Bu gün mühüm qərar açıqlanacaq - Dolların daha da bahalaşacağı gözlənilir
Bu gün FED-in uçot dərəcəsini 75 bənd deyil, 100 bənd artıracağı ehtimalının 20% olduğu valyuta bazarlarında, FED-in açıqlamaları ilə dolların daha da güclənəcəyinə dair ümumi fikir formalaşıb.Valyuta bazarları 2022-ci ilin sonuna kimi ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) faiz dərəcələrini 4,25-4,5 faizə qaldıracağı qiymətləndirilir. Marja-nın məlumatına görə, bu o deməkdir ki, FED sentyabr, noyabr və dekabr iclaslarında uçot dərəcəsini ümumilikdə 200 bənd artıracaq. Bir çox iqtisadçı FED-in açıqlamaları ilə dolların daha da güclənəcəyini gözləyir.
100 bənd artım üçün 20 faiz ehtimal var
Dolların 6 valyuta qarşısında performansını izləyən və 110-dan yuxarı olan Dollar indeksi son 20 ilin ən yüksək göstəricisindən uzaqlaşmır. Bu gün FED-dən proqnozun (75 bənd) üzərində - 100 bənd faiz artımı olacağı təqdirdə indeksin 20 ilin zirvəsi olan 110, 786 səviyyəsini keçə biləcəyi qeyd olunur. Rabobank, ING, Goldman Sachs və bir çox qurum FED-in bu gün 75 bənd faiz artıracağını proqnozlaşdırır. Bazarlarda isə 100 bənd artıma 20 faiz ehtimal verilir.
Xüsusilə Avrozona və Böyük Britaniyada enerji böhranının dərinləşməsi avro/dollar məzənnəsi və Avropa valyutaları üçün problem olaraq qalmaqda davam edir. Avro/Dollar məzənnəsi 1 səviyyəsindən aşağı düşüb. İsveç Mərkəzi Bankı 100 bənd sürpriz faiz artırmasına baxmayaraq, kronu avroya qarşı gücləndirə bilmədi.
“Dollar/yen 145-i keçəcək”
Yaponiya Mərkəzi Bankının (BoJ) yumşaq pul siyasətindən əl çəkməsi gözlənilmir. "JP Morgan Tokyo"dan strateq deyir: "Dollar/yen məzənnəsi 145-i keçəcək, lakin sürət FED-in nə qədər aqressiv olmasından asılı olacaq".
"FED uçot dərəcəsini 5%-ə qaldıracaq"
Bundan əlavə, bəzi maliyyə qurumları, o cümlədən "Rabobank"da belə fikirdədirlər ki, mövcud təklif şokları yumşalsa belə, əmək haqqı-qiymət əlaqəsi inflyasiyanı "qidalandıracaq". Banka görə, bu, FED-in 2023-cü ilin birinci rübünə qədər faiz dərəcələrini 5 faizə qədər artırması ilə nəticələnəcək. Bank bildirir ki, FED-in 2024-cü ilə qədər hər hansı faiz endirimi edəcəyi ehtimalı yoxdur.
Almaniyada iflas dalğasından narahatdırlar
Təbii qaz və elektrik enerjisi xərclərinin hətta iflas dalğası gətirəcəyi təxmin edilən Almaniyada istehsalçı inflyasiyası aylıq 7,9 faiz artımla gözləntilərin çox üzərinə çıxaraq proqnozu bir az da pisləşdirib.
Avqust ayı etibarilə Almaniyada enerji inflyasiyası 139 faizdir və tualet kağızı istehsalçısı Hakle kimi enerji istehsalçılar iflas üçün müraciət etməyə başlayıblar. Şirkət rəhbərləri “Elektrik enerjisi və təbii qazın qiymətləri o qədər sürətlə artıb ki, xərclərin artımını istehlakçılara eyni sürətlə əks etdirmək mümkün olmayıb” deyə izah ediblər.
Reuters-in xəbərinə görə, avqust ayından etibarən Hakle kimi iflas müraciətlərində sıçrayış var. IWH İqtisadiyyat İnstitutunun məlumatına görə, avqust ayında 718 alman şirkəti müflis olub ki, bu da əvvəlki illə müqayisədə 26 faiz çoxdur. İnstitut iflasların sentyabrda 25 faiz, oktyabrda isə 33 faiz artacağını proqnozlaşdırır. Almaniya hökuməti, ölkənin ən böyük enerji idxalçısı olan Uniper-i milliləşdirir və hökumət Finlandiya Fortumunun şirkətdəki payını 8 milyard avroya almağı planlaşdırır. İyun ayında 3,24 milyard avro cari əməliyyatlar kəsiri verən Avro Bölgəsində artan enerji xərcləri səbəbindən 10,1 milyard avro cari kəsir yaranıb.
Qeyd edək ki, FED faiz qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq. Saat 22:30-da isə FED sədrinin mətbuat konfransı başlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
4 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
7 saat əvvəl
“Prior Lizinq”dən ölkədə ilk: 7 illik faizsiz lizinq imkanı! ®
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
-
12 saat əvvəl
Alibaba-dan nəhəng gediş – 10,2 milyard dollarlıq səhm satdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
ABŞ İrana qarşı “İqtisadi Təcrid Əməliyyatı”na başladı - İranla işləyənlər dollar sistemindən çıxarılacaq
Bakıda 8-ci SUBWAY restoranı açılır
Porsche məsləhət xidmətləri göstərən şirkətini satır
Ən çox oxunanlar
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
Alibaba-dan nəhəng gediş – 10,2 milyard dollarlıq səhm satdı
“Lombard” kreditinə illik 10%-dək endirim - ŞƏRTLƏR ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İran rialı çökür – Dollar 2 milyon rial həddini keçdi
Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu!



















