SİMA-nın 60-dan çox qurumla inteqrasiya prosesi aparılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən hazırlanan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, ümumilikdə 12-si dövlət qurumu olmaqla, 60-dan çox müəssisə SİMA yeni nəsil rəqəmsal imzanın xidmətlərindən yararlanmaq məqsədilə inteqrasiya həyata keçirir.
Hazırkı mərhələdə maliyyə-bank sahəsində fəaliyyət göstərən 9 özəl şirkət, 4 dövlət qurumu, 2 elektronika mağazaları şəbəkəsi və 1 mobil operatorla inteqrasiya prosesi real mühitdə davam edir.
Xidmət mərkəzlərində və ya elektron qaydada fəaliyyət göstərən dövlət qurumları öz xidmətlərini rəqəmsal platformaya daşımaqla vətəndaş məmnuniyyətinin yüksəldilməsini, kommersiya müəssisələri isə müştəri sayının artırılmasını, zamandan və məkandan asılı olmayaraq keyfiyyətli xidmət göstərilməsini təmin edir. Bu qurumların rəqəmsal platformalara transformasiyasında SİMA yeni nəsil rəqəmsal imza səmərəli və daha əlçatan həllər təqdim edir.
Bu günədək isə maliyyə sahəsində fəaliyyət göstərən “PAŞA Bank”, “Turanbank”, “Yelo Bank”, “Azkredit” BOKT, “Kredit Evi” QSC öz xidmətlərinin daha əlçatan olması və müştərilər tərəfindən çevik əldə edilməsi üçün SİMA yeni nəsil rəqəmsal imza ilə inteqrasiyanı yekunlaşdırıb.
Həmçinin sığorta şirkətləri olan “PAŞA Həyat”, “Bakı Sığorta”, “Qala Sığorta” və “Qala Həyat” öz məhsullarını SİMA imza vasitəsilə təqdim edir.
Eyni zamanda, vətəndaşlar SİMA vasitəsilə “ASAN Login”ə daxil olmaqla 80 portal və sistemə vahid məkandan giriş-çıxış imkanı əldə ediblər.
Elektron Hökumət Portalına inteqrasiya nəticəsində SİMA rəqəmsal imza vətəndaşlara dövlət qurumlarının elektron xidmətlərindən daha rahat və çevik yararlanmaq imkanı verir.
SİMA yeni nəsil rəqəmsal imza ilə “ASAN Login” sistemi üzərindən “eGov” Elektron Hökumət və ya e-service.azerishiq.az portalına daxil olan vətəndaşlar “Azərişıq” ASC-nin “Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətinə müraciət edərkən sənədləri SİMA ilə daha rahat imzalaya bilərlər.
Türkiyənin ən böyük elektron sənəd dövriyyəsinə sahib olan “Etik İmza” şirkətinin Azərbaycan nümayəndəliyi olan “Etik İmza Baku” bulud platforması ilə inteqrasiya nəticəsində Azərbaycan vətəndaşları istənilən sənədi bu sayta yükləyib SİMA ilə imzalaya bilirlər. Həmçinin həmin sənədi müvafiq qurumlara göndərmək və ya istənilən şəxslə paylaşmaq mümkündür.
SİMA ilə FINDOC platformasına daxil olan vətəndaşlar özlərinin kredit skorunu, tarixçələri və hesabatı əldə edə bilərlər.
SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması kimi üstünlükləri var. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Rəqəmsal imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
1 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
3 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
4 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
4 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
4 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
4 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR









.webp)








.jpg)






.jpg)
