"Bank of Baku"nun xalis mənfəəti kəskin artıb

"Bank of Baku" ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Bank of Baku" ASC 2022-ci ili 36 milyon 866 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 23 miylon 60 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə "Bank of Baku"nun xalis mənfəəti 59,9% və ya 13 milyon 806 min manat artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından və mümkün zərərlər üçün yaradılan ehtiyatlardan daha çox vəsaitin azad olmasından qaynaqlanır.
2022-ci ildə "Bank of Baku"nun əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 111 milyon 873 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 43,7% və ya 34 milyon manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 77 milyon 873 min manat təşkil etmişdi.
2022-ci ildə "Bank of Baku"nun əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 77 milyon 776 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 35,8 % və ya 20 milyon 489 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat xərcləri 57 milyon 287 min manat təşkil etmişdi.
Ötən il "Bank of Baku"nun əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən 34 milyon 97 min manat əməliyyat mənfəəti yaranıb. 2021-ci ildə "Bank of Baku"nun əməliyyat mənfəəti 20 milyon 586 min manat təşkil etmişdi. Bankın əməliyyat mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 13 milyon 511 min manat və ya 65,6% artıb.
2022-ci ildə mümkün zərərlər üçün yaradılan ehtiyatlardan 12 milyon 103 manat azad olmuş və mənfəətə əlavə edilib. 2021-ci ildə ehtiyatdan azad olmuş 11 milyon 124 min manat mənfəətə əlavə edilmişdi.
Ötən il "Bank of Baku"nun faiz gəlirləri 100 milyon manat səviyyəsini keçib. Belə ki, 2021-ci illə müqayisədə 2022-ci ildə faiz gəlirləri 32 milyon 142 min manat artaraq 100 milyon 70 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə 1 milyon 858 min manat artaraq 11 milyon 803 min manata yüksəlib.
"Bank of Baku"nun cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 41% və ya 203 milyon 737 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 701 milyon 231 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 497 milyon 494 min manat cəmi aktivlərə malik idi.
"Bank of Baku"nun kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 39,5% və ya 163 milyon 673 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 577 milyon 534 min manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli 413 milyon 861 min manata çatmışdı.
Ötən il "Bank of Baku"nun istehlak kreditləri portfeli 122 milyon 647 min manat artaraq 398 milyon 103 min manata, biznes kreditləri portfeli 34 milyon 101 min manat artaraq 154 milyon 675 min manata, ipoteka kreditləri portfeli isə 6 milyon 895 min manat artaraq 24 milyon 725 min manata çatıb.
"Bank of Baku"nun depozit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 47,9% və ya 118 milyon 355 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 365 milyon 532 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 247 milyon 177 min manat cəmi depozitlərə malik idi. O cümlədən, fiziki şəxslərin depozitləri 108 milyon 356 min manat artaraq 330 milyon 19 min manata, hüquqi şəxslərin depozitləri isə 10 milyon manat artaraq 35 milyon 513 min manata yüksəlib.
31 dekabr 2022-ci il tarixində "Bank of Baku" 127 milyon 606 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2021-ci il tarixində 102 milyon 854 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 d. əvvəl
-
12 d. əvvəl
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
40 d. əvvəl
Avropa Bankı Azərbaycan iqtisadiyyatı barədə proqnozunu dəyişdi - İQTİSADİ ARTIM YAVAŞLAYACAQ
-
44 d. əvvəl
Bakı metrosunun Müşahidə Şurasının üzvlərinin sayı artırılıb
- 54 d. əvvəl
-
1 saat əvvəl
Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüş olub
-
1 saat əvvəl
“Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru ilə görüş olub
-
1 saat əvvəl
"Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüş olub
Son Xəbərlər

Azərbaycan neftinin son qiyməti 72 dolları keçib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb

Avropa Bankı Azərbaycan iqtisadiyyatı barədə proqnozunu dəyişdi - İQTİSADİ ARTIM YAVAŞLAYACAQ

Bakı metrosunun Müşahidə Şurasının üzvlərinin sayı artırılıb

Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI

Tramp: "Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur?"

“Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüş olub
Ən çox oxunanlar

“Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru ilə görüş olub

Rəsmi məzənnələr açıqlandı

Antiinhisar Agentliyi: Aeroportda taksi xidmətinin təşkili ilə bağlı aidiyyəti qurumlarla görüşlər keçirilib

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
