Bakıda JCB texnikalarının servis mərkəzi və şourumu açıldı - VİDEO/FOTO
(®) Bakıda fəaliyyət göstərən “Tegeta” nümayəndəliyini yeni multifunksional mərkəz ilə genişləndirir. Regionda avtosənayenin lideri olan şirkətin JCB-nin standartları ilə tikilmiş servis mərkəzi xüsusi təyinatlı texnikaya və yük avtomobillərinə xidmət göstərəcək.
Dekabrın 10-da “Tegeta”nın biznes tərəfdaşları, korporativ istehlakçıları, yerli hakimiyyətin üzvləri, Azərbaycanda Gürcüstan, Britaniya səfirliyinin və JCB-nin baş ofisinin nümayəndələrinin iştirakı ilə rəsmi açılış mərasimi keçirilib. Açılışda şirkətin direktoru Giorgi Beridze də çıxış edib:
“Bir neçə aylıq tikinti işlərini uğurla başa çatdırdıq və bizim istehlakçımıza JCB-nin yüksək səviyyəli tikinti və xüsusi təyinatlı texnikası ilə yanaşı, satışlardan sonrakı tam xidməti də təklif edirik. İllərdir ki, Tegeta-nın Azərbaycan ilə sıx biznes əlaqələri var. 2016-cı ildə ilk nümayəndəliyi açdıq, cari ilin may ayından JCB-nin xüsusi təyinatlı texnikasını istehlakçıya eksklüziv olaraq təklif edirik. Artıq Britaniya brendinin standartlarına uyğun olan servis mərkəzimiz və şourumumuz da xidmətdədir. Bu genişləndirmə bizə, bir tərəfdən, biznesi inkişaf etdimək, digər tərəfdən, premium brendin texnikasını çatdırmaqla, yerli infrastruktur layihələrinin həyata keçirilməsinə dəstək olmaq imkanını verir”.
Rəsmi açılış mərasimində “Tegeta Motors Bakı”-nın direktoru Davit Endeladze çıxış edib. O, qonaqlara servislər və məhsullar barədə məlumat verib:
“Azərbaycanda iri infrastruktur layihələri fəal rejimdə aparılır və müvafiq olaraq, texnikaya tələbat artır. Tikinti işlərinin ləngitmədən həyata keçirilməsi üçün, servis mərkəzindən əlavə, istehlakçıya mobil qrupların köməyi ilə yerində xidməti də göstərəcəyik. Bu isə fasiləsizlik və əməliyyat proseslərinin effektiv şəkildə idarə edilməsi deməkdir. Bazarın tələbatlarına uyğun olaraq, şəbəkənin genişləndirilməsi və mobil qrupların sayının artırılması üzərində işləyirik.”
Multibrend şourumunda isə avtomobil məhsullarının geniş seçimi təqdim edilib. 30-dan artıq adda brend şinləri, akkumulyatorları, ehtiyat hissələri və sürtkü materialları nümayiş olunub. Bildirilib ki, sahəsi 1800 kvadrat metr olan mərkəzdə kommersiya və xüsusi təyinatlı texnikaya “Tegeta”ya yüksək ixtisaslı işçi heyəti xidmət göstərir. Layihənin cəmi sərmayəsi isə bir milyon dollardan artıqdır.
Məlumat üçün bildirək ki, 2007-ci ildə qurulan tikinti texnikasının istehsalçısı JCB 75 ildir ki, 150-dən artıq ölkədə fəaliyyət göstərir. Gürcüstan və Azərbaycan da daxil olmaqla dünyanın dörd qitəsində 800-dək rəsmi dilleri var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 42 d. əvvəl
-
-
50 d. əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
1 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
2 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın



















.jpg)






