İxrac etdikləri malların pulunu ölkəyə gətirməyən şirkətlərin siyahısı hazırlanır
Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində Dövlət Gömrük Komitəsi və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ölkədə fəaliyyət göstərən bankların əməkdaşları üçün seminar keçirilib.
Dövlət Gömrük Komitəsinin Fəaliyyətin qiymətləndirilməsi və İnkişaf proqramları Baş İdarəsinin rəisi İqbal Babayev bildirib ki, prezident İlham Əliyev tərəfindən ölkədə sahibkarlığın inkişafı və ticarətin asanlaşdırılması ilə bağlı mühüm qərar və fərmanlar imzalanıb. Onun sözlərinə görə, görülən tədbirlər və qəbul edilən qərarlar sahibkarlıq fəaliyyətində əsassız müdaxilənin aradan qaldırılmasına, bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edib.
Dövlət başçısının “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzaladığını xatırladan İ.Babayev qeyd edib ki, bununla əlaqədar konsiqnasiya əməliyyatları üzrə ixrac olunan malların dəyərinin ödənişinə nəzarət sistemi yaradılıb: “Bildiyiniz kimi, prezidentin fərmanı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi, “azexport.az” portalının yaradılması ilə bağlı sərəncam imzalanıb. “Made in Azerbaijan" məhsullarının xaricə ixrac olunması məqsədilə imzalanan fərmandan irəli gələn məsələlər ilə bağlı Dövlət Gömrük Komitəsi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə fəaliyyəti nəticəsində yeni sistem təqdim olunub. Yeni sistemin tətbiqi də qeyri-neft sektorunun inkişafı ilə bağlı ölkədə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyinin genişləndirilməsi istiqamətində aparılan müxtəlif islahatlardan biri kimi qeyd olunmalıdır. Bildiyiniz kimi, konsiqnasiya əməliyyatları üzrə ixrac olunan malların dəyərinin ödənişinə nəzarət Dövlət Gömrük Komitəsi və Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılıb”.
İ.Babayev əlavə edib ki, idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına edilən dəyişikliyə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycandakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. “Konsiqnasiya yolu ilə ixrac olunan malların müqabilində valyuta nəzarəti, yəni vəsaitin vaxtında köçürülməsinə nəzarət Dövlət Gömrük Komitəsinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi tərəfindən həyata keçirilir. Valyuta vəsaitlərini vaxtında köçürülməsi təmin etməyən şirkətlərin bəyannamələr üzrə məlumatları hazırlanır və bu məlumatlar Maliyyə Bazarlarına Nəzarət Palatasına ötürülür”.
Baş İdarə rəisi vurğulayıb ki, ixrac olunan mal və göstərilən xidmətə görə vəsaitin ölkəyə gətirilməsini təmin etməyən şirkətlər barəsində ciddi tədbirlərin görülməsi üçün plan hazırlanır. İ.Babayev deyib ki, tədbirlər planına əsasən DGK idxal-ixrac əməliyyatları üzrə “qırmızı kanal” sisteminin tətbiq olunması planlaşdırılır. Onun sözlərinə görə, ixrac olunan mal və göstərilən xidmətə görə vəsaitin ölkəyə gətirilməsini təmin etməyən şirkətlər barəsində MBNP öz səlahiyyət çərçivəsində müvafiq tədbirlər görəcək.
“Söylədiyim layihənin əsas məqsədi ixrac olunan mallara görə ölkəyə gətirilən vəsaitin tənzimlənməsi, vəsaitə nəzarətin təmin edilməsi, çirkli pulların yuyulması və korrupsiyaya qarşı mübarizənin bir metodu kimi tətbiq olunur. Eyni zamanda, elektron xidmətlərin tətbiqi məmur vətəndaş münasibətlərinin minimuma endirilməsi ilə bağlıdır”.
Hazırda yeni sistemin tətbiqi ilə bağlı bəzi problemlərin olduğunu deyən İ.Babayev vurğulayıb ki, bu çətinliklər bank sektorunda avtomatlaşdırma sisteminin DGK və elektron hökumətə inteqrasiya olunmasından sonra qısa vaxtda aradan qaldırılacaq.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının üzvü İlqar Muradov isə qeyd edib ki, yeni sistemin tətbiq edilməsində əsas məqsəd ölkənin xarici iqtisadi o cümlədən ticarət əlaqələrinin daha da liberallaşdırılması və genişləndirilməsidir: “Ölkənin xarici iqtisadi, o cümlədən ticarət əlaqələrinin daha da liberallaşdırılması və genişləndirilməsi sahəsində bazar iqtisadiyyatının tələblərinə cavab verən müasir meyarların müəyyən edilməsi də əsas istiqamət kimi müəyyən edilib. Müvafiq nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və gömrük siyasətinin tətbiqinin effektivliyinin artırılması gözlənilir. Ümumi sistemin səmərəli işləməsi üçün hər bir bank müştərilərinin ixrac etdikləri məhsulun dəyəri ilə bağlı məlumatları elektron şəkildə bəyan etməli, ixrac mallarına görə vəsaitin daxilolmasını müəyyən etməli və bununla bağlı məlumatları da elektron qaydada təqdim etməlidir”.
Qeyd edək ki, sonra konsiqnasiya əməliyyatları üzrə ixrac olunan malların dəyərinin ödənişinə nəzarət sistemi ilə bağlı təqdimat keçirilib.
Tədbirin sonunda yeni sistemin tətbiqi yaranan problemlər müzakirə olunub və bank nümayəndələrinin təklifləri dinlənilib.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 8 saat sonra
- 5 saat sonra
- 9 saat əvvəl
-
-
12 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
12 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
13 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 13 saat əvvəl
-
13 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş






















