970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Azərpoçt” “Zəfər günü” adlı poçt blokunu dövriyyəyə buraxıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərpoçt” “Zəfər günü” adlı poçt blokunu dövriyyəyə buraxıb

“Azərpoçt” MMC Müzəffər Ali Baş Komandanın siyasi iradəsi və qəhrəman oğulların rəşadəti sayəsində əldə olunmuş Zəfərin ikinci ildönümü münasibətilə yeni poçt bloku nəşr etdirib. 

MMC-nin yaydığı məlumatda bildirilir ki, “Zəfər Günü” adlı poçt bloku “Şuşa şəhid övladlarının gözü ilə” mövzusu əsasında hazırlanıb. Bloka daxil olan markalarda 9 istedadlı şəhid övladının Şuşanı tərənnüm edən rəsm əsərləri əksini tapıb. 

Markaların möhür vasitəsilə “söndürülməsi” prosedurunu Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi Ramiz Qasımovun qızı Gülanə Qasımova və Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, şəhid Rəşad Atakişiyevin oğlu Turqut Atakişiyev həyata keçirib.

Poçt bloku 10000 tirajla nəşr edilib. Markalarla yanaşı, 200 ədəd Birinci gün zərfi də çap olunub. 

05.11.2022 10:58
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19