Baş nazir Əli Əsədov Dubayın Əmiri ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 15-də Dubay şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumla görüşüb.
Baş nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktuma çatdırıb.
Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum salamlara görə minnətdarlığını bildirərək, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə Prezident İlham Əliyevin cari ilin 15-16 yanvar tarixlərində BƏƏ-yə işgüzar səfərinin iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından rolu vurğulanıb.
Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitinin əhəmiyyəti qeyd edilib, Azərbaycanın tədbirdə yüksək səviyyədə təmsil olunmasından məmnunluq ifadə olunub.
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin həm ikitərəfli formatda, həm də beynəlxalq təsisatlar çərçivəsində inkişaf etdiyi vurğulanıb.
Birgə həyata keçirilən və hər iki ölkənin maraqlarına cavab verən layihələrin önəmi qeyd olunub.
Həmçinin Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 1 d. əvvəl
- 7 d. əvvəl
- 13 d. əvvəl
- 17 d. əvvəl
- 36 d. əvvəl
-
41 d. əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Putin və Tramp 1,5 saatdan çox telefon danışığı aparıb - ƏSAS MƏQAMLAR
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb
İranın pul vahidi dollar qarşısında tarixi minimumda







.jpg)







.jpg)










