Azərbaycan Avropa Bankı ilə 2 sənəd imzaladı - İriməbləğli kredit ayırılacaq
18:40- Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti xanım Odil Reno-Bassonun rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov və AYİB nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə Azərbaycanın AYİB-lə əlaqələrin inkişafına önəm verdiyi və uğurlu əməkdaşlıq vurğulanıb. Bildirilib ki, Bank tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 181 layihə üzrə 3,7 mlrd. avroya yaxın investisiya yatırılıb. AYİB-lə birgə layihələr ölkəmizdə müxtəlif sahələrdə qabaqcıl təcrübənin, müasir texnologiyaların və innovasiyaların tətbiqini genişləndirir.
2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərini diqqətə çatdıran iqtisadiyyat naziri qeyd edib ki, AYİB-in “Strateji və Kapital Çərçivəsi 2021-2025” sənədində əks olunmuş məqsədlər Azərbaycan iqtisadiyyatı üçün müəyyənləşdirilmiş hədəflərlə uyğunluq təşkil edir. Bu, Azərbaycan və AYİB arasında yeni əməkdaşlıq istiqamətləri üçün möhkəm əsas yaradır.
Bankın Azərbaycanla uzunmüddətli və səmərəli tərəfdaşlığını diqqətə çatdıran AYİB prezidenti xanım Odil Reno-Basso qurumun bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləmək niyyətini, bu baxımdan ölkəmizin iqtisadi potensialının əlaqələrin genişlənməsinə əlavə imkanlar yaratdığını qeyd edib.
Görüşdə energetika, xüsusilə bərpaolunan enerji, KOB-ların dəstəklənməsi, dövlət müəssisələri ilə əməkdaşlıq, biznes mühiti və informasiya texnologiyaları ekosisteminin yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən layihələrdə AYİB-in iştirak imkanları barədə fikir mübadiləsi aparılıb.
Həmin gün AYİB-lə bir sıra sənədlərin imzalanması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov, AYİB prezidenti xanım Odil Reno-Basso, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sənədlərin davamlı və “yaşıl” inkişaf üçün əhəmiyyətini vurğulayıb, bu istiqamətdə əməkdaşlığın genişləndiriləcəyini qeyd ediblər.
Sonra “Gəncə-Yaşıl Şəhər Proqramı” çərçivəsində həyata keçiriləcək “Küçələrin işıqlandırılması” layihəsinə dair Qrant, Kredit və Layihə sazişləri imzalanıb. Sənədləri AYİB-in prezidenti xanım Odil Reno-Basso və Azərbaycan tərəfdən müvafiq olaraq, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov imzalayıblar. Sazişlərə əsasən, Gəncə şəhərində infrastrukturun təkmilləşdirilməsi və “yaşıl” texnologiyaların tətbiqi nəzərdə tutulur.
Tədbirdə həmçinin, Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilmiş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və AYİB arasında mandat məktubu imzalanıb. Sənədi AYİB-in Davamlı infrastruktur qrupunun icraçı direktoru xanım Nandita Parşad, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəisi Rauf Vəliyev imzalayıblar. Sənədə əsasən, AYİB tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yenilənməsi layihələrinin maliyyələşdirilməsinə dövlət zəmanəti olmadan irihəcmli kreditin ayrılması nəzərdə tutulur.
Tədbir çərçivəsində AYİB-nın “Star Venture” Proqramı üzrə startaplara mükafatlar təqdim olunub. Qeyd edək ki, “Star Venture” proqramının əsas məqsədi perspektivli startapların potensialının reallaşdırılmasının dəstəklənməsidir.
Tədbirdə həmçinin, Azərbaycanın Bankla əməkdaşlığı çərçivəsində ilk layihəyə - “İT Hub” layihəsinə başlanılacağı barədə məlumat verilib. Layihə çərçivəsində görüləcək işlər müasir bilik və bacarıqlara malik kadr potensialının gücləndirilməsi və regionların inklüziv inkişafına dəstək verəcəkdir.
Ölkəmizə səfərİ çərçivəsində AYİB nümayəndə heyəti İçərişəhərlə tanış olub.
XXX
Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında iki sənəd imzalanıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir imzalanmadan əvvəl EBRD-nin prezidenti xanım Odil Reno-Basso ilə görüş keçirdiyini, görüşdə Bankla əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr apardığını qeyd edib.
“Bu gün imzalanan sənədlərə əsasən, EBRD-nin Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilmiş "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) donanmasının yenilənməsi layihələrinin maliyyələşdirilməsinə dövlət zəmanəti olmadan iriməbləğli kredit ayırması, “Gəncə-Yaşıl Şəhər Proqramı” çərçivəsində “Küçələrin işıqlandırılması” layihəsi üzrə isə Gəncə şəhərində infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur”, - deyə o qeyd edib.
Məlumata görə, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yenidən qurulmasına 100 milyon dollar kredit ayırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 saat əvvəl
-
15 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 15 saat əvvəl
-
15 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
15 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
15 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 25-də gözlənilən hava şəraiti
AZAL-ın sədrindən aviabiletlərin qiymətləri barədə açıqlama
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb







.jpg)







.jpg)






