Müdafiə Sənayesi Nazirliyi İT sistemlərini “Hökumət buludu”na miqrasiya edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında 3 iyun 2019-cu il tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planında nəzərdə tutulan fəaliyyətin reallaşdırılması üçün dövlət qurumları ilə qarşılıqlı işlər davam etdirilir.
Keçid Planına əsasən dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiyası həyata keçirilir.
Daha öncə Müdafiə Sənayesi Nazirliyi İT infrastrukturunu və sistemlərini “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiya edib. Hazırda tərəflər arasında bulud xidmətlərindən istifadənin davam etdirilməsi məqsədilə müqavilə müddətinin uzadılması və xidmət həcminin genişləndirilməsi ilə bağlı qarşılıqlı razılıq əldə olunub. Bununla bağlı məsələlərin müzakirəsi üçün görüşlər davam etdirilir.
Müdafiə Sənayesi Nazirliyi “Hökumət buludu”na miqrasiya layihəsi çərçivəsində İaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturu və BaaS (Backup-as-a-Service) məlumatların daimi rezervlənməsi xidmətindən istifadə edir.
Virtual infrastrukturların Data Mərkəzində avtomatlaşdırılmış şəkildə rezervlənməsi, şifrləmə vasitələrindən istifadə etməklə məlumatların müxtəlif məkanlarda saxlanılması bulud infrastrukturu üçün zəruri olan təhlükəsizliyi təmin edir.
Həmçinin dövlət qurumu rezervləmə xidmətinin çevik və sadə formada həyata keçirilməsi üçün “Veeam” platforması ilə təmin edilir.
Bu platforma İT sistemlərini “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiya edən qurumların virtual maşınlar üzrə məlumatların ehtiyat nüsxələrini planlaşdırılmış şəkildə tənzimləməyə, həmçinin datanın dənəli, yəni hissə-hissə nüsxələnməsinə imkan yaradır. Eyni zamanda, “Veeam” platformasından istifadə edərkən buludda rezervlənmiş məlumatları rahat və çevik şəkildə bərpa etmək mümkündür.
Nəticədə nazirlik məlumat itkisi baş verən zaman onun operativ şəkildə bərpasını və müəssisə üçün mühüm olan məlumatların qorunub saxlanılmasını təmin edir.
Rezervlənmə xidmətinin əldə edilməsi qurumlara daxili resurs tələbatının azaldılması hesabına xərclərin optimallaşdırılması imkanını verir.
Təqdim edilən xidmətlər çərçivəsində istifadəçinin seçiminə əsasən rezervlənmə prosesinin gündəlik, aylıq və ya illik meyarlara əsasən planlaşdırılması mümkündür. Bu xidmətlərin istifadəsi benefisiarlara onların kritik infrastrukturunun fəaliyyət göstəricilərinin yüksəldilməsi, məlumatların təhlükəsizliyi üçün xərclərin azaldılması kimi üstünlüklər verir.
Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.
“AzInTelecom” MMC Bakı və Yevlax Data mərkəzləri vasitəsilə fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması və informasiya sistemlərinin fasiləsiz fəaliyyəti ( DRaaS) xidmətini təklif edir. Qurumların məlumatları nüsxələnərək hər iki Data Mərkəzində saxlanılır və fəlakətlər zamanı sistemlərin davamlı, fasiləsiz işləməsi təmin edilir.
Data Mərkəzinin keyfiyyətli infrastruktur və peşəkar mütəxəssislər vasitəsilə dəstəklənməsi müştərilər üçün informasiya texnologiyalarından istifadənin səmərəliliyini daha da artırmağa imkan yaradır.
Şirkətə məxsus Bakı Data Mərkəzi dövlət və özəl sektoruna “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” və “Oracle” məhsulları, “Virtual İP Telefoniya” kimi genişmiqyaslı, çoxşaxəli bulud xidmətlərini təqdim edir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
7 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
8 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
8 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
8 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
9 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton



















