Azərbaycan məhsullarının Körfəz ölkələrinə daşınması üçün növbəti addım
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndə heyəti Bəhreyn Krallığına işgüzar səfərdə olub.
ASC-dən “Marja”ya Daxil olmuş məlumata görə, nümayəndə heyətində İdarə Heyətinin sədri Əbülfət Qocayev, İdarə Heyətinin sədr müavini Elşən Əsədov və qida sektorunda fəaliyyət göstərən şirkət nümayəndələri daxil idi.
Səfərdə məqsəd Azərbaycan məhsullarının Körfəz ölkələrinə ixracı, alternativ bazarların araşdırılması və ölkəmızın aqrar sektoruna xarici investisiyaların cəlb edilməsidir.
İlk işgüzar görüş “Mumtalakat Holding”-in prezidenti Mahmud Alkhocayi ilə keçirilib. Səmərəli keçən görüşdə Holdinqlə Səhmdar Cəmiyyət arasında tərəfdaşlıq münasibətlərinin yaradılması, kənd təsərrüfatı istehsalının bir sıra sahələrinə investisiyanın qoyulması, Azərbaycan məhsullarının Körfəz ölkələrinə daşınması üçün Nəqliyyat Logistika Layihəsinın hazırlanması qərara alınıb.
Növbəti işgüzar görüş “Arcapita” İnvestisiya Fondunun baş icraçı direktoru Atif Əbdülmaliklə keçirilib.
İcraçı direktor bildirib ki, Fond 70 müəssisəyə təxminən 30 milyard dollar həcmində investisiya yönəldib, bu istiqamətdə Azərbaycan şirkətləri ilə birgə əməkdaşlıq qurula bilər. Azərbaycanın iqtisadi potensialı haqda Səhmdar Cəmiyyət nümayəndələri geniş təqdimatla çıxış ediblər. Cənab Atif Əbdülmalik Azərbaycanda tikintisi nəzərdə tutulan Logistika Mərkəzi Layihəsində iştirak etməkdə maraqlı olduqlarını bildirilib və bu barədə ətraflı müzakirə aparılıb.
Daha sonra “Bəhreyn İqtisadi İnkişaf Şurası”nın icraçı direktoru Simon Qalpin ilə görüş keçirilib. Cənab Qalpin bildirib ki, Şura maliyyə xidmətləri, istehsal, turizm, logistika və nəqliyyat sahələrində böyük həcmli investisiyalara malikdir. Şura Azərbayan Respublikasından ərzaq məhsullarının ixracı, habelə logistika imkanlarının genişləndirilməsi ilə əlaqədar olaraq bu sahələrə dövlət dəstəyinin göstərilməsində maraqlıdır.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.
Proqram çərçivəsində Səhmdar Cəmiyyətin nümayəndə heyəti Bəhreyn Kral ailəsinin üzvü, “Riyada Şirkətlər Qrupu”nun prezidenti xanım Şeyxa Dheya Bin İbrahim Əl Xəlifə ilə də görüşüb.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İH-nin sədri Əbülfət Qocayev Azərbaycanın kənd təsərrüfatı potensialı, ölkədə həyata keçirilən iqtisadi islahatlar haqda geniş məlumat verib.
Xanım Şeyxa bildirib ki, Azərbaycan məhsullarının keyfiyyəti ilə bağlı zəngin məlumatlara malikdir və Bəhreyndə Azərbaycan məhsullarının satış şəbəkəsinin yaradılmasına dəstək verməyə hazırdır.
Görüşün sonunda xanım Şeyxaya Azərbaycan xalçası və kəlağayısı hədiyyə edilib.
İşgüzar görüşlərin sonuncu günü “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin dəstəyi ilə Bəhreyn şirkətləri üçün Azərbaycan məhsullarının təqdimat sərgisi keçirilib. “Riyada Group”un mərkəzi binasında keçirilmiş sərgidə “Meyvəli”, “Balxurma”,” Gilan”, “Azərsun”, “Ballı”, “Veysəloğlu”, “Milla”, “AzQranata”, “GlobalFoodService”, “ AhmedTodor”, “AstaraÇay”, “Qoç Ət” və “Tovuz-Baltiya” şirkətlərinin məhsulları geniş təqdim olunub, dequstasiya keçirilib. Məhsullarımız bəhrenyli iş adamları tərəfindən həm görünüşünə, həm də dadına görə yüksək qiymətləndirilib.
Sərgidə Azərbaycan məhsullarının Bəhreyn Krallığına ixracı ilə bağlı çoxsaylı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb. “Riyada Group”-un vitse-prezidenti Sergey Tsektov müzakirədə Bəhreyndə Azərbaycan məhsullarının satış bazarının açılmasını təklif edib və bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını bildirib. Əməkdaşlıq memorondumunun imzalanması qərara alınıb.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin nümayəndə heyəti və azərbaycanlı sahibkarlar səfər çərçivəsində Bəhreyn Krallığının paytaxtı Manama şəhərinin market şəbəkələrinə baş çəkərək ərzaq məhsullarının daxili bazar qiymətlərini araşdırıblar.
“Carrefur” və digər satış şəbəkəsində aparılan araşdırmalar nəticəsində məlum olub ki, daxili bazarda meyvə və tərəvəz, habelə digər ərzaq məhsullarının qiyməti Azərbaycanla müqayisədə dəfələrlə baha olması ilə bərabər keyfiyyət baxımından da qənaətbəxş deyildir. Bu məqsədlə də, Azərbaycan Respublikasından kənd təsərrüfatı məhsullarının ixracı mümkündür.Logistika imkanları formalaşarsa Bəhreyn bazarlarında Azərbaycan məhsulları yüksək qiymətə satıla və tez bir zamanda keyfiyyət göstəricilərinə görə bazarda rəqabət yarada bilər.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Azərbaycan məhsullarının ixracı məqsədi ilə xarici bazarların araşdırılmasını davam etdirir.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 8 d. əvvəl
-
10 d. əvvəl
Polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyuldu
-
17 d. əvvəl
Neft Fondu: Qlobal maliyyə bazarlarındakı tendensiyalar bizə müsbət təsir edib
- 26 d. əvvəl
-
34 d. əvvəl
Karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu
-
1 saat əvvəl
Kredit təşkilatına illik 16 faizlə 1 milyon manat borca pul lazımdır - ŞƏRTLƏR
-
1 saat əvvəl
Azərbaycanın mebel şirkətinin satışı kəskin artıb, 102 milyon manatdan çox gəlir əldə edib
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“SİMA KYC” ilə hüquqi şəxs hesabını banka getmədən aç!
Karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu
Ən çox oxunanlar
Azərbaycanın mebel şirkətinin satışı kəskin artıb, 102 milyon manatdan çox gəlir əldə edib
Azərbaycan neftinin son qiyməti
2 BOKT-ın vəzifəli şəxsi cərimələnib
Azərbaycan fondu üçün "qızıl il" - 37,6 milyard gəlir əldə etdiyini açıqladı: BÖYÜKLÜYÜ 125 MİLYARD MANATI KEÇİB
Qızılın qiyməti 5 min dolların üzərində qalmaqda davam edir
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
Rəsmi məzənnələr açıqlandı










.jpg)










