdir.
2016-cı ilin ortalarında ABŞ-da neft istehsalı 2015-ci ilin əvvəlindəki səviyyədən gündə 700 min barel az olmuşdur. Nigeriya və Venesueladakı ictimai-siyasi qeyri-sabitlik sözügedən ölkələrdə istehsalın həcmini azaldaraq neft təklifinin artımını daha da ləngitmişdir. Ən əsası, noyabr ayında OPEC kartelinin qəbul etdiyi və bir sıra qeyri-üzv ölkələrin, o cümlədən Azərbaycan və Rusiyanın qoşulduğu qərar gündəlik hasilatı 1,2 milyon barel azaltmağı hədəf tutaraq neftin qiymətinin dekabr ayında 9 dollar bahalaşmasına gətirib çıxarmışdır.
Təhlilçilərin böyük əksəriyyəti neftin qiymətinin 2017-ci ildə sabitləşəcəyini proqnozlaşdırır.
İlin birinci yarısında mövcud anbar ehtiyatlarının gündə 0,4 milyon barel artacağı gözlənilsə də, onların sonradan azalmağa başlayacağı ehtimal olunur. OPEC-in qərarı artıq qiymətlərə təsir etmiş və bundan sonra istehsalda əhəmiyyətli azalmalar gözlənilmir. Amerika şist neft yataqlarının güclü potensiala malik olması onu deməyə əsas verir ki, qiymətlər artdığı təqdirdə müvafiq istehsal artımı yenidən təklif artıqlığını yaradıb qiymətlərin aşağı enməsinə təkan verəcəkdir.
“Goldman Sachs” Brent markalı neftin qiymətinin OPEC razılaşması- nın yerinə yetiriləcəyi halda 59 ABŞ dollarına çatacağını proqnozlaş- dırır. Beynəlxalq Enerji Agentliyi bu rəqəmin 55-61 ABŞ dolları arasında dəyişəcəyini güman edir. DB və BVF isə neftin qiymətinin müvafiq olaraq, 55 və 52 ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırırlar.
Eyni zamanda, neftin ucuzlaşması ilə nəticələnə bilən risklər də kifayət qədər əhəmiyyətlidir. OPEC-in qərarı icra olunmazsa, bazarlar buna kəskin neqativ reaksiya verə bilər. Çində iqtisadi artımın azalması səbəbindən tələbatın gözlənilən səviyyəyə çatmayacağı təhlükəsi mövcuddur. Digər potensial risklər güclənən ABŞ dolları və OPEC üzv ölkələri arasında yarana biləcək yeni siyasi ziddiyyətlərlə bağlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 saat əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
3 saat əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
-
16 saat əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 1 gün əvvəl
-
1 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
1 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
2 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə

























