"Enerji qiymətləri düşməsə, iqtisadiyyat çökəcək"
Alman siyasətçilərinə çağırış edilir. Elektrik enerjisi və qaz qiymətlərinin tez bir zamanda endirilməsi üçün bələdiyyələr və enerji şirkətləri tərəfindən siyasətçilərə təzyiqlər artır. Almaniya Bələdiyyə Şirkətləri Assosiasiyasının (VKU) baş meneceri İnqbert Liebinq ölkədə elektrik enerjisi və qaz qiymətləri ilə bağlı məhdudlaşdırıcı tədbirlər tətbiq edilməsə, “iqtisadi çöküş” riskinin olacağını bəyan edib.Enerji şirkətləri Rusiya-Ukrayna müharibəsi səbəbindən bahalaşan qaz və elektrik enerjisinin qiymətlərini aşağı salmaq üçün siyasətçilərdən “təcili və cəsarətlə” müdaxilə etmələrini istəyir.
Marja xəbər verir ki, Almaniyada son istehlakçıların 62%-ni elektrik enerjisi, 67%-ni isə qazla təmin edən bələdiyyə şirkətlərini təmsil edən Almaniya Bələdiyyə Şirkətləri Assosiasiyasının (VKU) baş meneceri İngbert Liebing ölkədə elektrik enerjisinin və qazın qiymətində məhdudlaşdırıcı tədbirlər tətbiq edilməsə “iqtisadi çöküş” riskinin olacağını bəyan edib.
Sürətlə artan istehlak qiymətlərinin, problemli tədarük zəncirlərinin və sənaye üçün enerji təchizatı müqavilələrinin olmamasının bütün iqtisadiyyatın zəif nöqtəsinə çevrildiyini vurğulayan Liebing, hazırda ehtiyac duyulan şeyin "tez və asanlıqla həyata keçirilə bilən böyük yardım paketləri" olduğunu bildirib.
Liebing, buna nail olmağın ən yaxşı yolunun vergilərin azaldılması və ehtiyacı olan ev təsərrüfatlarına birbaşa yardımdan keçdiyini qeyd edib.
"Yüksək enerji qiymətləri cəmiyyəti sarsıtmaq potensialına malikdir"
Almaniyanın Enerji və Su Təsərrüfatı İttifaqının (BDEW) İdarəedici Direktoru Kerstin Andreae vurğulayıb ki, yüksək enerji qiymətləri insanlar və iqtisadiyyat üçün əhəmiyyətli bir yükdür və cəmiyyətin təməllərinə sarsıtmaq potensialına malikdir.
Andreae, "Handelsblatt" qəzetinə verdiyi müsahibəsində, Almaniya siyasətçilərinə "təcili çağırış" edərək, insanların yükünün sürətli və nəzərəçarpacaq dərəcədə yüngülləşdirilməsinin əhəmiyyət kəsb etdiyini bildirib.
Rusiyanın enerji şirkəti “Qazprom” iyulun 27-də “Şimal axını” boru kəməri ilə Avropaya gündəlik təbii qaz nəqletmə qabiliyyətini 20 faizə endirib və sentyabrın əvvəlində tamamilə dayandırıb.
Enerji idxalında Rusiyadan ciddi şəkildə asılı olan Almaniya Moskvanın “Şimal axını 1” qaz kəməri ilə qaz axınını dayandırmaq qərarından sonra enerji böhranı ilə üzləşib.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı narahatlıqlar enerji qiymətlərinə yuxarı istiqamətdə təzyiq göstərib. Almaniya hökuməti də bu qış sənayenin "çarxlarının" dönməsini, elektrik enerjisinin kəsilməməsini və evlərin qızdırılmasını təmin etmək üçün islahatlar hazırlamağa çalışır.
Enerji xərclərinin artması; inflyasiyanı gücləndirməklə yanaşı, ev təsərrüfatlarına və şirkətlərə təzyiqi artırır.
Yüksək enerji və ərzaq qiymətləri avqust ayında Almaniyada inflyasiyanı təxminən 50 ilin ən yüksək səviyyəsinə çatdırıb. İyulda 7,5 faiz olan illik inflyasiya avqustda 7,9 faizə çatıb ki, bu da 1973-1974-cü illərin qışındakı ilk neft böhranından bəri ən yüksək səviyyədir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
1 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
1 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
1 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
1 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
1 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton
























