Azərbaycanda cinayət hadisələri artıb - İQTİSADİ SAHƏDƏ 14 MİN 500 CİNAYƏT
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2022-ci il ərzində ölkədə 36494 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da 2021-ci ilin göstəricisindən 17,2 faiz çoxdur.
Marja.az Dövlət Statistika komitəsinə istinadən xəbər verir ki,ötən il əhalinin hər 100 min nəfərinə 361 cinayət hadisəsi düşmüş, onların da 59,6 faizini az ağır, 23,8 faizini böyük ictimai təhlükə törətməyən, 16,6 faizini isə ağır və xüsusilə ağır cinayətlər təşkil etmişdir.
Cinayətlərin strukturunda 15142 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan, 14500 hadisə iqtisadi sahədə, 5388 hadisə şəxsiyyət əleyhinə, 1443 hadisə dövlət hakimiyyəti əleyhinə olan (onlardan 487 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 21-i isə digər cinayətlərdir.
2022-ci ildə əvvəlki illə müqayisədə terror xarakterli cinayətlər 2,5 dəfə, əmək mühafizəsi qaydalarını pozma 2,0 dəfə, qanunsuz sahibkarlıq 1,9 dəfə, mənzil toxunulmazlığını pozma 20,0 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə, eləcə də evlənmək məqsədilə adam oğurluğu cinayətləri – hər biri 16,7 faiz, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma 13,8 faiz, qaçaqmalçılıq cinayətləri 4,7 faiz azalmış, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma 17,4 dəfə, yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə 1,9 dəfə, ekoloji cinayətlər 1,8 dəfə, soyğunçuluq 34,0 faiz, kibercinayətlər 28,6 faiz, oğurluq 25,6 faiz, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, eləcə də dələduzluq cinayətləri – hər biri 24,4 faiz, xuliqanlıq 20,8 faiz, mənimsəmə və ya israf etmə 19,6 faiz, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə 13,9 faiz, rüşvət cinayətləri 5,5 faiz, quldurluq cinayətləri isə 3,0 faiz artmışdır.
Hesabat dövründə 24432 nəfər cinayət törətmiş şəxs müəyyən edilmiş, 19069 nəfər isə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Cinayət məsuliyyətinə cəlb olunmuşların 63,4 faizi əmək qabiliyyətli yaşda olub heç bir yerdə oxumayan və işləməyənlər, 25,5 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
8 d. əvvəl
Azərbaycanda bitki yağları üzrə təminat zəifdir: göstərici 52,4%-ə geriləyib
- 10 d. əvvəl
- 20 d. əvvəl
-
21 d. əvvəl
Süd və süd məhsulları üzrə özünütəminetmə 81% olub – 6 illik mənzərə
- 23 d. əvvəl
-
40 d. əvvəl
Problemli kredit bazarında fəaliyyət göstərən şirkət kapitalını 51 dəfə artırır
- 45 d. əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Yumurta üzrə yerli təminat daxili tələbatı üstələyib – 104%
Süd və süd məhsulları üzrə özünütəminetmə 81% olub – 6 illik mənzərə
Ən çox oxunanlar
Oktyabrın 24-də gözlənilən hava şəraiti
“AllAllFinance”ın xalis mənfəəti 14% artıb
Quş əti üzrə təminat güclənib: 81,9%
“Yüksək gəlir hələ başlanğıcdır – TL kart hədiyyəsi də Ziraat Bank Azərbaycandan!” ®
Ət və ət məhsulları üzrə özünütəminetmə 83,3% olub – 6 illik mənzərə

























