"Turanbank"ın əməliyyat mənfəətində dördqat artım
"Turanbank" ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja xəbər verir ki, "Turanbank" 2022-ci ili 1 milyon 924 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 668 min manat xalis mənfəət ilə bağlamışdı. "Turanbank"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 2,9 dəfə və ya 1 milyon 256 min manat artıb.
2022-ci ildə "Turanbank"ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 76 milyon 765 min manat, əməliyyat xərcləri (aiz və qeyri-faiz xərcləri) 68 milyon 311 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti8 milyon 454 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 5 milyon 737 min manat ayırdığından və 793 min manat mənfəət vergisi ödədiyindən ili 1 milyon 924 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeud edək ki, 2021-ci ildə "Turanbank" ASC-nin cəmi əməliyyat gəlirləri 48 milyon 994 min manat, cəmi əməliyyat xərcləri 47 milyon 80 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 914 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 1 milyon 78 min manat ayırdığından və 167 min manat mənfəət vergisi ödədiyindən 2021-ci ili 668 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, "Turanbank" ASC-nin əməliyyat mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 4,4 dəfə artıb.
2021-ci illə müqayisədə 2022-ci ildə Turanbank"ın faiz gəlirləri 20 milyon 395 min manat və ya 48% artaraq 62 milyon 855 min manata, qeyri-faiz gəlirləri isə 7 milyon 376 min manat və ya 113% (2,1 dəfə) artaraq 13 milyon 910 min manata yüksəlib.
31 Dekabr 2022-ci il tarixində "Turanbank"ın cəmi aktivləri 820 milyon 821 min manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 105 milyon 860 min manat və ya 14,8% çoxdur.
31 Dekabr 2022-ci il tarixində "Turanbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 548 milyon 495 min manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 112 milyon 52 min manat və ya 25,7% çoxdur.
Ötən il "Turanbank"ın istehlak kreditləri portfeli 46 milyon 279 min manat artaraq 138 milyon 793 min manata, biznes kreditləri porteli 49 milyon 38 min manat artaraq 313 milyon 855 min manata, ipoteka kreditləri portfeli isə 16 milyon 735 min manat artaraq 95 milyon 848 min manata çatıb.
31 Dekabr 2022-ci il tarixində "Turanbank"da depozitlər 429 milyon 274 min manat təşkil edib ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 11 milyon 822 min manat və ya 2,8% çoxdur. O cümlədən, fiziki şəxslərin depozitlər 70 milyon 273 min manat artaraq 327 milyon 904 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 58 milyon 451 min manat azalaraq 101 milyon 370 min manata düşüb.
31 Dekabr 2022-ci il tarixində "Turanbank" 96 milyon 25 min manat məcmu kapitala malik olub. Bank 2021-ci ilin sonunda 91 milyon 917 manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 52 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Müasir marketinq: səs-küydən mənaya doğru
Suraxanının İcra başçısına töhmət verilib
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib






















