"Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər"
Azərbaycanda enerji təhlükəsizliyinə, xüsusilə “yaşıl enerji” siyasətinə münasibətdə uzunmüddətli hədəflər müəyyən edilmişdir. Enerji sahəsində açıq, şəffaf, biznes maraqlarına xidmət edən və nəticələrə hesablanmış əməkdaşlıq və qarşılıqlı dəstək bizim daimi prinsiplərimizdir. 2030-cu ilədək olan dövrdə biz “yaşıl artım” ölkəsinə çevrilməyi və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirmişik. Belə bir siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcəkdir”.
Marja.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti ilham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına ünvanladığı məktubunda bildirib.
Prezident bildirib ki, ölkəmizdə mövcud olan sabitlik, iqtisadi inkişaf, müasir infrastruktur, əlverişli biznes mühiti və böyük enerji potensialı bərpa olunan enerji növlərinin istehsalı və ixracı sahəsində geniş perspektivlər yaratmışdır. Azərbaycan enerji sahəsində böyük təcrübəsi olan şirkətlərlə birlikdə bərpa olunan yeni enerji güclərinin yaradılmasına hədəflənən iri layihələrin icrasına başlayıb. Artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılması sahəsində mühüm nailiyyətə imza atılıb. Bu, beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir.
“Bu prosesdə enerji resurslarının diversifikasiyası, dekarbonizasiya, eləcə də təbii qazdan aşağıkarbonlu enerji mənbəyi kimi istifadənin artırılması xüsusi əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş tarixi ərazilərimizin böyük enerji potensialı uğurlu “yaşıl enerji” layihələrinin həyata keçirilməsi və regionda enerji təhlükəsizliyi üçün geniş perspektivlər vəd edir. Məlumatlara görə, Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Bu məqsədlər üçün aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual layihələr hazırlanıb, müasir bərpa olunan enerji mənbələrindən ibarət unikal “yaşıl enerji zonası” konsepsiyasının yaradılması davam etdirilir. Nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, bərpa olunan enerji potensialımız “yaşıl artım” ölkəsinə çevrilmək üçün mühüm imkanlar vəd edir”,- məktubda deyilir.
İlham Əliyev qeuyd edib ki, Dünya neft və enerji sənayesinin inkişafında xüsusi mövqeyi ilə seçilən Azərbaycan həmçinin müxtəlif ölkələrdə genişmiqyaslı investisiya layihələri həyata keçirməkdədir. Bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan ölkəmizin mövqeyi daha da güclənir. Biz üzərimizə götürdüyümüz öhdəlikləri layiqincə yerinə yetirir və xarici sərmayədarlar üçün də əlverişli şərait yaradırıq.
Regionda enerji təhlükəsizliyi, diversifikasiyası və “yaşıl enerji”yə keçidin sürətləndirilməsi üçün əməkdaşlığımızı daha da genişləndirməliyik. Perspektivdə enerji təhlükəsizliyi sahəsində çağırışları uğurla qarşılamaq məqsədilə bu sahədə yeni texnologiyaların və rəqəmsal həllərin tətbiqi üstünlük təşkil etməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
3 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
2 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
- 33 d. əvvəl
- 46 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Gömrük Komitəsi: Azərbaycan-Gürcüstan sərhədində TIR sıxlığı aradan qaldırılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Banklarda 40 milyard manatdan çox depozit toplanıb
Əhalinin banklara borcu artır: İstehlak kreditləri 10 milyard manatı keçib - Bir ildə 1 milyard manat artım
Ən çox oxunanlar
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşdı
Avqustun 27-də gözlənilən hava şəraiti
Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur
Azərbaycan bankları 7 aya 859 milyon manat xalis mənfəət əldə edib
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI

























