“PAŞA Kapital” 10 milyon manatlıq istiqraz emissiyasını həyata keçirdi
(®) 31 Mart 2022-ci il tarixində “Azərbaycan Supermarket” MMC tərəfindən emissiya edilən, hər birinin nominal dəyəri 1 000 manat, 10 000 ədəd təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazların yerləşdirilməsi üzrə Bakı Fond Birjasında keçirilən rəqabətli hərrac uğurla başa çatıb.
Buraxılışın anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC tərəfindən hərraca çıxarılan istiqrazlara olan tələbat təklifi üstələmiş və nəticədə istiqrazlar üzrə orta ölçülmüş 8,4920 faiz və kəsmə gəlirlilik isə 8,5 faiz təşkil etmişdir.
Xatırladaq ki, qeyd olunan istiqrazlar 3 il müddətinə buraxılır və onlar üzrə investorlara hər 3 aydan bir, illik 10,5 faiz dərəcəsi ilə kupon ödənişləri ediləcəkdir.
İstiqrazlar ən qısa müddətdə Bakı Fond Birjasında tədavülə buraxılacaqdır və onları təkrar bazarda əldə etmək istəyən investorlar bilavasitə PAŞA Kapital İnvestisiya Şirkəti QSC-ə müraciət edə bilər.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
-
6 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
6 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
6 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb





















